Previous Next
Bağla

Ekspert: MİDA-nın onlayn satış sistemi ilə bağlı alternativ üsullara ehtiyac var

07-12-2024 19:30
Ekspert: MİDA-nın onlayn satış sistemi ilə bağlı alternativ üsullara ehtiyac var
"MİDA-nın onlayn mənzil satışında əsas parametr ilk mənzilin neçənci saniyədə satılmasıdır".
 
Xeberler.az məlumat verir ki, bunu Azərbaycan İntetnet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki, onlayn satışa start verilən andan ilk mənzilin neçənci saniyədə satılması ilə bağlı MİDA hesabatlarında 2 parametr var: mənzilin sistemdə tapılaraq baxış keçirilməsi və mənzilin təsdiqlənməsi:
 
"Mənzilin baxış üçün seçilməsi, onlayn satışa start verilən andan vətəndaşın sistemə daxil olub axtarış verərək istədiyi mənzilin tapılması müddətini göstərir.
 
Məhz bu, ilk mənzilin neçənci saniyədə satıla biləcəyini göstərən əsas parametrdir. Yəni iddiaçı mənzilə baxış edirsə, artıq o daha tez sistemə daxil olub, axtarış verib və mənzili tapıb, artıq onu gözaltı edib, bu mənzil digərlərinin axtarışında görünmür. İddiaçı mənzilə baxışını-seçimini istəsə həmin an, istəsə bir qədər gec də təsdiqləyə bilər. Yəni bu parametr, əslində real olaraq ilk alış saniyəsi olaraq qəbul edilə bilər.
 
2-ci parametr məhz baxış keçirilən mənzilin seçiminin-alışının təsdiqlənməsidir. Elə ola bilər ki, vətəndaş 4-cü saniyədə mənzilə baxışa başlayıb, lakin təsdiq ya 4-cü saniyədə, ya 7-ci saniyədə, yaxud da 40-cı saniyədə ola bilər. Bu parametr ilk satışın neçənci saniyədə baş tutması üçün elə də əhəmiyyət kəsb etmir".
 
MİDA tərəfindən mənzillərin onlayn satışlarıına start verilən andan ilk mənzilin baxış üçün seçilməsi müddəti aşağıdakı kimi olub:
 
06.12.2024, (Sumqayıt, Lənkəran)- nəticə hələlik məlum deyil
16.12.2023, (Hövsan, 1-ci) 32-ci saniyədə
16.12.2023, (Hövsan, 2-ci) 22-ci saniyədə
16.12.2023, (Gəncə) 28 -ci saniyədə
16.12.2023, (Sumqayıt) 30-cu saniyə
29.07.2023, (Yasamal) 29-cu saniyədə
29.07.2023, (Hövsan ) 30-cu saniyədə
24.09.2022, (Yasamal) 30-cu saniyədə
15.09.2022 Satış baş tutmayıb
30.03.2022 Satışın nəticələri ləğv edilib
01.07.2021, (Hövsan ) 5-ci saniyədə
18.12.2020, (Hövsan ) 10-cu saniyədə
10.09.2020, (Hövsan), 10-cu saniyədə
30.06.2020, (Hövsan) 11-ci saniyədə
25.12.2019, (Yasamal) 11-ci saniyədə
16.10.2019, (Yasamal) 9-cu saniyədə
12.07.2019, (Yasamal) 4-cü saniyədə
29.04.2019, (Yasamal) 4-cü saniyədə
25.01.2019, Yasamal - ağlabatan nəticə açıqlanmayıb
05.09.2018, Yasamal - ağlabatan nəticə açıqlanmayıb
 
Osman Gündüzün sözlərinə görə, cədvəldən görünür ki, MİDA-nın onlayn satış sistemi ilkin dövrlərdə botlara qarşı elə də təkmil olmayıb:
 
"Düşünmək olar ki bu dövrlərdə botlardan və seçim prosesini sürətləndirən digər üsullardan istifadəyə daha çox imkanlar olub. DTX və MİDA 30.03.2022-ci tarixli satışa kənar şəxslərin qanunsuz müdaxiləsi olduğunu bildirmiş, satışın nəticələri ləğv edilmiş və həbs edilənlər olmuşdu. Məhz bundan sonra, 24.09.2022-ci ildən başlayaraq MİDA sistemdə köklü texnoloji dəyişiklikər edib".
 
Ekspert bildirib ki, MİDA-nın hazırkı satış sistemi, insan amilinin rolunun məhdudlaşdırılması və şəffaflıq üçün texnologiyaların tətbiqi baxımından əhəmiyyətlidir:
 
"Lakin İT bacarıqlarla bağlı sistemin mahiyyətində ədalətsizlik olduğundan yeni, alternativ satış üsullarına ehtiyac var. Sistemin təkmilləşdirilməsi istiqamətində MİDA-ya və hökumətə təkliflər verilib".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: İlk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub?

Ekspert: İlk və sonuncu mənzilin satışı hansı müddətdə baş tutub?

28-09-2022
MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

MİDA Güzəştli mənzil seçiminin nəticələri barədə statistik məlumatları təqdim edib

30-01-2019
MİDA: İlk mənzil seçimi 23-cü saniyədə reallaşıb

MİDA: İlk mənzil seçimi 23-cü saniyədə reallaşıb

06-12-2024
MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

MİDA Yasamal Yaşayış Kompleksində mənzillərin güzəştli satışı barədə elan verib

23-11-2019
Ekspert: MİDA-nın  bütün  bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

Ekspert: MİDA-nın bütün bunlara ağlabatan bir cavab verməsi doğru olardı.

00-00-0000
Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

Güzəşitli mənnzillərin növbəti elektron satışı başladı

20-06-2023
Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

Güzəşitli mənzillərin onlayn satışı yenə şəffaf olmadı?-TƏHlİL

31-07-2023
Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

Güzəştli mənzillərin növbəti onlayn satışı həyata keçiriləcək

11-06-2019
Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

Ekspert: MİDA hansı sürprizləri hazırlayıb ?

15-09-2022
MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

MİDA satılmış mənzillərlə bağlı yekun nəticəni açıqlayıb

28-09-2022
MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

MİDA-nın onlayn satışına kiber müdaxilə olubmu? - Osman Gündüz

03-12-2025
Məşhur texnoloji  şirkətlər saniyədə nə qədər qazanır?

Məşhur texnoloji şirkətlər saniyədə nə qədər qazanır?

05-02-2016
Ekspert : Güzəştli mənzil seçimi bu dəfə uğurla başa çatıb

Ekspert : Güzəştli mənzil seçimi bu dəfə uğurla başa çatıb

25-01-2019
Saniyədə 230 trilyon əməliyyat yerinə yetirən superkompüter

Saniyədə 230 trilyon əməliyyat yerinə yetirən superkompüter

16-06-2009
Onlayn sistemdə yaranan problemlə bağlı xüsusi komissiya yaradıldı

Onlayn sistemdə yaranan problemlə bağlı xüsusi komissiya yaradıldı

10-05-2018
Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?

Ekspert:MİDA güzəştli mənzillərin onlayn satış qaydalarını dəyişəcəkmi ?

12-08-2022
Saniyədə 1,750 trilyon əməliyyat aparan superkompyuter

Saniyədə 1,750 trilyon əməliyyat aparan superkompyuter

15-06-2010
MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

MİDA mənzillərin növbəti onlayn satışını həyata keçirib

12-07-2019
MİDA yeni onlayn satış elan edib

MİDA yeni onlayn satış elan edib

16-11-2023
100 filmi 3 saniyədə yükləyə biləcəyik - 5G gəlir

100 filmi 3 saniyədə yükləyə biləcəyik - 5G gəlir

27-02-2015
Ekspert MİDA-nın statistik göstəriciləriylə bağlı açıqlama verdi

Ekspert MİDA-nın statistik göstəriciləriylə bağlı açıqlama verdi

08-09-2018
10 saniyədə 15 milyon dollar qazandı

10 saniyədə 15 milyon dollar qazandı

17-04-2018
MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

MİDA güzəştli mənzillərin növbəti onlayn satışını həyata keçirib

31-03-2022
Jurnalistlərin və digər güzəştli mənzil hüququ olanların nəzərinə

Jurnalistlərin və digər güzəştli mənzil hüququ olanların nəzərinə

25-07-2023





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə