Gözün torlu qişasının skaneri ilə təchiz edilmiş smartfon təqdim olunub

17-06-2015 / 11:45

Yaponiyanın “Fujitsu” şirkəti yerli “NTT DoCoMo” operatoru ilə birgə gözün qüzehi qişasının skaneri ilə təchiz edilmiş smartfonun ilk kommersiya modelini təqdim edib.

Xeberler.az-ın xarici mətbuata istinadən veridyi məlumata görə, “Android” platforması ilə işləyən smartfon öz sahibini bir saniyə ərzində “tanıyır”. “Iris Passport” funksiyası, hətta əkizlərin gözləri arasındakı fərqi ayırd edərək onlara qurğunu blokdan çıxarmağa imkan vermir.

“Arrows NX F-04G” smartfonu 5,2 düymlük “IPS” matrisli (1440x2560) ekran, 8 nüvəli “Qualcomm Snapdragon 810” prosessoru və “Adreno 430” qrafik sürətləndiricisi ilə təchiz edilib.

Əməli yaddaşın tutumu 3 Gb, daxili yaddaşın tutumu isə 32 GB təşkil edir. “Sony” şirkətinin məhsulu olan əsas fotomodulun təsvir ölçüsü 21 meqapiksel təşkil edir. Aparat “Android 5.0” (“Lollipop”) mobil əməliyyat sistemi ilə işləyir.

Yaponiyada qurğunun dəyəri 750 ABŞ dolları təşkil edir.  Digər ölkələrdə satışa çıxarılma tarixi haqqında isə hələ ki məlumat verilmir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə