Previous Next
Bağla

“Güclü layihələr olmayanda seçim etmək çətin olur”

22-10-2016 14:44
 “Güclü layihələr olmayanda seçim etmək çətin olur”

Məlumat verdiyimiz kimi, dünən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun 4-cü qant müsabiqəsinin nəticələri açıqlandı.

Belə ki, Fonda təqdim edilmiş ümumi 121 layihədən 29 layihənin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Qrant qazanan layihələr barədə buradan daha ətraflı məlumat əldə edə bilərsiniz.

Məlum olduğu kimi, Fondun hər bir qrant müsabiqəsinin yekunundan sonra həmişə müzakirələr olur. Bu dəfə də belədir. Dünən yekunlar açıqlandıqdan sonra sosial şəbəkələrdə bu barədə ciddi müzakirələr başlayıb. Bəziləri, xüsuilə də qalib gəlməyən layihə rəhbərləri hesab edir ki, Fond tərəfindən bu dəfə seçilən layihələr elə də uğurlu layihələr deyil. Onların əksəriyyəti öz layihələrinin qalib olmamasını haqsızlıq kimi qiymətləndirir.

Xeberler.az olaraq dünəndən davam edən müzakirələrə aydınlıq gətirmək üçün Azərbaycan İnternet Forumunun prezidenti, İT-nin İnkişafı Dövlət Fondunun Müşahidə Şurasının üzvü Osman Gündüzlə söhbət etdik.

"Müşahidə Şurasına təqdim olunan hər bir layihə üzrə demokratik qaydada müzakirələr və hər biri üzrə ayrıca səsvermə keçirilir"

Osman Gündüz bildirib ki, bu müzakirələr normaldır. O, bəzi məsələlərə aydınlıq gətirərək deyib ki, ekspertizadan keçəndən sonra Müşahidə Şurasına təqdim olunan hər bir layihə üzrə demokratik qaydada müzakirələr keçirilir:

“ Qrant müsabiqəsinin yekunu ilə bağlı müzakirələrdə səsləndirlən fikirlər çox normaldır. Müsabiqədə iddiaçılar çox, qalib gələnlər isə həmişə azdır. Müsabiqənin yekunu ilə bağlı səslənən fikirlərə münasibət bildirmədən bircə onu deyə bilərəm ki, Müşahidə Şurasına təqdim olunan hər bir layihə üzrə demokratik qaydada müzakirələr və hər biri üzrə ayrıca səsvermə keçirilir. Proses kifayət qədər kollegial qaydada aparılır və mövcud qaydalara uyğundur”.

"Tənqidlərə, faydalı təkliflərə biz açığıq və həmişə bundan yararlanmağa çalışırıq"

Onun sözlərinə görə, bəzən elə olur ki, hansısa layihənin uğur qazanması üçün 1 səs çatışmır:

“Neyləmək olar, qalib gəlmək üçün yetərli səs toplamaq lazımdır. Bununla belə bəzən müşahidə edirəm ki, iddiaçılar, hətta bizim bu proseslərin içərisində olan dostlarımız qalib gəlmədikdən sonra reallıqdan uzaq fikirlər irəli sürürlər. Əlbəttə tənqidlərə, faydalı təkliflərə biz açığıq və həmişə bundan yararlanmağa çalışırıq. Startap Azərbaycan olaraq , AİF olaraq maraqlı tərəflərlə birgə müzakirələr, rəsmi qurumlarla görüşlər keçirib ölkədə İT biznesin, startapların inkişafı ilə bağlı irəli sürülən bu təklifləri, rəyləri reallaşdırmağa çalışırıq. Elə Fondun özü də məhz bu cür müzakirələrin, irəli sürülən təkliflərin nəticəsi olar dövlət başçısının Fərmanı əsasında yaradılıb. Ötən müddət ərzində Fond tərəfindən xeyli sayda, 150-dək layihə ilkin maliyyələşmə əldə edə biliblər. Cəmi 4 ildir ki biz startap sahəsində işlərə başlamışıq Əlbəttə qonşularımız daha tez başlayıblar”.

"Bəzən hansısa mərhələdə qalib gəlməyən layihə nümayəndələrinin irəli sürdükləri fərziyyələr, iddialar əsaslı olmur"

Osman Gündüz bildirib ki, startap fəlsəfəsinə, mövcud duruma görə indiki zamanda qaliblərdən, bütövlükdə startap ekosistemdən elə də böyük nailiyyətlər gözləmirlər:

“Bununla belə Dövlət Fondu tərəfindən bu istiqamətdə atılan addımların ölkədə İT sektorda canlanma yaradacağını düşünürük. Həmçinin də artıq müəyyən potensiala malik olan startapları Dövlət Fondundan güzəştli kredit almaq üçün müraciət etməyə dəvət edirik. Eyni zamanda düşünürəm ki, ekosistemin sürətli inkişafı üçün özəl investorların, fərdi investorların bu sahəyə dəstək verməsi çox vacibdir. Bu tip investisiyalar səhəsində isə xeyli problemlər hələ də qalmaqdadır. Nəzərə almaq lazımdır ki, dövlət qurumlarının bəlli bir sənədləri və bəlli proseduraları var və cari fəaliyyət yalnız və yalnız bu çərçivədə həyata keçirilir. Müşahidə Şurasının da bəlli bir qaydaları var və tam olaraq o çərçivədə işləyir. Düşünürəm ki, bəzən hansısa mərhələdə qalib gəlməyən layihə nümayəndələrinin irəli sürdükləri fərziyyələr, iddialar əsaslı olmur. Qalib gəlməyənlər sadəcə seçimin ədalətsiz olmasını bildirir”.

"Çox zəiflər içərisindən daha az zəif olanın seçimi qarşısında qalırıq"

Müşahidə Şurasının üzvü deyib ki, cəlbedici, maraqlı layihələr hədsiz azdır:

“Tam səmimi deyirəm, cəlbedici, iddialı, komandalı, innovasiyalı layihələr hədsiz azdır. Bir sıra hallarda layihələrin büdcələri reallıqdan çox uzaq olur. Təkrar, oxşar layihələr hədsiz çoxdur. Müşahidə Şurası üzvləri olaraq biz də ekspertizadan keçən layihələrin siyahısını əlimizə alarkən dərhal orada nəsə maraqlı, güclü, innovasiyalı bir layihəni axtarırıq. Təəssüf ki, hələlik bu istiqamətdə irəliləyişlər azdır. Etiraf edirəm ki, güclü layihələrin olmadığı bir şəraitdə, biz ekositemin canlanması və inkişafına təkan vermək üçün bəzən daha çox zəiflər içərisindən daha az zəif olanın seçimi qarşısında qalırıq. Regional layihələrə, uğurlu və perspektivli komandalara da üstünlük verməyə çalışırıq. Ümumiyyətlə, hər birimizə də aydındır ki, istənilən müsabiqədə, istənilən səsvermədə subyektivlik var. Hər yerdə , o cümlədən də bizdə də seçim edənlər mövcud Qaydalar çərçivəsində və öz dünyagörüşü , öz baxışları əsasında səs verir”.

Osman Gündüz bildirib ki, hazırda startaplara ən böyük dəstəyi elə dövlət göstərir:

“Eyni zamanda unutmayaq ki, özəl investorların, biznes angellərin olmadığı indiki şəraitdə az miqdarda olsa da, verilən vəsait dövlətindir. Təbii ki, bu da daha ciddi məsuliyyət yaradır. Bəzən elə olur ki, Müşahidə Şurasında konkret bir layihə ilə bağlı tam müxtəlif fikirlər mövcud olur, amma bir daha bildirirəm ki, istənilən halda səsvermə keçirilir, qərarlar birgə qəbul edilir”.

"Dövlət Fondu tərəfindən indiyə qədər 150-yə qədər layihəyə 1 milyon manatdan çox qrant verilib"

Onun sözlərinə görə RYTN də maraqlıdır ki, imkan daxilində çox layihəyə dəstək olsun:

 “Son Müşahidə Şurasının toplantısı da göstərdi ki, Nazirlik də, Dövlət Fondu da maraqlıdır ki, ekosistem canlansı, maraqlı və cəlbedici layihələr üzə çıxsın, daha çox sayda, imkan daxilində daha böyük məbləğdə qrantlar verilsin və İT bazarın inkişafı sürətlənsin.
Nəzərə almaq lazımdır ki, dövlət büdcəsindən maliyyələşən Fondun da maliyyə imkanları məhduddur.

Yalnız bu müsabiqədə 350 min AZN startap layihələrinə  pul ayrılıb, bütövlükdə isə Dövlət Fondu tərəfindən indiyə qədər 150-yə qədər layihəyə  1 milyon manatdan çox qrant verilib.

İstənilən halda Müşahidə Şurası maraqlıdır ki, cəlbedici və innovasiyalı layihələr seçilsin. Təbii ki, biz də çalışırıq ki, bu məqsədlə daha təkmil seçim mexanizmləri hazırlansın. Bizdə də müzakirə olunur ki,  az sayda layihələrə daha çox məbləğ verək, yoxsa ekositemi canlandırmaq üçün çox sayda layihələrə az məbləğdə dəstək göstərək?. Bir sözlə, güclü layihələrin üzə çıxarılması bizim də marağımızdadır.
Elə son toplantıda qəbul edilən qərar da buna misal ola bilər. Artıq seçmə qaydada bəzi layihələr Müşahidə Şurasının toplantısına dəvət olunacaq və öz layihələrini Şura üzvləri qarşıında təqdim edəcək. Düşünürəm ki, bu addım da Müşahidə Şurasına daha obyektiv qərara gəlməsinə kömək edəcək”.

Onun sözlərinə görə, yaxın zamanda startapçılar ilə yeni nazirin görüşü də baş tuta bilər:

 “Startap Azərbaycan olaraq biz yaxın zamanlarda qalib startapların və startap ekosistem iştirakçılarının cənab nazirlə birgə görüşünün keçirilməsi təşəbbüsünü də irəli sürmüşük . Ümid edirəm ki, yaxınlarda belə bir toplantı baş tutacaq”. 

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

O.Gündüz qrant müsabiqəsi ilə bağlı etirazlara cavab verdi.

11-07-2014

Dövlət Fondunun müsabiqəsində qalib gələn startaplar nə üçün qrantlarını ala bilmirlər?

13-03-2015

Startapların qrantları nə vaxt veriləcək?

15-04-2016

Qrant müsabiqəsinin qalib startapları nə vaxt açıqlanacaq?

13-09-2017

3-cü qrant müsabiqəsində hansı yeniliklər olacaq?

19-10-2015

3-cü qrant müsabiqəsinin qalibləri açıqlandı

01-02-2016

Startapların qrantları verilməyə başladı

21-04-2016

3-cü qrant müsabiqəsinin qalib layihələri hansılardır?

01-02-2016

Növbəti qrant müsabiqəsi elan olunacaq

18-03-2015

Qrant müsabiqəsinin qalib startapları açıqlandı-Siyahı

20-09-2017

Sosial mediadakı aktivliyinizi necə ölçə bilərsiz?

08-10-2015

Qrant müsabiqəsinin 2-ci mərhələsindən 61 startap keçib

18-10-2016

Mingəçevir Dövlət Universitetində regionun startapçıları ilə görüş keçirilib

18-11-2016

Qrant müsabiqəsinin 1-ci mərhələsindən 112 startap keçib

15-09-2016

Qrant müsabiqəsində 71 startap mübarizə aparacaq

21-08-2017

Startaplar hansı banklardan güzəştli kredit ala bilər?-Siyahı

15-12-2016

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

12-06-2017

Startaplara qrantlar verilməyə başlanıldı

02-06-2015

Qrant müsabiqəsinə neçə startap müraciət edib?

02-05-2018

Sabah qrant müsabiqəsinin qalib startapları müəyyənləşəcək

20-10-2016

Hüquqi şəxslərin qrant alması ilə bağlı qeydiyyat başa çatır

09-12-2015

Cəmi beş layihəyə qrant ayrılıb

20-07-2018

Qrant müsabiqəsində 121 startap mübarizə aparır

03-09-2016

Qrant müsabiqəsinin ilkin mərhələsindən 103 layihə keçib

08-12-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə