Previous Next
Bağla

Gəncə Startap Festivalına necə hazırlaşır?

08-11-2016 16:56
Gəncə Startap Festivalına necə hazırlaşır?

Məlumat verdiyimiz kimi, Gəncədə geniş miqyasılı startap tədbirlərinin keçirilməsi nəzərdə tutulur.

Belə ki, gələn ay Startap Azərbaycan və ASAN Könüllüləri qurumu Gəncədə bir neçə startap tədbirləri həyata keçirməyə hazırlaşır. ASAN Könüllüləri Təşkilatı və Startap Azərbaycanın birgə təşkilaçılığı ilə 25-30 noyabrda Gəncədə “Azərbaycan Startup Festivalı” təşkil olunacaq.

Festival çərçivəsində Startap Azırbaycan tərəfindən Startap Günləri və ASAN Könüllüləri tərəfindən “1-ci Beynəlxalq Startup Akademiyası: Gəncə 2016” və digər tədbirlərin keçirilməsi planlaşdırılır.

Təşkilatçılar artıq Festivalın Proqramının ilkin variantının da hazır olduğunu bildirir.

Festivalın açılış mərasiminin noyabrın 25-də keçirilməsi nəzərdə tutulub. 

Açılış mərasimində Rabitə və Yükəsk Texnologiyalar Nazirliyinin, VXSİ Dövlət Agentliyinin, İT-nin İnkişafına Dövlət Dəstəyi Fondunun və Gənclər Fondunun, həmçinin də Gəncə İcra Hakimiyyətinin rəsmi nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Məlumata görə, Gəncədə keçiriləcək Startap Günlər-i 3 gün davam edəcək.

Yarışmaya Gəncədəki universitetlərdən tələbələr və gənclər qatıla bilər.

Maraqlıdır ki, bu tədbirdə Gəncə sakinləri, universitet tələbələri necə iştirak edəcək? Ümumiyyətlə, qeyd edilən tədbirlər onlar üçün maraqlıdırmı? Bütün bu suallarla Gəncədə fəaliyyət göstərən universitetlərə əlaqə saxladıq ki, Startap Günlərində iştirak edəcəklərmi və buna necə hazırlaşırlar?

Bir məqamı əvvəlcədən qeyd etmək istərdik ki, Gəncədəki Azərbaycan Texnologiya Universiteti Startap Azərbaycan Təşkilatı ilə rəsmi əməkdaşlığa başlayır.

Belə ki, iki qurum arasında yaxın vaxtda memorandum imzalanması nəzərdə tutulur.

Elə ilk olaraq bu universitetdən başladıq.

ATU-nun Tərbiyə İşləri üzrə koordinatoru Rauf Əmənov Xeberler.az-a bildirib ki, hazırda universitetdə startap tədbirlərinə ciddi hazırlıqlar gedir:

“Universitetimizin tərkibində Net Club fəaliyyət göstərir. Hazırda Club-un nümayəndələri tərəfindən bu istiqamətdə müəyyən hazırlıqlar davam edir. Biz həm də təşkilatçı qisimində olaraq Startap Günlərini dəstəkləyirik”.

Onun sözlərinə görə, Günlər-də iştirak universitetin həm gənc müəllimləri, həm də tələbələri üçün faydalı olacaq:

“Belə bir tədbirlərdə iştirak gəncələrin İKT və startap layihələrinə hazırlığı, bu sahədə də aktiv olması üçün bizim universitetimiz üçün sözün əsl mənasında qazancdır. Bu kimi böyük tədbirin tərkib hissəsi olmaq bizim üçün qürurvericidir. ATU startap sahəsinə həmişə dəstək verməyə hazırdır. Hesab edirik ki, bu kimi tədbirlərdə iştirak universitetimiz, müəllim heyətimiz, tələbələrimiz üçün faydalıdır. Xüsusən gənc müəllimlərimizi Günlər-də iştirak üçün dəvət edəcəyik. Şəxsən mən özüm də Günlər-də iştirak edəcəm. Bu, müəllimlərimiz üçün də bir stimul olacaq”.

Rauf Əmənov deyir ki, tədbirdə iştirak etməklə startap sahəsi ilə bağlı geniş məlumat, təcrübə qazanacaqlar:

“Tədbirdə iştirak etməklə bir növ bu sahə ilə bağlı geniş məlumat alacağıq. Dünyada və Bakıda bu sahədəki fəaliyyətlər, yeniliklər, trendlər barədə məlumatlar bizim üçün maraqlıdır. Günlər-də iştirak edə tələbələrimiz, müəllimlərimiz biləcək ki, bu startap sahəsi nədir və onlar hansı sahələr üzrə startaplarını hazırlaya bilər?”.

Universitet rəsmisi qeyd edib ki, ATU-dan Startap Günlərində ən azı 2 komanda iştirak edib, yarışacaq.

Gəncə Dövlət Universitetindən verilən məlumata görə, universitet olaraq Startap Günlərində iştirak edəcəklər:

“Biz də bu tədbirlərdə aktiv və geniş tərkibdə iştirak etməyi düşünürük. Artıq tədbirlərlə hazırlıqla bağlı komanda da formalaşdırmışıq. Onlar Günlər-də təqdim edəcəkləri layihələri üzərində işləyir”.

Qeyd edək ki, Startap Günləri Azərbaycan Dövlət Aqrar Universitetində baş tutacaq.

Universitetdən Xeberler.az-a verilən məlumata görə, onlar da bu tədbirlərdə iştirak etməyə hazırlaşır:

“Əlbəttə ki, bizim universitet də belə böyük tədbirdə aktiv iştirak edəcək. Hazırda bununla bağlı tələbələr arasında məlumatlandırılma işləri aparılır. Görüşdə iştirak edəcək müəllim və tələbə heyətimizin formatı müəyyən edilir”.

Startap Azərbaycan-ın Təşkilat Komitəsindən verilən məlumata görə, Startap Günlərində Gəncədəki universitetlərlə yanaşı, kolleclərdən də tələbələrin iştirakı gözlənilir.

Məlumata görə, bundan əlavə Gəncədə digər maraqlı şəxslər də startap tədbirlərinə iştirak edəcəkləri barədə istəklərini göndərir.

 Onu da qeyd edək ki, Gəncədəki startap tədbirlərinə Bakıdan Startap Azərbaycan ekspertləri və mentorları, konüllülər, Mingəçevir və digər bölgələrdən isə komandalar qatıla biləcək.

Bakıdan qatılan DEV komandasından bildirilib ki, regionda keçirilən belə böyük tədbirdə iştirak onlar üçün maraqlıdır və könüllü olaraq Günlər çərçivəsində təşkilatçı və iştirakçılara kömək edəcəklər.

Qeyd edək ki, How To DEV layihəsi dünyanın ən aktiv video platforması Youtube-da gənclərin ilkin olaraq texnologiya sahəsində təhsillərini inkişaf etdirə bilmələri üçün istiqamətləndirici video məlumatlar hazırlayır. Komanda Startap Günlərinə də bu fəaliyyətləri ilə dəstək göstərəcək.

 Startap Azərbaycan Layihəsinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyi , İT-nin İnkişafı Dövlət Fondu və Yüksək Texnologiyalar Parkı dəstək verir.
Startap Azərbaycan-ın Akademik partnyoru ADA Universitetidir.
ATL Group, SİNAM, Neuron Technologies, NEXT STEP İnnovasiya Mərkəzi və Cybernet şirkətləri Startap Azərbaycan-a dəstək verir və sponsorluq edirlər.

Məltəm Talıbzadə 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Gəncədə startap tədbirləri keçiriləcək

19-10-2016

Gəncədə keçiriləcək Startap Günlərinin proqramı açıqlanıb

14-11-2016

Startap Günləri çərçivəsində konfrans və təlimlər keçiriləcək

23-11-2016

Startap Günlərində iştirak etməklə nə qazanacaqsınız?

23-11-2016

Startap Azərbaycan Gəncədə tələbələrlə görüşəcək

15-03-2016

Gəncədə Startap Günlərinə hazırlıqlar davam edir -Fotolar

19-11-2016

Startap Azərbaycan Lənkəranda gənclərlə görüşəcək

11-05-2016

Startap Azərbaycan-ın Gəncədə tələbələrlə görüşü keçirilir-Fotolar

16-03-2016

Startap Azərbaycan Mingəçevirdə gənclərlə görüşəcək

08-04-2016

Startap Azərbaycan 2016 iştirakçıları üçün təlimlər keçiriləcək

20-05-2016

Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

26-06-2018

Gəncədə Startap Festivalında hansı tədbirlər gözlənilir?-Proqram

21-11-2016

Sabah növbəti Startap Günləri başlayır

05-04-2018

Startap Günlərinə qeydiyyat başlayıb

19-10-2015

Startap Günlərinin proqramı açıqlandı

30-03-2018

Startap Günlərinin yekun tədbir tarixi açıqlanıb

18-07-2019

Növbəti Startap Günlərinə hazırlıqlar davam edir

07-03-2018

UNEC-də Startap Günlərinə hazırlıqla bağlı görüş keçirilib

23-05-2018

Gəncədə Startap Günləri yarışması başlayıb-Fotolar

26-11-2016

UNEC-də Startap Günləri keçiriləcək

15-05-2018

Bu gün Startap Azərbaycan 2016-da qeydiyyat başa çatır

30-04-2016

Startap Günlərində nələr olacaq?

04-11-2015

Startap Azərbaycan-da qeydiyyat başladı

01-03-2016

Növbəti Startap Günlərinin keçiriləcəyi universitet açıqlandı

28-02-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə