“Ferrari”nin İT sistemləri haker hücumuna uğrayıb

21-03-2023 / 11:09

İtaliyanın “Ferrari” avtomobilqayırma konserninin informasiya sistemləri sındırılıb, hakerlər fidyə tələb ediblər.

Xeberler.az “La Repubblica” qəzetinə istinadən xəbər verir ki, diversiya şirkətin fəaliyyətinə heç bir təsir göstərməyib.

Konsern heç bir fidyə ödənişini qəbul etməyəcəyini bildirib, “çünki bu cür tələblərlə razılaşmaq cinayət fəaliyyətini maliyyələşdirəcək və təhdid iştirakçılarına hücumlarını davam etdirməyə imkan verəcək”.

“Biz dərhal dünyanın aparıcı kibertəhlükəsizlik şirkəti ilə əməkdaşlıq çərçivəsində incələməyə başladıq. Biz səlahiyyətli orqanlara məlumat vermişik və əminik ki, onlar incələmə aparmaq üçün əllərindən gələni edəcəklər”, - “Ferrari”nin açıqlamasında qeyd olunub.

Qrupun rəhbərliyi müştərilərə “verilənlərin itirilməsi riski və baş verənin xarakteri haqqında” bildirib.(report)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə