Yaponiyanın “Panasonic” şirkəti "Firefox OS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən dünyanın ilk smart (ağıllı) televizorlarını təqdim edib.
Xeberler.az RYTN-nin rəsmi saytına istinadən məlumat verir ki, seriyaya ümumilikdə “Firefox OS” sistemli altı model (CR850, CR730, CX800, CX750, CX700 və CX680) daxildir. Qurğu internet səhifələrində məhsuldarlığı artırmaq məqsədilə xüsusi olaraq “HTML5” ilə iş üçün uyğunlaşdırılıb. İstifadəçilər həmçinin bütün kanal, əlavə, kontent və sinxronlaşdırılmış qurğulara çıxışı təmin edən intuitiv interfeysdən yararlana biləcəklər.
“Mozilla” şirkətinin nümayəndələri bildiriblər ki, “Firefox OS” bütünlüklə internet texnologiyalarına əsaslanır. Bununla proqram tərtibatçıları ümumi istifadəçi əlavələri yarada biləcəklər.
“Panasonic Viera” seriyasından olan ilk “ağıllı” televizorların əvvəlcə Avropada, yaxın aylarda isə digər regionlarda satışa çıxarılacağı gözlənilir.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri