“Fərdi elektron pəncərə” istifadəyə veriləcək

21-02-2014 / 10:07
Azərbaycan Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatları üçün “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması ilə bağlı əsas işləri görüb.
 
Nazirlikdən Xəbərlər-ə verilən məlumata görə, Azərbaycan Prezidenti İlham Əliyevin “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” 20 noyabr 2013-cü ilə tarixli Fərmanına uyğun olaraq “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması ilə bağlı zəruri işlər görülüb və yaxın zamanlarda onun istifadəyə verilməsi planlaşdırılır.
 
Məlumat üçün bildirək ki, “Fərdi elektron pəncərə” qeyri-hökumət təşkilatlarının aidiyyəti dövlət orqanı ilə qarşılıqlı məlumat mübadiləsini, qanunla müəyyən edilmiş məlumatların, hesabatların elektron formada verilməsini və digər elektron xidmətlərin həyata keçirilməsini təmin edən informasiya sistemidir.
Qeyd edək ki, adıçəkilən sisteminin yaradılması və tezliklə istifadəyə verilməsi vətəndaş cəmiyyətinin inkişafına böyük təkan verəcək.
 
 
Xeberler.az

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə