Efiopiyanın paytaxtı Əddis-Əbəbə şəhərində yerləşən Afrika İttifaqının mənzil qərargahında “İdarəetmə innovasiyası: hər kəs üçün çevik, inklüziv və insanyönümlü xidmətlərin təkmilləşdirilməsi” adlı regional forum keçirilib. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və Birləşmiş Millətlər Təşkilatının birgə təşkilatçılığı, eləcə də, Afrika İttifaqı və Efiopiya Federativ Respublikası Hökumətinin tərəfdaşlığı ilə reallaşdırılan tədbir 10-cu Afrika Dövlət Xidmətləri Günü münasibətilə keçirilən konfrans çərçivəsində təşkil olunub.
Xeberler.az bildirir ki, Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, ötən il noyabrın 11-də Azərbaycan Respublikası Hökuməti ilə BMT arasında imzalanmış Töhfə Sazişinin icrası çərçivəsində təşkil olunmuş forumda 30-dan çox ölkədən və beynəlxalq təşkilatdan 100-ə yaxın aidiyyəti dövlət qurumunun rəhbər şəxsləri, beynəlxalq təşkilatların rəsmiləri və ekspertlər iştirak ediblər.
Tədbirin açılışında Dövlət Agentliyinin sədri, BMT-nin İqtisadi və Sosial Məsələlər Departamentinin nümayəndəsi, Efiopiyanın Dövlət Xidmətləri Komissiyasının rəhbəri və Afrika İttifaqının İdarəetmə və Münaqişələrin Qarşısının Alınması üzrə direktoru çıxış ediblər.
Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev Afrika Dövlət Xidmətləri Günü münasibətilə həmin qitənin ölkələrinin müvafiq sahədə fəaliyyət göstərən nümayəndələrini təbrik edib. Şəffaf, əlçatan, innovativ xidmətlərin təqdim olunmasının əhəmiyyətinə toxunan Dövlət Agentliyinin sədri bu istiqamətdə qabaqcıl “ASAN xidmət” təcrübəsinin paylaşılmasına ölkəmizin hazır olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Dövlət xidmətlərinin transformasiyası və gələcəyi, çoxşaxəli dövlət xidmətlərinin göstərilməsinə keçid mövzuları üzrə dəyirmi masa, ekspert rəyi və müvafiq sahədə müxtəlif ölkələrin uğurlu təcrübəsinin öyrənilməsinə həsr olunan forumda Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri “ASAN xidmət”, eləcə də, Dövlət Agentliyinin digər fəaliyyət istiqamətləri ilə bağlı geniş təqdimat edib.
Forum çərçivəsində Esvatini, Qana, Qambiya, Maldivin müvafiq sahə üzrə fəaliyyət göstərən dövlət qurumlarının rəhbərləri və yüksək vəzifəli rəsmiləri ilə görüşlər keçirilib. Görüşlər zamanı müvafiq ölkələrdə “ASAN xidmət” təcrübəsinin tətbiqi ilə əlaqədar ilkin razılığa gəlinib.
Forumun son günündə iştirakçılar “ASAN xidmət” modeli əsasında yaradılmış “MESOB” dövlət xidmətləri mərkəzini ziyarət ediblər.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları