Previous Next
Bağla
REKLAM YERİ

Ekspert: Son bir ildə dövlət sektorunda İT layihələrə 100 milyon manatdan çox vəsait xərclənib

12-08-2021 15:35
Ekspert: Son bir ildə dövlət sektorunda İT layihələrə 100 milyon manatdan çox vəsait xərclənib
"Dövlət qurumlarının son bir ildəki İT xərclərinə nəzər salıram. e-Satınalma-dan görsənir ki, təkcə son bir ildə dövlət qurumları çoxsaylı tenderlərdə İKT üçün 100 milyon manatdan çox vəsait xərcləyiblər.
 
Müxtəlif proqram təminatlarının, informasiya sistemlərinin, portalların hazırlanması, İKT avadanlıqların alınması, İT infrastrukturun qurulması və dəstəklənməsi və s. istiqamətdə layihələr üstünlük təşkil edib.
 
Bu layihələrin içərisində uğurlu və uğursuzu, ümumiyyətlə iflasa uğrayanlar da var, bu statusun mövzusu fərqli olduğundan onlara toxunmuram. Sadəcə onu qeyd edə bilərəm ki, uğursuz İT layihələr əvvəllər daha çox SİNAM, ULTRA, CyberNet və s. şirkətlərlə əlaqəli olub. Uğursuz İT layihələr və onlara xərclənən milyonlarla dövlət resursları başqa bir müzakirənin mövzusudur.
 
Maraqlıdır ki, yuxarıda qeyd olunan bu tenderlərin 90%-ni cəmi bir neçə İT şirkət qazanııb. e-Satınalma –da elə İT şirkət tapmaq olar ki, son bir ildə 70 dəfə tenderdə qalib gəlib. Tenderlərdə böyük dövlət sifarişlərini qazanan İT şirkətlər içərisində ASAN-nın dəstəyi ilə yaradılan AZİNNEX konsorsiumuna daxil olan İT şirkətlər xüsusu yer tutur.
 
AZİNNEX–i ona görə xüsusi vurğulayıram ki, bu cür böyük dövriyyələri olan İT şirkətlərimiz olduğu halda ASAN startaplara dəstək üçün vəsait tapa bilmir, ekosistemə dəstək məqsədilə məcbur olub SOCAR-ı və digər qurumları sposnsor olaraq cəlb edir.
 
Maraqlıdır ki, hazırda İT mühitdə devalvasiyadan öncəki durum yenidən təkrarlanır. İT şirkətlərimiz xarici bazarlara çıxmağa, əlavə dəyər formalaşdırmağa, ekosistemə -startaplara və innovasiyalara yatırım etməyə, dayanıqlı mühit formalaşdırmağa zəif diqqət yetirirlər.
 
İnnovasiyaların ixracı məqsədilə formalaşan AZİNNEX-də təəssüf ki, daxili bazar uğrunda, dövlət sifarişləri uğrunda amansız mübarizə diqqəti daha çox cəlb edir. Bu quruma daxil olan bəzi İT şirkətlər dövlət hesabına formalaşan layihələr üzrə xidmətlərin rüsumunu əsassız olaraq bir neçə dəfə qaldırıb, digər bir İT şirkət isə özünün adi bir xidməti ilə ən azı 100-dək dövlət qurumunu özündən asılı vəziyyətə salıb. Digər İT şirkətlər nə qədər dirəşsələr də indiyədək də "buzu" sındıra biməyiblər.
 
Çox az sayda İT şirkətlər var ki, məsələn, BestComp-u, RİSK-i göstərmək olar, son illərdə xarici bazarda da uğur qazanmağa başlayıb. Maraqlıdır ki, BestComp həm də daxildə uğurlu İT layihələri ilə tanınır.
 
Yalnız dövlət sifarişləri üzərində “oturmağın” 5-6 il öncə İT şirkətləri və bütövlükdə sektoru necə acınacaqlı vəziyyətə saldığının şahidi olmuşuq.
 
O zaman İT şirkətlərin böyük əksəriyyəti böhranla üzləşərək, min bir əziyyətlə yetişdirilən İT kadrları kütləvi olaraq ixtisar etmişdilər. Hansı ki, onların da böyük əksəriyyəti iş tapmaq üçün ölkəni tərk etmək məcburiyyətində qalmışdılar. İT kadrların böyük köçünün təsirləri indiyədək də sektorda hiss olunmaqdadır.
 
Düşnürəm ki, səlahiyyətli qurumlar və biznes sektoru, ekosistemə cavabdeh olanlar mövcud situasiyanın dəyişilməsinə, İT şirkətlərimizn xarici bazarlara çıxışına, əlavə dəyərlər formalaşdırmasına diqqət yetrməlidir. Biznes mühit inkişaf etdirilməlidir, dövlət satınalmaları təkmilləşdirilməli və şəffaflıq artırılmalıdır.
 
İT şirkətlərin rəqabət qabiliyyətini yüksəltmək üçün İKT avadanlıqların gömrük rüsumlarına (ƏDV ilə birlikdə 33%-dək) yenidən baxılmalıdır. Qonşu ölkələrin bir çoxunda bu tip rüsumlar ya sıfırlanıb, yaxud da xeyli endirilib. Odur ki, oxşar İT layihələr bizdə həm baha başa gəlir, həm də bizim İT şirkətlər üçün daha əlverişsiz mühit formalaşmış olur.
 
NRYTN rəqəmsal transformasiya və innovasiyalarla bağlı hazırlanmaqda olan konseptual sənədlərdə bu məqamları nəzərə almalı, ASAN-la birgə İT layihələrin ekspertizası və dəyərləndirməsi aparılmalıdır".
 
Azərbaycan İnternet Formunun Prezidenti Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Dövlət İT sektorun inkişafına nə qədər vəsait ayırır və bu vəsaitlərin bölgüsü ədalətlidirmi?

24-11-2023

İT şirkətləri dövlətdən nə istəyir - Dövlət sifarişlərini artırmaq, yoxsa normal mühit ?

15-03-2021

Azərbaycan İnnovasiyalar Evi niyə İT şirkətlərinin deyil, SOCAR-ın dəstəyi ilə yaradılıb?

21-02-2020

Qurumların İKT təminatına ayrılan vəsait səmərəli istifadə olunur?

22-05-2018

Ekspert:“Teknofest” dərsləri : bizim İT biznes nə üçün qatılmayıb?

02-06-2022

Dövlət Agentliyinin sədri AZİNNEX üzvləri ilə görüşüb

03-09-2020

Televiziyaların Azərkosmosa olan borclarını kim ödəməlidir?

28-01-2019

Ekspert Azərbaycanın ən uğursuz İT layihələrindən danışdı

19-02-2019

Osman Gündüz: Nə üçün bizim startaplar investisiya ala bilmir?

02-08-2021

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020

Ekspert: Rusiyadan köçən İT mütəxəssislər hansı ölkələrə gediblər?

07-09-2022

Ekspert: Milli Telekommunikasiya Şurasının yaradılmasına ehtiyac var

23-08-2019

İİTKM-də informasiya texnologiyaları şirkətlərinin rəhbərləri ilə görüş keçirilib

15-03-2021

İxracyönümlü IKT məhsulların istehsalı stimullaşdırılacaq

19-02-2015

Hökumət Buludundan nə gözlənilir?

20-06-2019

Ekspert: "Adi müraciət üçün fermerdən ASAN imza tələb olunur"

08-10-2018

İnnovasiyalar sahəsində kordinasiya səlahiyyəti kimdədir?

31-05-2019

Ekspert : Artıq 2 ili tamam olan DATA Mərkəz gözləntiləri doğruldubmu?

12-03-2019

“Güclü layihələr olmayanda seçim etmək çətin olur”

22-10-2016

Hansı İT şirkətlər bütün vergilərdən azad edilib ?

29-12-2023

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Ekspert : İflas olan İT layihələrin sorğu-sualı olmalı deyilmi ?

04-04-2019

Ekspert: Dövlət şirkətlərində özəlləşmə olacaqmı ?

07-08-2020

“Dövlət büdcəsi 40 milyon manata qənaət edə bilər”

20-02-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə