Yeni Google Glass qatlanabilən qanadı ilə gəlir

30-12-2015 / 10:30

Google-un kifayət qədər məşhur olan məhsullarından Google Glass-da yenilik edilib.

Xeberler.az-ın xarici mətbuata istinadən məlumatına görə, sonuncu dəfə təşkilati model üzərində çalışan Google Milli Kimlik Komissiyası (FCC) ilə yeni məlumatlar və görüntülər paylaşıb.

Əvvəllər də məlumat verdiyimiz kimi, Google şirkəti Glass-ı gündəlik istifadə əvəzinə işçilərin işdə rahat, istifadəyə uyğun şəkildə yenidən işləyəcəyini açıqlamışdı.

Qatlanabilən prizma qanadı və daha yaxşı texniki xüsusiyyətlər

Yeni Glass sənədləri köhnə modellərdən fərqli dizayna sahib olmaqla  yanaşı , həm də prizma qanadının qatlanabilən olması ilə diqqət çəkir.

Yeni Glass texniki xüsusiyyətlər ilə daha çox imkanlar təqdim edir.

Belə ki, daha yaxşı bir Intel Atom prosessor, daha uzun batareya ömürü, daha yaxşı simsiz şəbəkə ünsiyyəti ilə seçilir.

Yeni Glass-ın maqnitli batareyalı olması hələ tam təsdiqlənməyib.

 

Sevinc Çəltikova 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə