Təhsil Nazirliyi “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda müəyyən edilmiş əsas hədəflərin həyata keçirilməsi ilə bağlı islahatların əsas prioritetlərini açıqlayıb.
Bu islahatlar arasında əsas istiqamətlərdən biri də ali təhsil müəssisələrində şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və ali məktəblərin idarə olunmasının müasir tələblər səviyyəsində qurulmasıdır.
Bu istiqamətlər əsasında hazırda universitetlərdə texnologiyların köməyi ilə innovativ təhsil sistemi qurulur.
Belə təhsil müəssisələrindən biri də Azərbaycan Texniki Universitetidir.
Xeberler.az olaraq texnologiyaların və idarəetmə üsullarının, elmi nailiyyətlər əsasında yaradılan innovasiyaların universitetdə necə tətbiq edilməsi ilə bağlı Universitetin “İnformasiya texnologiyaları və proqramlaşdırma” kafedrasının müdiri Zəfər Cəfərov ilə söhbət etdik.
Müsahibəni təqdim edirik:
-Texnologiyaların və idarəetmə üsullarının , innovasiyaların universitedə tətbiqinə nə vaxtdan başlanıb?
-Bu istiqamətdə ilkin işlərə bir neçə il bundan əvvəl başlanılıb. Əsas məqsədimiz şəffaf və səmərəli təhsil mühitinin yaradılması, təhsilin keyfiyyətinin yüksəldilməsi və universitetin idarə olunmasının müasir tələblər səviyyəsində qurulması olub. Bunun tərkib hissəsi olaraq E-universitet konsepsiyası hazırlandı. Həyata keçirilmiş işlərin bazasında Azərbaycan Texniki Universitetində Elektron Təhsil Sisteminin yaradılması layihəsi hazırlanaraq 2010-cu ilin sonlarında Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOICA) tərəfindən elan edilən beynəlxalq müsabiqəyə təqdim edildi. Müsabiqədə qalib gələn “Azərbaycan Texniki Universiteti Elektron Təhsil Sisteminin yaradılması” layihəsi Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyini qazandı və müvafiq qaydada hazırlanmış sənədlərAzərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim olundu.
Nazirlər Kabinetinin sərəncamına əsasən Azərbaycan Respublikasinin Təhsil Nazirliyinə müqavilənin imzalanması səlahiyyəti veriləndən sonra “Azərbaycan Texniki Universitetinin Elektron Təhsil Sisteminin Yaradılması” layihəsi Koreya Beynəlxalq Əməkdaşliq Agentliyinin səlahiyyətli nümayəndəsi və Təhsil Nazirliyi arasında imzalandı və layihənin icrasına Nazirlər Kabinetinin müvafiq sərəncamı ilə başlanıldı. Layihənin əsas məqsədi Azərbaycan Texniki Universiteti üçün Koreya Respublikasının Ali təhsil müəsisələrində istifadə olunan ən son informasiya və kommunikasiya texnologiyaları əsasında müasir təhsil-idarəetmə sisteminin yaradılması oldu.
-Hazırda bu imkanların universitetdə tam tətbiq edilməsi başa çatıbmı?
- “Azərbaycan Texniki Universitetinin elektron təhsil sisteminin” tətbiqinə artıq başlanılmışdır. Qısa zamanda, universitetimizdə, informasiya və kommunikasiya texnologiyaları bazasında, təhsilin keyfiyyətini və cəmiyyətə açıqlığını əhəmiyyətli dərəcədə yüksəltməyə imkan verən yeni metodlar yaradılıb. Bu metodların əsasında təhsilin informasiyalaşdırılması, alimlərin və pedaqoqların yeni texnologiyalardan istifadə etməklə öz gündəlik fəaliyyətlərinin müasir səviyyədə qurmaları durur. Universitetimizdə informasiya və kommunikasiya texnologiyalarının tətbiqinə dair işlər üç istiqamətdə aparıldı. Təlim metodologiyaları və tədris resursları yaradılmış, yeni texnika və əməliyyat imkanları araşdırıldı, İKT texnologiyalarını tətbiq edə biləcək mütəxəssislər hazırlandı. Bundan əlavə, universitetimizdə informasiya və kommunikasiya texnologiyalarınınelmi tədqiqat işlərində, o cümlədən, virtual laboratoriya, multi-media, modelləşdirmə və başqa əyani vasitələr kimi istifadə olunması təmin edildi.
İnformasiya və kommunikasiya texnologiyalarının tətbiqi təhsil müəssisələrinin kompüterləşdirilməsini və maddi-texniki bazasının müasirləşdirilməsini tələb etdiyindən, bu sahədə əməli işləruniversitetimizdə fasiləsiz həyata keçirilir.
-Universitetdə İT infrastrukturu necə qurulub?
-Universitetimizin kompüter şəbəkəsi təhsil-idarəetmə sisteminin yaradılmasına tam şərait yaratmaqla yanaşı, yaxın perspektivə hesablanaraq yenidən, ən müasir tələblərə cavab verəcək səviyyədə qurulub. Univeristetin 9 korpusu fiber optik rabitə xətti ilə dairəvi birləşdirildikdən sonra internətə 100 mb/san sürətlə çıxış təmin edilib. Bu internet şəbəkəsinə 600-dən artıq müasir tipli kompüter qoşulub. Universitetin bütün əməkdaşları və tələbələri (10-minə yaxın istifadəçi) internet şəbəkəsinə sərbəst və məhdudiyyətsiz çıxış imkanı əldə edib.
Azərbaycan Texniki Universitetinin İntranet şəbəkəsi universitetin kompüter şəbəkələri sahəsində məxsusi tədqiqatları və təcrübəsi bazasında qurulub. Bütün kafedralar yüksək sürətli internətə qoşulub, bəziləri isə özlərinin lokal kompüter şəbəkəsini yaradıblar. Multimediyalı siniflər təşkil olunub və bu istiqamətdə işlər sürətlə davam etdirilir. Dünyanın telekommunikasiya və proqram təminatı üzrə qabaqcıl şirkətlərinin respublikamızdakı nümayəndəlikləri tərəfindən universiteimizdə açılan bir sıra tədris mərkəzləri və elmi-tədris laboratoriyaları, tədris və təcrübə proseslərində geniş istifadə olunur.
-Universitetin tədris və idarəetmə proseslərini imformasiyalaşdıran proqram platforması necə hazırlanıb?
-Ümumuniversitet tədris və idarəetmə proseslərini imformasiyalaşdıran proqram platforması bu gün tam tətbiq edilir. Bu sistem universitetimizin İKT üzrə mütəxəssiləri tərəfindən işlənilib vəKOICA-nın texniki dəstəyi ilə aşağıdakı istiqamətlər üzrə həyata keçirilib:
-ən son informasiya texnikası və texnologiyaları bazasında işlənib-hazırlanmış Elektron Universitetin yaradılması;
-AzTU-nun rəsmi portalının qurulması (aztu.edu.az);
-Akademik təhsil və Kollektiv əməliyyat sistemlərinin qurulması;
-distant təhsil infrastrukturunun və kontent nümunələrinin hazırlanması.
AzTU –da yeni informasiya və şəbəkə texnikaları quraşdırılıb. Layihə üzrə ilkin işlərə başlayarkən Elektron Universitet konsepsiyasının ən son informasiya texnikası və texnologiyaları bazasında işlənib-hazırlanmasını qarşımızda əsas hədəf kimi qoymuşduq. Bunun üçün müasir və texniki imkanlarına görə gələcəyə hesablanmış IBM serverləri və avadanlıqları, şəbəkə avadanlıqları alınıb. Belə texnikanın gətirilməsi, nizamlanması, yeni proqram təminatı ilə təhciz olunması və qurulması bu sahədə böyük beynəlxalq təcrübəyə malik olan NongShim Data System (NDS) şirkəti tərəfindən həyata keçirilib.
- AzTU-nun rəsmi portalının daha da funksional olması üçün hansı işlər görülür?
-AzTU-nun rəsmi portalı yenidən qurulub. Portalın“ana səhifə”sində xəbərlər, universitetin bütövlükdə vacib, aktual informasiyaları, sosial fəaliyyəti, xarici əlaqələri gündəlik işıqlandırılır. Veb-səhifələrdə isə universitetin sturkturu (rəhbərlik, şöbə, fakultə, kafedralar) haqqında məlumatlar əks olunur. Universitetimizin portalını fərqləndirən ən üstün cəhətlərdən biri hər bir professor-müəllimin məxsusi Veb-səhifəyə malik olması və özləri tərəfindən idarə edilməsidir. Bu səhifənin bölmələrində müəllimin ümumi, elmi-nəzəri, praktiki, pedaqoji fəaliyyəti və elmi əsəsrləri haqqında məlumatlar və materiallar yerləşdirilir. Bu isə müəllimin elmi-pedaqoji fəaliyyitinin tamlılığı haqqında rəhbərliyin, tələbə və ümumilikdə ictimayyətin informasiya əldə etməsinə imkan yaradır. AzTU-nun rəsmi portalının ana səhifəsindən elektron universitet sistemin əsas və müxtəlif servislərinə daxil olmaq asanlaşır.
-Univeristetdə Veb-auditoriya sistemi yaradılıb. Bu haqda bir qədər ətraflı məlumat verərdiniz
-Akademik təhsil sistemində tədris prosesinin təşkili üzrə infrastruktur yaradılıb. Ali təhsildə Bolonya Bəyannaməsindən irəli gələn başlıca prinsipləri nəzərə almaqla hazırlanmış sistemə tədrisin idarə olunması üzrə əsas məlumatlar yerləşdirilib. Akademik təhsilin əsas komponentlərindən biri Veb-auditoriya sistemidir. Onun əsasında təhsilin müvafiq dövlət standartlarina uyğun təşkili, müəllimin pedaqoji fəaliyyətinin tamlığı təmin edilir. Veb-auditoriya sistemində tələbələrin dərsə davamiyyəti və tədris növləri üzrə müvəffəqiyyəti gündəlik qeyd edilir. Bu göstəricilərə hec bir müdaxilənin mümkün olmaması, onların əsasında toplanan imtahan qabağı balların obyektivliyini təmin edir. İmtahanların elektron test sistemi ilə keçirilməsi, yekun ballar və qazanılmış kreditlərin də obyektivliyini tam təmin edir. Tələbələr, həmçinin valideynlər, istənilən vaxt və istənilən yerdən fərdi idendifikator və parolları ilə akademik təhsil sisteminə daxil olub, nailiyyətləri haqqında məlumat əldə edə bilərlər. Bu da universitetimizdə tədris prosesisin şəffaflığına heç bir şübhə yeri qoymur.
- AzTU-da distant təhsil infrastruktunun qurulması istiqamətində hansı işlər görülür?
-Distant təhsil infrastruktu və kontent nümunələri hazırlanıb. Müasir sosial-iqtisadi şəraitdə ömür boyu (fasiləsiz) təhsilalmanın mümkün olması çox vacibdr. Bununla yanaşı, kadrların yenidən hazırlanmasında və ixtisasartırılmasında keyfiyyətlidistant təhsilintətbiqi əvəzsiz mexanizmdir.
“Azərbaycan Texniki Universitetin Elektron Təhsil Sistemi”ndə distant təhsil infrastrukturu xüsusi yer tutur. Distant təhsilin təşkili üçün ən vacib element elektron tədris-metodik kompleksidir. Bu kompleksə hər bir ixtisas üzrə tədris olunan fənlərlə bağlı işçi proqram, kontentlər, yoxlama testləri daxildir. Bu kontentlərin əyani təhsilalanların da istifadə etmə imkanına malik olması təhisin keyfiyyətini əhəmiyyətli dərəcədə artırır. Çünki onlar, bu kompleksin vasitəsilə tədrislə yanaşı, müstəqil olaraq zəruri məlumatlar əldə etmək və İKT ilə iş vərdişlərinə yiyələnmək imkanı əldə edirlər. Distant təhsil kontentlərinin hazırlanması elektron təhsil sisteminin yaradılması prosesinin tərkib hissəsi olmaqla yanaşı, gələcəkdə bizim universitetdə müəyyən ixtisaslar üzrə distant təhsil xidmətlərinin göstərilməsinə şərait yaradacaq. Belə kontentlərin yaradılması və sistemə daxil olunması üçün universitetimizdə müasir multimedia texnologiyaları ilə təchiz olunmuş televiziya mərkəzi yaradılıb. İxtisaslar üzrə distant təhsilə uyğun metodikalar işlənib hazırlanıb.
- Universitetdə müəllimlərin İKT biliklərinin artırılması üçün hansı işlər görülür?
- Müəllimlərin İKT biliklərinin yaxşılaşdırılması məqsədi ilə kurslar təşkil edilib və kontentlərin texniki cəhətdən işlənib hazırlanmasını (video çəkiliş, sinxronlaşdırma, montaj və s.) həyata keçirən işçi qrup yaradılıb.Bu isə bütün ixtisaslar üzrə distant təhsilin təşkili üçün şəbəkə miqyaslı tədris-metodik resurslarının yaradılmasına imkan verir və Universiteti İnternet məkanının fəal iştirakçısına çevirir.Bu istiqamətdə görülmüş işlərlə kifayətlənməyərək, universitetimizin nəzdində fəaliyyət göstərən televiziya mərkəzinin daha müasir avadanlıqlarla təhciz edilməsi istiqamətində işlər aparırıq. Beynəlxalq qrantlar və ya digər dəstəklər cəlb etməklə planlı və məqsədyönlü şəkildə televiziya mərkəzinin genişləndirilməsinə çalışırıq.
- Universitetdə elektron sənəd dövriyyəsi sistemindən istifadə olunurmu?
-Elektron sənəd dövriyyəsi təmin edilib. İT sistemlərin təhsil sahəsində tətbiq olunmasının əsas məqsədlərindən biri də, ənənəvi kağız sənədləşmələrinin elektron sənəd dövriyyəsi ilə əvəz olunması, zəruri sənədlərin səlahiyyətli istifidaəçilərə operativ çatdırılmasının və universitet xidmətlərinin asanlaşdırılmasıdır. “Azərbaycan Texniki Universitetin Elektron Təhsil Sistemi”nin elektron təsdiq (elektron sənəd dövriyyəsi), məktublaşma (e-mail) və online mesajlaşma, iş qrafikinin tərtibi (təqvim üzrə planlaşdırma), tədbirlərin idarə olunması, bülleten (elan) lövhəsindən ibarət infrastuktura malik olması qərar qəbulunun keyfiyyətinin, heyətin əmək məhsuldarlıqlarının və prosseslərin şəffaflığının artırlmasına, müəssisə strukturunun optimallaşdırılmasına, sənədlərin tərtibi, qeydiyyatı və razılaşdırılması prosseslərinin sürətləndirilməsinə, unuversitet xidmətlərinin asanlardırımasına, tədrisin iştirakçilarının kommunikabelliyinin yüksəlməsinə imkan verir.
- Hazırda “Azərbaycan Texniki Universiteti Elektron Təhsil Sisteminin yaradılması” layihəsi üzrə işlər nə yerdədir?
- İşlər tamamlanmaq üzrədir.Universitetin 10 fakultəsinin, 45 kafedrasının və bütün şöbələrinin yüzdən artıq əməkdaşı treninqlərdən keçərək sistemin istifadəsinə dair sınaqlardan uğurlu nəticələr əldə edib.Sistemin test sınaqları 2013/14 –cü tədris ilinin payız semestirində 1-ci kursda təhsil alan bir neçə qrupunda mənimsəmələrin qeydiyyatı və qiymətləndirmənin hesablanması üzrə keçirilib və qarşıdan gələn yaz semestiri üçün universitetimizdə təhsil alan bütün 1-ci kurs tələbələrinin tədris prosesinə tətbiq ediləcək. Texniki və təhlükəsizlik məsələləri həll olunub.Yeni sistemin işləməsi ilə bağlı mütəmadi treninq kursların keçirilməsini planlaşdırırıq. Bundan əlavə, tələbələrə və onların valideynlərinə sistemin işi ilə bağlı məlumatlar veriləcək. Hər bir tələbə İD kodla təmin ediləcək və məkanından asılı olmayaraq rahat şəkildə özlərinin gündəlik, həftəlik, aylıq və yekun imtahan qabağı qiymətləndirilməsinə nəzarət edə biləcək.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri