Previous Next
Bağla

Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

12-03-2020 11:40
Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

Xeberler.az bildirir ki, Təhsil Nazirliyi teledərslərə start verdiyini elan edib. Artıq AzTV-nin “Mədəniyyət” Kanalında “Dərs vaxtı” adlı teledərslərə başlanıb.

Bu məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:

"Bu, özlüyündə, mahiyyətcə faydalı bir addımdr. Yəni Koronavirusla bağlı uzun müddət tətilə çıxan şagirdlərin tədris prosesindən geri qalmaması üçün Təhsil Nazirliyi tərəfindən alternativ olaraq təklif olunan bir variantdır. Televiziyanın hər bir dəqiqəsi böyük vəsaitlər tələb etdiyindən, AzTV rəhbərliyinin ölkədə təhsilin inkişafı üçün belə bir addımı da təqdirəlayiqdir.

Bəs nə üçün distant əvəzinə teledərs?
Görəsən mövcud İnternet infrastrukturu, internetin keyfiyyəti daha ucuz, daha effektiv və interaktiv forma olan distant tədris prosesini qurmağa imkan verərdimi ?
Yəni hər bir şagird evində monitor arxasında və ya smartfonda eyni bir anda müvafiq dərsləri, tapşırıqları alıb, real vaxt müddətinə müəllimlərlə informasiya münasibətləri qura, suallarını verə, diskussiya apara, onlayn tədris prosesində iştirak edə bilərdimi?

Bu sualara cavab olaraq ekspert bunları deyib:

"Belə görünür ki, Təhsil Nazirliyi bununla bağlı monitorinq aparıb və yuxarıdakı sualın cavabı mənfi olduğundan, keyfiyyətli internetə əlçatımlıqla bağlı problemlər olduğundan məhz daha ənənəvi daha əvvəlki texnologiyalara üstünlük verilərək, teledərslərin təşkili məqsədə müvafiq hesab olunub.

Yeri gəlmişkən , xatırlayıram ki, Prezident də çıxışlarının birində keyfiyyətli internetə əlçatımlığın vacibliyini xüsusilə qeyd etmişdi.

Bildiyim qədər Təhsil Nazirliyi uzun illər NRYTN ilə, necə deyərlər “vuruşub” məktəblərə fiber-optik xətt çəkə bilməmişdi. Əvəzində Təhsil Nazirliyi məcbur olub Bakcell ilə müqavilə bağlayaraq, təxminən 1000 məktəbə mobil internet verməyə məcbur olub. Yəni Təhsil Nazirliyi zamanında NRYTN-dən əlini üzərək , yerin altı və üstündəki telekommunikasiya infrastrukturundan istifadə edə bilməyərək, havadan – mobil operatorlardan xidmət almaq məcburiyyətində qalmışdı.

Hazırda da Təhsil Nazirliyinin statistikasına baxsaq görərik ki 4500 məktəbdən cəmi 300-400 məktəbin fiber optik bağlantısı var. Bu indiki anda olduqca aşağı bir göstəricidir. Bir xeyli məktəbdə ümumiyyətlə genişzolaqlı internet yoxdur.

Güman ki, bütün bunları nəzərə alaraq , Təhsil Nazirliyi məcburən DISTANT tədris prosesinə deyil, məhz TELEDƏRSLƏRƏ üstünlük verib.

Görəsən Təhsil Nazirliyi teledərs əmri verəndə NRYTN-da oturanlar heç narahat olublarmı, heç xəcalət çəkiblərmi? Xəcalət çəkiblərmi ki, dövlət qurumu xidmət göstərmək üçün adında YÜKSƏK TEXNOLOGİYALAR sözü olan qurumun infrastrukturundan deyil, sadəcə 50 il bundan öncəki texnologiyadan istifadə edərək xidmət göstərməyə üstünlük verib.

Nə üçün ölkədə 80% internet istifadəçisi olduğu halda internet üzərindən daha ucuz və effektiv olan distanta deyil, TV üzərindən daha bahalı və interaktiv olmayan teledərsə üstünlük verilib?

Şəxsən mən, tam səmimi deyirəm ki, Azərbaycan İnternet Forumunun rəhbəri olaraq, Təhsil Nazirinin belə bir əmrini eşidəndə bir alternativ tədris formasının təklifi olaraq çox sevinsəm də, inkişafına məsuliyyət daşıdığım sahənin nümayəndəsi olaraq da çox təəssüfləndim.

Düşünürəm ki, hökumət fors-major hallara hazır olmaq üçün, müasir çağırışlara cavab vermək üçün dayanıqlı infrastruktur qurmağa ciddi diqqət yetirməlidir. Ölkənin telekommuniikasiya infrastrukturu alternativlər üzərində yenidən qurulmalıdır. Xüsusilə də regionlarda “hər evə optika” layihəsinin reallaşmasına diqqət yetirilməlidir.

Təhsil Nazirliyi də baş verənlərdən bir daha nəticə çıxararaq distant formada təhsilin təşkili üçün hüquqi bazanı qaydaya salmalı, hökumətə təkliflər verməli, artıq bu şəraiti olan təhsil müəssisələrinə distant təhsil üçün lisenziya verməlidr. Bundan ötrü qabaqcadan distant standartları, lisenziya şərtlərini müəyyən etməldir.

Bildiyim qədər yaxın müddətdə Təhsil Nazirliyinin Təhsil Sisteminin İnformasiyalaşması İdarəsində distant təhsilin təşkili ilə bağlı müzakirənin aparılması nəzərdə tutlub. Bu qurumda distant təhsillə bağlı bir xeyli işlər görülüb. Ümid edirəm yaxın zamanda bu təhsil formasının təşkili üçün bütün zəruri addımlar atılacaq".

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

Ekspert: Texnologiyalar mövcud konservativ təhsil sistemini üstələyir

21-02-2020
İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020
"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

"Qızılcadan qorunmaq üçün distant təhsilə keçid doğru qərar olardı"

06-12-2023
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020
Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

Ekspert: "Distant təhsil bir müddət dayandırılsın"

28-09-2020
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
Azərbaycanın İlk distant təhsil məktəbi

Azərbaycanın İlk distant təhsil məktəbi

07-04-2020
 Bakıda Distant Təhsil Mərkəzi açılıb

Bakıda Distant Təhsil Mərkəzi açılıb

24-05-2012
Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

Universitetlərdə tədrisin təşkili üçün hansı hüquqi və texniki problemlər var?

31-08-2020
Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

Ekspert: Xarici distant diplomun tanınmaması üçün heç bir hüquqi əsas yoxdur

18-01-2021
"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020
UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

UNEC rəhbərliyi belə müqavimətin olacağını proqnozlaşdırırdı – Osman Gündüz

06-05-2021
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə