Previous Next
Bağla

IBM süni intellektin inkişafı üçün bölmə yaradıb

07-10-2015 10:53
IBM süni intellektin inkişafı üçün bölmə yaradıb

IBM şirkəti süni intellekt sahəsində texnologiyaların inkişafı ilə məşğul olacaq yeni bölmə yaradıb.

Xeberler.az xarici mətbuata istinadən məlumat verir ki, Cognitive Business Solutions adlanan bölməyə əvvəllər Hindistanın Infosys şirkətinin tərkibində konsaltinq məsələlərinə məsul Stiven Pratt rəhbərlik edəcək.

Əsas məqsədi korporativ müştərilərin IBM Watson koqnitiv hesablamalar platformasının tətbiqinin onlar üçün faydalı ola biləcəyi barədə məsləhətlərin verilməsi olacaq bölmədə 2 min əməkdaş çalışacaq. Cognitive Business Solutions və IBM-in potensial müştərisi ola biləcək şirkətlər arasında əməkdaşlıqda diqqət biznes analitikasına, informasiya təhlükəsizliyi və “Əşyaların interneti” texnologiyalarına yönəldiləcək.

ABŞ şirkəti IBM Watson superkompüterini analitik istiqamətin ən sürətli inkişaf edən komponenti adlandırır. 2014-cü ildə Watson intellektual platforması ilə əlaqədar biznesdən əldə olunan mədaxil 17 milyard dollar təşkil edib ki, bu da şirkətin ümumi dövriyyəsinin 18 faizinə uyğundur.  

Məlumat üçün qeyd edək ki, Watson 2011-ci ildə “Jeopardy!” televiziya viktorinasında qalib olandan sonra məşhurlaşmağa başlayıb. O vaxtdan superkompüterə kommersiya təşkilatları maraq göstərir. Məsələn, 2012-ci ildə ondan ABŞ-ın bir neçə klinikasında müxtəlif xəstəliklərin müalicəsinə tövsiyələr verməsi üçün virtual diaqnost kimi istifadə edilib. 

IBM mütəxəssisləri sistemin hazırlanmasına dörd ildən çox vaxt sərf ediblər. Superkompüter saniyədə təxminən 80 trilyon əməliyyatı (teraflops) yerinə yetirməyə qadirdir. 2 800 nüvə üzərində işləyən Watson prosessorunun operativ yaddaşı 16 terabayt təşkil edir.    

Superkompüterin ən mürəkkəb proqramlarından biri adi dildə daxil edilən sualları emal edən DeepQA proqramıdır. Məhz insan cümləsinin başa düşülməsi Watson-u yalnız əsas sözlərə cavab kimi nəticələr göstərən adi axtarış sistemindən fərqləndirir.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Superkompüter Yeni il üçün ən populyar hədiyyələrin adını açıqlayıb

Superkompüter Yeni il üçün ən populyar hədiyyələrin adını açıqlayıb

20-11-2015
IBM canlı yayım tətbiqi  aldı

IBM canlı yayım tətbiqi aldı

22-01-2016
IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

IBM kibertəhlükəsizlik problemlərini süni intellektlə həll edəcək

18-10-2018
Robot sosial mediadakı paylaşımları təhlil edəcək

Robot sosial mediadakı paylaşımları təhlil edəcək

07-01-2016
Robotların erası başlayır

Robotların erası başlayır

05-01-2017
“IBM” virtual alış-veriş köməkçisi hazırlayıb

“IBM” virtual alış-veriş köməkçisi hazırlayıb

07-03-2013
IBM Bakıda texnoloji forum keçirib

IBM Bakıda texnoloji forum keçirib

27-05-2009
Kosmosun mənimsənilməsi üçün texnologiyaların hazırlanması üzrə forum keçiriləcək

Kosmosun mənimsənilməsi üçün texnologiyaların hazırlanması üzrə forum keçiriləcək

08-04-2015
“Kompüter Nobeli”nin sahibi bəlli oldu

“Kompüter Nobeli”nin sahibi bəlli oldu

11-03-2011
Dünyanın ən sürətli kompüteri hazırlanır

Dünyanın ən sürətli kompüteri hazırlanır

16-08-2019
Çin yeni superkompüter yaradır

Çin yeni superkompüter yaradır

23-01-2016
Daha bir skandal – Yaşlı işçiləri qovur

Daha bir skandal – Yaşlı işçiləri qovur

24-03-2018
 IBM şirkəti  yeni proqramlarını təqdim edəcək

IBM şirkəti yeni proqramlarını təqdim edəcək

27-10-2015
Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq

Britaniya süni intellekt superkompüterinin hazırlanmasına 1 milyard dollar ayıracaq

09-06-2026
IBM, 5 min adamı işdən çıxaracaq

IBM, 5 min adamı işdən çıxaracaq

26-03-2009
Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

Süni intellekt hüquqşünas vəzifəsini icra edəcək

13-05-2016
IBM Q System One adlı kvant kompüteri yaradılacaq

IBM Q System One adlı kvant kompüteri yaradılacaq

16-09-2019
Süni intellekt xərçəng xəstəsini  xilas edib

Süni intellekt xərçəng xəstəsini xilas edib

08-08-2016
“Sinam” şirkəti “IBM Business Partner Solution Provider” statusunu layiq görülüb

“Sinam” şirkəti “IBM Business Partner Solution Provider” statusunu layiq görülüb

01-04-2013
Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

Alibaba şirkəti kompüter hazırlamağa başlayıb

03-08-2015
İnnovasiyalara ən çox sərmayə yatıran şirkətlərin adı açıqlanıb

İnnovasiyalara ən çox sərmayə yatıran şirkətlərin adı açıqlanıb

27-10-2013
IBM  tətbiqləri 9 dilə tərcümə edəcək

IBM tətbiqləri 9 dilə tərcümə edəcək

26-11-2015
IBMdən virtual masaüstü

IBMdən virtual masaüstü

09-12-2008
Smartfonlar superkompüter olacaq

Smartfonlar superkompüter olacaq

09-09-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə