Ekspert: “Üç qurum bir araya gələrək yol xəritəsi hazırlamalıdır”

17-03-2021 / 19:35

“İnnovasiya və ekosistemlə bağlı bəsit tədbirlərə üstünlük verilir. 4-5 informasiya texnologiyaları şirkətləri, bir o sayda ekosistem iştirakçılarını zaman-zaman bir araya yığıb eyni mövzuları müzakirə etməklə ciddi uğurlar əldə etmək mümkün olmayacaq.

Görünən odur ki, sektorun inkişafına cavabdeh olan 3 dövlət qurumu, Vətəndaşlara Xidmət və Sosial İnnovaasiyalar üzrə Dövlət Agentliyi, Nəqliyyat, Rabitə Yüksək Texnologiyalar Nazirliyinin İnnovasiya Agentliyi və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ayrı-ayrılıqda fəaliyyət göstərirlər”.

Xeberler.az bildirir ki, bu barədə "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib:

“Hərəsi ayrı-ayrılıqda eyni tərkibdə, eyni məzmunlu görüşlər keçirməklə işləri bitmiş hesab edirlər. Daha çox gözləntilər olan, yaxşı start götürən, zamanında bir sıra uğurlu addımlar atan “İNNOLAND” təəssüf ki, son zamanlar xeyli zəifləyib. Ortada real nəticələr yoxdur, ekosistemi irəli apara biləcək addımlar görsənmir.

Nəhəng dövlət agentliyinə söykənən, nəhəng resurslara əlçatanlığı olan, ölkənin tanınan mütəxəssislərinin cəmləşdiyi bu qurumun indiki vəziyyəti, ortaya çıxardığı nəticələr heç bir halda yetərli ola bilməz. Əksinə görünür ki, müqavilə başa çatandan sonra ora cəmləşən komanda da ruhdan düşüb. Düşünürəm ki, tabe olduğu dövlət agentliyi tərəfindən göstərilən dəstək gücləndirilməlidir. Resurslar ayrılmalıdır.

Əgər KOBİA heç olmasa, mövcud startapları mənfəət və gəlir vergisindən azad edə bilirsə, az-çox dəstək qrantları veririsə, gərək “İNNOLAND” və İnnovasiya Agentliyi ekosistemin formalaşması üçün, yeni startapların yaradılması üçün startaplara ilkin investisiyalar üçün ciddi addımlar atsınlar”.

Ekspert düşünür ki, hər üç qurum bir araya gələrək maraqlı tərəflərlə birgə mövcud vəziyyəti təhlil etməlidir, konkret müddət üçün strateji yol xəritəsi hazırlamalıdır:

“Daha uzunmüddətli dövr üçün, Prezidentin 3 il bundan öncə tapşırıq verdiyi, beynəlxalq məsləhətçi şirkət cəlb edilməklə hazırlanmaqda olduğu bildirilən İnnovasiya Strategiyası ortaya çıxarılmalıdır.

Əldə onlunan nəticələr, qonşu ölkələrlə müqayisələr onu deməyə əsas veri ki, biz innovasiya və ekosistem sahəsində son dövrlərdə ləngimələrə yol veririk”.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə