Previous Next
Bağla

Klassik Texno Park ideyası artıq öz əhəmiyyətini itirib

16-01-2017 13:34
Klassik Texno Park ideyası artıq öz əhəmiyyətini itirib

Bu yaxınlarda artıq məlum oldu ki, cari ildə Pirallahıda Yüksək Texnologiyalar Parkı ilə bağlı ciddi addımlar nəzərdə tutulmur.

Böyük ümidlər bəslənilən və formalaşdırılması da 5 il ləngiyən Texno Park yaxın perspektivdə görünmür. Təəssüf ki, ölkənin maliyyə  resurslarının güclü olduğu zamanda bu infrastrukturun qurulmasına ciddi səylər göstərilmədi. İndi isə bu cür maliyyə resurslarının ayrılacağına ümidlər azdır.

Bu da onu göstərir ki, qlobal şirkətlərin, elm və təhsilin, şirkətlərin bir platforma ətrafında fəaliyyəti hələlik alınmayıb və real da görsənmir. Əslində, Pirallahı heç startaplar üçün də maraqlı görsənmirdi.

Beləliklə, klassik Texno Park yoxdur və görsənmir. İndi nə etməli ?

Milli ekosistemlərin inkişafına dəstək məqsədilə yaradılan  Texno Park formatına, klassik Texno Park formatına yanaşma da dünyada və ətrafımızdakı ölkələrdə xeyli dəyişib. Yəni, innovativ istehsala yönəlik klassik Texno Parklar əslində innovasiyaların hərəkətverici qüvvəsi olaraq əhəmiyyətini itirib. Bu tip formatla qlobal qurumları və digər uyğun sahələri cəlb etmək problemlidir.

Bütün bunlara baxmayaraq bu sahəyə yeni yanaşmalar,  mövcud beynəlxalq təcrübə diqqəti cəlb edir. Həm də bu yaxınlarda bizim Startap Azərbaycan olaraq regionlarda apardığımız uğurlu işlər də ekosistem üçün daha effektiv mexanizmlərin qurulmasını diqtə edir.

Düşünürəm ki, bizdə də konkret istiqamətlər üzrə innovativ mərkəzlərin yaradılması daha doğru olardı. Son dövrlərdə hökumətin də fəaliyyəti təxminən bu istiqamət üzrə formalaşıb. Xatırlayıram ki, sonuncu dəfə  prezidentin sərəncamı ilə AMEA nəzdində də bir Texno Park yaradılıb. Hesab edirəm bu, çox doğru addımdır.

Hesab edirəm ki, hökumətin, RYTN-nin, YTP rəhbərliyinin mövcud situasiyanı nəzərə almaqla Pirallahı Texno Park ideyası üzərindən xətt çəkməsi və milli infrastrukturu nəzərə almaqla ən azı aşağıdakı 3 istiqamət üzrə bir qədər çevik infrastruktur yaratması bəlkə də daha effektiv və faydalı olardı :

1. Turizm, loqistika, oyunlar, elektron hökumət, elektron ödənişlər və digər sahələr üzrə innovativ-texnoloji mərkəz

 2. Aqrar sektor üçün, müxtəlif istehsal sahələri üçün innovativ həllər mərkəzi

3. Əşyaların interneti, “ağıllı şəhər”, mobil oyunlar üzrə texnoloji mərkəz

Əlbəttə digər variantlar da mümkündür.

İstənilən halda daha çevik, daha effektiv mexanizmlərin yaradılmasına ehtiyac var. Şübhəsiz ki, aparılan işlər, təşkil edilən qrantlar, müxtəlif müsabiqələrdə əldə olunan uğurlar, innovasiya mərkəzlərinin fəaliyyəti ekosistemin inkişafına müəyyən qədər kömək edir. Bununla belə artıq təcrübə, mövcud situasiya göstərir ki, daha təsirli vasitələr və mexanizmlər lazımdır. Belə ki, davamlı, sistemli addımlara ehtiyac var.

Ümumiyyətlə, ölkədə ekosistemlə bağlı görürnən budur ki, 2012-ci ildən başlayan startap hərəkatı, aparılan maarifçilik işləri, müxtəlif müsabiqələr, proqramlar, dövlət dəstəyi bu sahədə müəyyən dinamika yaratsa da,  son dövrlərdə müəyyən durğunluq da müşahidə olunur.
Əlbəttə, qonşu ölkələrlə müqayisə etdikdə elə də çox müddət keçməyib. Amma bizim gözləntilərimizə görə indiyədək ilkin inkişaf dövründə olan xeyli startaplar, 500-1000-dək milli startaplar olmalıydı. Hələlik olanlar kəmiyyət baxımından yetərli deyil. Regional və qlobal startap bazarlara, innovasiya mərkəzlərinə inteqrasiyanı da yetərli hesab etmək olmaz.

Düşünürəm ki, bu istiqamətdə hökumətin də fəaliyyətini yetərli hesab etmək olmaz. Ekspertlərin, mütəxəssislərin və ekosistem iştirakçılarının birgə səyləri ilə Startap Azərbaycan tərəfindən xeyli əziyyətlə Təkliflər hazırlanmışdı.

Analiz etdikdə görmək olar ki, uzun müddət keçsə də, ekosistemin inkişafına xeyli təkan verə biləcək bu Təkliflərin çox az bir hissəsi həyata keçirilib.

Hesab edirəm ki, elə İT-nin İnkişafı Dövlət Fondunun da  daha konkret istiqamətlər üzrə startaplara dəstək verməsi doğru olardı. Ümid edirəm Dövlət Fonduna təqdim olunan layihələrin təqdimat mexanizmlərinin təkmilləşdirilməsi, daha ciddi investisiya yatırımlarının edilməsi uğurlu layihələrin üzə çıxarılması və dəstəklənməsinə xeyli kömək edəcək.

Fikrimcə, özəl sektorun zəif olduğu, fərdi  investorların olmadığı bir şəraitdə  bəlli bir müddət üçün, məsələn 2-3 il müddətində startapların formalaşdırılması, akselerasiyası, ciddi investisiya dəstəyinin göstərilməsi məqsədilə hökumət konkret addımlar atmalıdır.

Yuxarıda qeyd olunan istiqamətlər üzrə ekosistem infrastrukturunun qurulması, bu sahələr üzrə akselerasiyanın, investisiya dəstəyinin təmin edilməsi, regional ekosistemin inkişafı üçün konkret bir dövlət proqramının, məsələn, “Startap Azərbaycan” dövlət proqramının hazırlanması da faydalı olardı.

 

Osman Gündüz
16.01.2017

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yüksək Texnologiyalar Parkı köçür- Səbəb

12-05-2017

Code Academy Texno Parkın layihəsi olub, yoxsa müstəqil olub?

24-01-2017

Ekspert: Ekosistemdə investisiya yönümlü qurumun yaradılması olduqca əhəmiyyətlidir

14-06-2022

Ekspert: Silicon Valley-də Azərbaycana aid İnnovasiya Evinin yaradılması vacibdir

23-08-2019

Ekspert: “Üç qurum bir araya gələrək yol xəritəsi hazırlamalıdır”

17-03-2021

“Güclü layihələr olmayanda seçim etmək çətin olur”

22-10-2016

Nazirin və maraqlı tərəflərin iştirakı ilə startap mühitinin inkişafı müzakirə olundu

03-07-2015

Ekspert: İnnovasiya Agentliyi startapları öz ofisindən çıxarır

12-11-2019

Ekspert: Startap şəhadətnamələri və ekosistemin hazırki vəziyyəti necədir?

11-09-2021

ASAN 2.0 realdırmı ?

05-12-2018

Ekspert: Startap Meyarlarının təsdiqlənməsi nəyi dəyişəcək?

11-02-2021

Azərbaycan dünya startap reytinqində 1 pillə irəliləyib-TƏHLİL

31-05-2023

Ekspert: İnanıram ki, startap və innovasiya sektorunda ciddi irəliləyişlər müşahidə edə biləcəyik

10-01-2025

“Startaplara göstərdiyimiz xidmətlərlə öyünməyə çalışırıq”

27-02-2015

“Azərbaycanın internet bazarında planlı rəqabət gedir”

01-03-2016

Ekspert:Azərbaycanda 5G infrastrukturu nə zaman qurulacaq?

16-08-2022

10 milyondan çox büdcəsi olan vençur fond sabah təqdim ediləcək

28-11-2022

Ekspert:Bir Nazirlik nə qədər kütləvi imtahan təşkil edə bilər?

30-08-2022

İKT və rəqəmsal sektordan gözləntilər özünü dorğulda bilir?

02-04-2021

Nazirlə görüşdə startaplarla bağlı hansı təkliflər irəli sürülüb?

06-07-2015

Ekspert: "Elektron Reyestrdə məlumatlar olduğu halda kağız Passporta nə ehtiyyac var?"

30-01-2021

ITV ictimai fikrə təsir imkanlarını artıra biləcəkmi ?

01-06-2018

Ölkədə WhatsApp və Skype-ı hansı qurumlar bloklayır?

17-05-2017

Ümid edirəm ki, İnnovasiya Mərkəzi startap ekosistemi və innovasiyanın maraqlı tərəflərini birləşdirən güclü mərkəzə çevriləcək

03-10-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə