HP şirkəti ətraf mühitin qorunub saxlanması məqsədilə kompüter istifadəçilərinin adət etdiyi vərdişlərin dəyişdirilməsinə istiqamətlənən “Power To Change” adlı proqramın başlanması haqda bəyanat verib.
Şirkətdən verilən məlumata görə, “Power To Change” proqramı kompüterə yeni proqram təminatını yükləməyi təklif edir ki, həmin proqram kompüterin istifadə olunmadığı təqdirdə söndürülməsi hesabına qənaət olunmuş ümumi enerji həcmi haqqında məlumatları təqdim edir.
“Power To Change” proqram təminatı bütün dünyada həm adi istifadəçilər, həm də şirkətlər tərəfindən yüklənilə bilər. İstənilən əməliyyat sistemi ilə uyğunlaşa bilən bu proqram istifadəçilərin və transmilli şirkətlərdə çalışan əməkdaşların ətraf mühit məsələlərinə münasibətinin dəyişdirilməsi üzrə qlobal proqramın reallaşdırılması müddətində qənaət olunan ümumi enerji həcmi haqqında məlumatı əldə etməyə imkan verir. ““Power To Change” proqramı HP fəlsəfəsinin əksidir.
Həmin fəlsəfə ondan ibarətdir ki, əgər şirkət cəmiyyətin inkişafına daim töhfə verməzsə, uğur əldə edə bilməz. Sözügedən proqramda iştirak etməklə, son istifadəçilər və təşkilatlar ətraf mühitin mühafizəsinə, az da olsa, öz töhfələrini edə biləcəklər. Beləliklə, bizim ümumi səylərimiz resursların optimal istifadəsi üçün böyük əhəmiyyət daşıyacaq”,-deyə HP şirkətinin Şimali və Cənubi Amerikada resursların optimal istifadəsi üzrə istiqamətin rəhbəri Con Frey (John Frey) qeyd edib.
HP-nin hesablamalarına görə, əgər 100 000 istifadəçi hər gün işdən sonra öz kompüterini söndürərsə, o zaman 2680 kilovatsaatdan çox enerjiyə qənaət etmək mümkün olar; karbon qazının tullantıları isə günə 1590 kiloqramadək azala bilər. Bu isə, 105 avtomobilin gün ərzindəki tullantılarına bərabərdir.
Qeyd edək ki, “Power To Change” proqramı bütün dünyada 5 dildə -ingilis, çin, ispan, portuqal və yapon dillərində fəaliyyət göstərir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri