Gömrük Akademiyasında “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub

14-07-2023 / 10:02

Dövlət Gömrük Komitəsinin Akademiyasında “Gais”, “Malwation” və “PEYK” Kibertəhlükəsizlik Texnologiyaları Anonim Şirkətləri ilə əməkdaşlıq çərçivəsində “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası qurulub.

Komitənin yaydığı məlumatda bildirilir ki, bu münasibətlə Akademiyada laboratoriyanın açılışı və hər üç şirkətlə Anlaşma Memorandumlarının imzalanması mərasimi keçirilib.

Tədbirdə Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov, Dövlət Gömrük Komitəsinin Texnoloji İnnovasiyalar və Statistika Baş İdarəsinin rəisi Fuad Aslanov, Türkiyənin Azərbaycandakı Səfirliyinin, “Gais”, “Malwation”, “PEYK” şirkətlərinin, həmçinin əlaqədar dövlət və özəl qurumlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə kibertəhlükəsizliyin, bu sahədə ixtisaslı, hərtərəfli biliklərə malik kadrların yetişdirilməsinin  əhəmiyyətindən bəhs edilib, Akademiyanın bu istiqamətdəki fəaliyyəti yüksək qiymətləndirilib.

Laboratoriyanın açılışında iştirak edən qonaqlar həmçinin Akademiyada yerli və xarici mütəxəssislər tərəfindən dərs və məşğələlərin tədris olunduğu kibertəhlükəsizlik üzrə yay məktəbinin iştirakçısı olan tələbələrlə də görüşüblər.

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin Akademiyasında qurulmuş “GMP Lab” kibertəhlükəsizlik tətbiq laboratoriyası tələbələrə qeyd olunan tərkibdə (VULPMP - Mərkəzi pentest idarəetmə, AIMA - Zərərli proqramların təhlili sistemi, MSP - Zərərli proqram simulyasiya platforması və digər kiber monitorinq alətləri) “Gais Cyber Security”, “Malwation” və “PEYK” kibertəhlükəsizlik məhsullarından istifadə və kritik sistemlərə nəzarət etmə imkanı verəcək. “Gais” kibertəhlükəsizlik şirkəti VULPMP proqram təminatını, “PEYK” şirkəti veb-saytların monitorinqi üçün qabaqcıl alətləri, “Malwation” şirkəti isə hazırda ölkədə və dünyada tanınan AİMA, MSP və CDR kimi proqram təminatını təklif edir


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə