Previous Next
Bağla

"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

07-09-2020 20:41
"O yerlərdə distant təhsildən, ümumiyyətlə, imtina olunmalıdır" - Osman Gündüz

Təhsil bəzi yerlərdə əyani, bəzi yerlərdə distant olacaq. Bununla bağlı müəyyən problemlər qaçılmaz olacaq.

Xeberler.az bildirir ki, bunu Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.

O, distant təhsillə bağlı yaranacaq texniki təchizat problemini müvəqqəti olaraq həll etmək üçün çıxış yollarını açıqlayıb:

"Birinci istiqamət texniki avadanlıqlarla təminatdır. Yəni, şagirdlərin, tələbələrin, müəllimlərin bir xeyli hissəsinin texnoloji avadanlıqlarla təminatı yetərli deyil. Burada söhbət kompüter, printer, planşet, smartfon və s.-dən gedir. Düşünürəm ki, hökümət, ümumtəhsil müəssisələri birinci bunun fərqində olmalıdırlar ki, necə əldə etsinlər. Bu dəqiqə tədris yoxdur, yaxşı olar ki, məktəblərdə, təhsil müəssisələrində indi işlənməyən avadanlıqlar müvəqqəti olaraq uşaqlara verilə bilər, sonra geri alına bilər. Eyni zamanda təhsil müəssisələri, hökumət özləri özəl şirkətlərə, beynəlxalq qurumlara müraciət edə bilərlər ki, hökumət həm öz xətti ilə, həm onların xətti ilə avadanlıqlar alıb verə bilərlər, buna ehtiyac var.

Əsas ciddi məsələ internetlə bağlıdır. Elə yerlər var ki, ümumiyyətlə, internet yoxdur. Burada, deməli, mütləq o uşaqlar başqa yerə daşınmalıdır, başqa yerdə bunlara şərait yaratmalıdırlar və yaxud da o yerlərdə, ümumiyyətlə, distantdan imtina olunmalıdır, teledərslər keçirilməlidir. Elə yerlər var ki, internet bağlantısı var, amma uşaqların, müəllimlərin yetərli bir trafik əldə etmək imkanı yoxdur. Yəni ayda bunlar alırdılar 1-2 Gbt trafik, indi bu bəs etmir. İndi bunlara dəstək lazımdır. Bunun üçün də Təhsil Nazirliyi, Rabitə Nazirliyi, mobil operatorlar və provayderlər yığışıb bir güzəştli paketlər etməlidirlər".

Osman Gündüz qeyd edib ki, bütün ölkə üzrə internetin problemini həll etmək üçün geniş bir dövlət proqramı hazırlanmalıdır:

"Tələbə, şagird, müəllim üçün daha geniş trafik paketləri və limitsiz paketlər təqdim olunmalıdır ki, onlar bundan bəhrələnə bilsinlər. Bu, indiki anda tez atılası addımlardır, amma düşünürəm ki, ölkədə bir dəfəlik internet bağlantısı problemini, keyfiyyətli internet problemini həll etmək lazımdır. Bunun üçün də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bütün ölkə üzrə internetin problemini həll etmək üçün geniş bir dövlət proqramı hazırlamalıdır. Yəni, kəndlərə optika, regionlara optika, hər evə optika deyən bir dövlət proqramı olmalıdır, hansı ki, 5-6 il əvvəl belə bir dövlət proqramı var idi, amma o müxtəlif səbəblərdən icra olunmadı. İndi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu işdə aktiv olmalıdır. Hökumətə müraciət olunmalıdır ki, bütün ölkə üzrə interneti əldə etmək lazımdır. Bu, təkcə distant təhsil üçün yox, ümumiyyətlə, postpandemiya dövründə rəqəmsallaşmaya ciddi ehtiyac olacaq. Yəni, dövlət özünün xidmətlərini rəqəmsal verəcək, biznes rəqəmsala gələcək və s. İndidən bu postpandemiyaya hazırlaşmaq üçün internet problemini həll etmək lazımdır və bunun üçün də bu, ayrıca bir nazirliyin üstünə, provayderin, operatorun üstünə qoyulan məsələ deyil. Bir dəfə də hansısa nazirlik, kimsə, provayder deyir ki, mən bir rayona çəkirəm, o biri deyir mən bir rayona çəkirəm, bununla 60 rayonu başa çatdırmaq olmaz. Ona görə kompleks dövlət proqramı olmalıdır və o icra olunmalıdır".

Qeyd edək ki, Azərbaycanda dərslər sentyabrın 15-də başlayacaq. İbtidai sinif şagirdləri (1-4) sentyabrın 15-dən etibarən ənənəvi tədris formalarına qayıdırlar. Ancaq onlar məktəbə həftədə 2-3 dəfə gedəcəklər.

5-9-cu sinif şagirdləri sentyabrın 15-dən etibarən onlayn formatda distant təhsilə başlayacaqlar. Lakin oktyabrın 1-dən etibarən onları əyani, ənənəvi təhsil formasına cəlb etmək məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün məktəblilər həftədə 2-3 dəfə təhsil müəssisələrinə gedəcəklər.

Yuxarı sinif şagirdləri (10-11 siniflər) də sentyabrın 15-dən distant təhsilə başlayacaqlar. Oktyabrın 15-dən etibarən onların əyani, ənənəvi təhsil formasına cəlb olunması məsələsinə baxılacaq. Ənənəvi və distant təhsil paralel davam edəcəyi üçün şagirdlər həftədə 2-3 dəfə təhsil müəssisələrində dərslərdə iştirak edəcəklər.

Təhsil müəssisələrinin bütün sinif şagirdləri üçün bu qərar noyabrın 2-dək qüvvədədir, sonrakı qərar epidemioloji vəziyyəti nəzərə alaraq qəbul ediləcək.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

Ali məktəblərdə distant təhsil müvəqqəti olaraq dayandırılıb

30-09-2020
Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

Distant təhsil forması təsdiqlənib, əsasnaməsi isə hələki yoxdur

11-09-2020
Ekspert: “Kəndlərə optika” dövlət proqramını hazırlamasına ehtiyac var

Ekspert: “Kəndlərə optika” dövlət proqramını hazırlamasına ehtiyac var

17-08-2020
Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

Ekspert: Təhsil nazirliyi distant təhsilin tətbiqindən ehtiyat edir?

04-10-2019
“Təhsil Nazirliyi bunu etməyə borcludur” - Ekspert

“Təhsil Nazirliyi bunu etməyə borcludur” - Ekspert

17-09-2020
Distant təhsil formasının tətbiqində ləngiyirik

Distant təhsil formasının tətbiqində ləngiyirik

18-07-2013
İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

İnternet bağlantısı olmayan ərazilərdə distant təhsil necə təşkil olunacaq?

29-08-2020
Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

Təhsil Nazirliyi tərəfindən Distant Təhsil Mərkəzinin açılışı oldu

22-05-2012
Yeni tədris ilində dərslər bu formada keçiriləcək

Yeni tədris ilində dərslər bu formada keçiriləcək

27-08-2020
Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

Ekspert: Hökumət distant təhsilin təşkilini Təhsil Nazirliyinin üzərinə atıb

01-04-2021
Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

Hibrid təhsil formasına nə dərəcədə hazırıq ? Ekspert yanaşması

06-08-2020
Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

Uşaqlar üçün evdə distant tədris prosesi necə qurulmalıdır ?

08-09-2020
“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

“Hökumət distant təhsilin təşkilini Nazirliyin üzərinə atıb”

18-09-2020
 Bakıda Distant Təhsil Mərkəzi açılıb

Bakıda Distant Təhsil Mərkəzi açılıb

24-05-2012
Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

Ekspert: Təhsil Nazirliyi qarşısında aksiya keçirən tələbələr haqlıdırmı?

02-06-2020
İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021
UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

UNEC-in rektoru: “Azərbaycan distan təhsil ixrac edən mərkəzə çevrilə bilər”

04-05-2020
UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

UNEC-in rektoru “Distant ali təhsilin vacib məqamlarına toxunub"

29-03-2020
Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

Azərbaycan Türkiyədə distant təhsil alanların diplomlarını tanıyacaqmı?

17-02-2023
Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

Ali təhsil müəssisələrinin səlahiyyətləri artırılacaqmı?

16-03-2020
Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

Nazirliyin keçirdiyi rəy sorğusu niyə birmənalı qarşılanmadı?

31-03-2021
Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

Ekspert: NRYTN distant əvəzinə teledərsin təşkilinə necə reaksiya verib?

12-03-2020
Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

Ekspert: Təhsil İnstitu təhsilin təşkili ilə bağlı təkliflərə dair bəzi suallara aydınlıq gətirməlidir

14-08-2020
Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

Ekspert: Xarici universiteti distant formada bitirənlərin diplomunun tanınması nə üçün müşkülə çevrilib?

02-01-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə