“Bu forumun ölkəmizdə keçirilməsində məqsəd innovasiyalar sahəsində beynəlxalq təcrübəni öyrənib bu yenilikləri ölkəmizdə həm dövlət, həm özəl sektorda tətbiq etməkdir”.
Bunu Xeberler.az-a World Sammit Award müsabiqəsinin ölkəmizdə təşkil olunmasından danışan Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin informasiya təminatı şöbəsinin rəhbəri Anar Hüseynov deyib.
Anar Hüseynov qeyd edib ki, forumda iştirak edən müxtəlif innovativ layihələrin işləri araşdırılacaq və bu layihələr ölkəmizdə də tətbq edilə bilər:
“Forum çərçivəsində dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasında 40 qalib seçiləcək. Biz bu layihələri analiz edib, dəyərləndirəcəyik. Ölkəmiz üçün faydalı olan layihələrlə əməkdaşlıq edəcəyik”.
Hazırda Azərbaycan Asan xidmətin innnovasiyalar mərkəzi və ADA Universitetinin təşkilatçılığı ilə Bakıda World Sammit Award forumu davam edir.
İki hisədən ibarət tədbirin I hissəsində sahibkarlarla xarici ekspetlər bir araya gələrək innovasiya, sahibkarlıq, informasiya cəmiyyəti barəsində öz görüş və perspektivlərini bölüşürlər.
II hissədə isə dünyanın hər bir yerindən göndərilmiş 400-ə yaxın tətbiq arasında 40 qalib seçilməsi üçün Grand Jury sessiyası baş tutacaq. 21 beynəlxalq ekspert Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvü olan hər bir dövlət tərəfindən World Sammit Award-a göndərilən tətbiqləri dəyərəndirmək üçün Bakıda bir araya gələcək.
Müxtəlif nominasiyalı yerli layihələrimiz də forumda təqdimatı olacaq.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri