Previous Next
Bağla

Ekspert: “Rabitə Nazirliyi öz avadanlığını qurub interneti 3 qat bahalaşdırır”

19-09-2020 10:23
Ekspert: “Rabitə Nazirliyi öz avadanlığını qurub interneti 3 qat bahalaşdırır”

Ölkədə dərslər başladı. Onlayn qaydada dərslər tənbəl şagirdlərə sevinc, interneti olmayan və ya zəif olan valideynlərə əsəb, müəllimlərə isə məsuliyyət gətirib. Ona görə məsuliyyət ki, indi hər bir tələbənin, şagirdin valideyni evdə müəllimin hansı qaydada dərs keçdiyini görə, tədrisin keyfiyyətini, müəllimin bacarığını qiymətləndirə bilər. Təbii ki, intenet böhranını adlaya bilənlər nəzərdə tutulur.

İşin ən pis olan tərəfi əlbəttə ki, olmayan və ya zəif internetdir. Bu, ratonlar üçün ən böyük problemdir. Çünki,hələ dünyanın düz vaxtında da regionlarda yüksəksürətli və keyfiyyətli internetdən söhbət gedə bilməzdi. İndi onsuz da axsayan, can verən təhsilimiz bu sınıq-salxaq internetin cənazəsinə minib, üzü ha yana gedəcək, bunu bir Allah bilir , bir də Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi (NRYTN). Nazirlik məsələyə həmişəki kimi quru və sabit bir cavab verir. "NRYTN martın 20-dən gücləndirilmiş iş rejimində fəaliyyət göstərir . Əhalinin nəqliyyat, poçt, tele-komnukasiya, o cümlədən, intertet mobil rabitə xidmətləri ilə keyfiyyətli və davamlı şəkildə təmin olunması ilə bağlı tabeli qurumlara xüsusi tapşırıq verib. Ancaq nəzərə alsaq ki, insanlar evdədirlər və internetdən daha çox istifadə edirlər, bəzən normal şəkildə yüklənmələr ola bilər”.

Halbuki yüklənmə-filan olmadığı vaxtlarda da Bakı daxil bütün Azərbaycan internet böhranı yaşayır və bu vəziyyət açıq-aşkar son illərdə, daha dəqiq desək, nazir Ramin Quluzadənin idarəçiliyi müddətində daha da pisləşib.
 
Regionlarda internet ADSL üzərində oturub, köhnə texnologiyadır. Bakıda bir çox ərazilərdə telefon və internet yoxdur və bir çox qəsəbələrdə hələ də ADSL intenet fəaliyyət göstərir ki, o da bir çox hallarda çökür.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz verdiyi məlumatda bildirib ki, internetin ölkə daxilində keyfiyyətini yüksəltmək üçün mütləq rəqəmsallaşdırmaya getmək lazımdır. Onu da bizim ölkəmizdə bir biri ilə düzgün rəqabət apara bilməyən şirkətlər, xüsusən nazirlik yarıtmaz hala gətirib.

"Özəl provayderlər rayonlarda, kəndlərdə fəaliyyət göstərmək üçün böyük xərclər çəkməlidir, bu, böyük investisiya tələb edir. Regionda nə baş verir izah edim. Nazirlik yenilənmə edərkən orada öz avadanlığını quraşdırır və provayderin avadanlığını götürüb atır. Provayderin həmin şkafda hər müştəriyə göstərdiyi xidmət 2 manat idi, indi nazirlik avadanlığını qoyub provayderi məcbur edir 6 manat ödəməyə. Eyni şeydir, 3 dəfə bahalaşma gedir. Hansı ki, 50 qəpik olmalı idi. Nazirlik provayderin avadanlığını atır, ona deyir mənim avadanlığımdan istifadə et və bunun üçün də yüksək qiymət tətbiq edir. Bu da məhkəmə çəkişmələrinə səbəb olur. 7 il öncə "Hər evə optika” layihəsi var idi. 500 milyon manatlıq layihə idi. Qeyri-şəffaflıq və məmurların yarıtmazlığına görə, bu vəsait ayrılmadı. Və problem olduğu kimi qaldı. Resursları məhdud olduğuna görə, nazirlik bu problemi həll etməyi tək bacarmaz. Resurları məhduddur, Aztelekom, Baktelekom isə bu işi çox az sürətlə görə biləcək, bir ilə bir rayonu ancaq əhatə edə bilərlər, 70 rayonumuz var, nə zamana bitəcək bu işlər?!”

Ekspert ölkədə internetin sürətinin zəif olmasını dövlətin rəqabət şəraitini düzgün qurmaması, bu sahədə özəl şirkətlərin əl-qolunun bağlanması ilə əlaqəli olduğunu bildirib. Dövlət şirkətlərinə böyük güzəştlər edildiyi halda özəl provayderlərin fəaliyyətinə süni maneələr yaradılır, bunun da əziyyətini həmişəki kimi xalq çəkir. Nə özü verə bilir, nə də özgəni qoyur. Özəl provayderlər dövlətin resurslarından istifadə edirlər deyə özlərinə başğarısı yaratmamaq üçün dövlətin qoyduğu tələblərlə getməli olur.

Ekspert vəziyyətdən çıxış yolunu müstəqil tənzimləyici qurumun yaradılmasında və nazirliyin kommersiya səlahiyyətlərinə son qoyulmasında görür. Bir də 2019-cu ilin yanvar ayında start götürmüş qlobal Dijital Hub layihəsinə ümid qalıb. Bununla bağlı zəruri olan investisiyalar da yatırılıb.

Bizimyol.info-ya AzerTelecom şirkətindən verilən məlumata görə şirkət Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək "Azerbaijan Digital Hub” layihəsinin həyata keçirilməsinə başlayıb.

AzerTelecom və "Azərbaycan Dəmir Yolları” QSC arasında mövcud dəmir yollarının qorunma zolağı boyunca dayanıqlı magistral fiber-optik kabel xətlərinin çəkilməsinə dair layihənin icrasına başlanılıb. Dəmir yolları boyunca dayanıqlı fiber-optik magistral infrastrukturun qurulması ölkənin Regionun Rəqəmsal Mərkəzinə (Azerbaijan Digital Hub) çevrilməsinə imkan verəcək.

Dəmir yolları boyunca magistral fiber-optik kabel xətlərinin çəkilişi ölkənin rəqəmsal infrastrukturunun güclənməsinə, ölkə boyu yeni davamlı infrastrukturun formalaşmasına və qonşu dövlətlər olan Rusiya, Gürcüstan, Türkiyə və İran ilə dayanıqlı genişzolaqlı fiber-optik kabel bağlantılarının formalaşması təkan verəcək.
"Azerbaijan Digital Hub” layihəsinin icrası nəticəsində Azərbaycanın telekommunikasiya ekosistemi ən qabaqcıl dünya standartları səviyyəsinə qalxacaq, ölkənin İnternet alışında xarici ölkələrdən asılılığı minimuma endiriləcək, perspektivdə isə Azərbaycan regionda İnternetin satışında mərkəzi ölkəyə çevrilərək, rəqəmsal xidmətlər idxal edən tərəfdən bu xidmətləri istehsal və qonşu regionlara ixrac edən ölkəyə transformasiya olunacaq. Beləliklə, dünyanın İnternet xəritəsinə London, Frankfurt, Sofiya, İstanbul, Moskva, Amsterdam, Dubay ilə yanaşı Bakı da əlavə olunacaq. Layihə ümumilikdə Azərbaycanda yeni iş yerlərinin açılmasına, ölkəyə valyuta axınına, iqtisadiyyatın rəqəmsallaşmasına və inkişafına töhfə verəcək.

Gözəldir, necə deyərlər "avazın yaxşı gəlir, oxuduğun Quran olsa”. Hələ ki, layihənin startından bir ildən az vaxt keçib. Gözləyək görək nə olur. Biz onsuz da pulumuzu verib internetimizi alırıq, alırıqsa barı keyfiyyətli məhsul alaq.

Amma bir şey yenə də aydın deyil: Rayonlara fiber-optik xətlərin çəkilməsindən dəm vuranlar paytaxtda bu işi görüb qurtarıblarmı? Heç olmasa, Bakının yarısında fiber-optik internet varmı? Təbii ki, yoxdur. Paytaxtı bu gündə olan ölkədə regionlar hansı gündə olmalıdır ki?..

 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

Azərbaycanı regionun rəqəmsal mərkəzinə çevirəcək layihəyə start verilir

21-01-2019
Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

Dəmir yolu boyunca yeni fiber-optik kabel çəkilir

21-01-2019
Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020
AzerTelecom Azerbaijan Digital Hub proqramını icra edir

AzerTelecom Azerbaijan Digital Hub proqramını icra edir

24-01-2019
AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

AzerTelecom Transxəzər magistralı layihəsinin icrasına başladı

10-04-2019
Ekspert yollarda olan internet problemindən danışıb

Ekspert yollarda olan internet problemindən danışıb

27-08-2019
Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020
AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

AzerTelecom-un layihəsi “Türkmentel 2020” konfransında müzakirə edilib

01-12-2020
Bakı dünyanın internet xəritəsinə əlavə ediləcək

Bakı dünyanın internet xəritəsinə əlavə ediləcək

09-10-2019
Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

Ekspert Xəzərin dibi ilə fiberoptik kabel çəkilişi layihəsindən danışdı

10-04-2019
Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

Transxəzər fiber-optik kabel xətləri Azərbaycanı rəqəmsal mərkəzə çevirəcək

16-01-2020
Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

Fiber-optik kabel xəttinin çəkilməsi ilə bağlı dövlətlərarası saziş Azərbaycan tərəfdən təsdiq edilib

14-04-2020
Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

Avropa ilə Asiyanı birləşdirəcək “Rəqəmsal İpək Yolu” layihəsi diqqət mərkəzində

09-10-2023
Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

Qazaxıstan hökuməti Transxəzər magistralı sazişini təsdiq etdi

29-05-2019
Azərbaycanda orta internet sürəti niyə zəifdir?

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018
Azərbaycan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsi olacaq

Azərbaycan Rəqəmsal İpək Yolu layihəsinin bir hissəsi olacaq

14-06-2019
Regionlarda internet niyə zəifdir ?

Regionlarda internet niyə zəifdir ?

13-09-2019
Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

Özəl provayderlər istifadəçilərə fiber optik internet verə biləcəklərmi?

14-03-2019
“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

“Özəl provayder təkbaşına fiber optik internet çəkə bilmir”

02-11-2016
Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

Nazirlik İnnovativ həftə keçirir, adi internet xidməti isə əlçatan deyil

15-10-2019
“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna  töhfəsi müzakirə olunub

“Azerbaijan Digital Hub” proqramının rəqəmsal iqtisadiyyat quruculuğuna töhfəsi müzakirə olunub

17-02-2020
"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

"Euronews"da Transxəzər Fiber-Optik Kabel Xətti layihəsi haqqında veriliş yayımlanıb

18-12-2025
Azərbaycan rəqəmsal tranzit mərkəzinə çevrilə bilər

Azərbaycan rəqəmsal tranzit mərkəzinə çevrilə bilər

30-05-2019
Azərbaycan holdinqi Gürcüstanın telekommunikasiya şirkətini satın alıb

Azərbaycan holdinqi Gürcüstanın telekommunikasiya şirkətini satın alıb

24-03-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə