Məşhur texnoloji şirkətlər saniyədə nə qədər qazanır?

05-02-2016 / 11:00

Böyük texnoloji şirkətlərin bir  saniydə nə qədər gəlir əldə etdiyini göstərən yeni bir sistem yaradılıb. 

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, Penny Stocks Lab tərəfindən yaradılan sayt şirkətlərin bir  saniyədə nə qədər gəlir və ya zərər etdiyini göstərir. 

Facebook, Apple, Microsoft, Google kimi böyük şirkətlərin olduğu siyahıya baxdıqda Apple-ın hər saniyədə 5419 dollar gəlir  və 1174 mənfəət əldə etdiyini görürük. Bu da o deməkdir ki, Apple 5 iPhone və ya 2 MacBook satır. 

Twitter saniyədə 20 dollar zərər edir. 

Facebook isə saniyədə 100 dollar qazanır. 

Qeyd edək ki, bu rəqəmlər hər saniyə dəyişir. 

Penny Stocks Lab-ın yaratdığı sayta buradan daxil olub şirkətlərin gəlirlərini və ziyanlarını izləyə bilərsiniz. 

Sevinc Əsədova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə