Previous Next
Bağla

“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

27-02-2020 13:06
“İcazələr” sistemi “myGov” portalına inteqrasiya olunub

Vətəndaşlara proaktiv xidmətlər göstərməklə onların işlərini asanlaşdıran, resurslarına qənaət edərək şəffaf və operativ xidmət göstərən “myGov” elektron hökumət portalına daha bir sistem inteqrasiya olunub. Belə ki, Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminin “myGov” portalına interqasiyası reallaşdırılıb.

Xeberler.az bildirir ki, artıq reklam yayıcıları açıq məkanda reklam yerləşdirmək üçün müvafiq əməliyyatları (sistemdə qeydiyyat, icazə üçün müraciətin göndərilməsi, icazə üçün tələb olunan məlumatların daxil edilməsi, ödənişin aparılması və s.) “İcazələr” sistemi üzərindən asanlıqla həyata keçirə bilərlər. Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən texniki cəhətdən ərsəyə gətirilən sistem açıq məkanda reklam
yerləşdirilməsinə dair icazənin verilməsi və nəzarətin həyata keçirilməsi proseslərinin elektronlaşmasına, həmçinin bu proseslərin daha operativ və şəffaf həyata keçirilməsinə xidmət edir.

İcazələr sistemi “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası”nın, “Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi üçün dövlət rüsumunun məbləği”nin və “Açıq məkanda reklam yayımına görə ödənilən haqqın məbləği”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 19 dekabr 2017-ci il tarixli №1743 Fərmanına əsasən yaradılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən idarə edilən “myGov” portalında hər bir vətəndaş öz şəxsi kabinetindən “eAgro”, “eSatınalma, “Azərbaycan Respublikasının Mərkəzi Bankının Elektron Müraciətlər Sistemi”, “ASAN ödəniş”, “eSosial”, “eHərrac”, Azərbaycan Dövlət Reklam Agentliyinin “İcazələr” sisteminə daxil ola bilir. Portala inteqrasiya olunmuş sistemlərlə birgə vətəndaşlara şəxsi kabinetləri üzərindən 690 elektron xidmətə çıxış təmin olunub.

Bundan başqa “myGov”-da vətəndaşlara ilkin olaraq 17 növ bildiriş xidməti də göstərilir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

“Daşınmaz əmlak məlumatlarım” xidməti “myGov” portalına interqasiya olunub

05-03-2020

İcbari Tibbi Sığorta üzrə elektron xidmət “myGov”a inteqrasiya olunub

21-02-2020

Etibarnamələrin elektron qaydada verilməsinə başlanılıb

02-12-2019

Açıq məkanda reklam fəaliyyəti ilə bağlı seminar keçirilib

10-08-2022

“ASAN Login” sistemində 1 000 000 istifadəçi qeydiyyatdan keçib

18-04-2020

MyGov sisteminin ilkin təqdimatı keçirilib

12-03-2019

"İmtahana buraxılış vərəqəm" məlumatları “mygov”a inteqrasiya olunub

05-05-2025

Azərbaycanda Dövlət Reklam Agentliyi yaradılıb

21-06-2017

Qarabağa səfər üçün icazələr “mygov” üzərindən veriləcək

22-08-2025

MyGov sisteminin ilkin təqdimatı keçiriləcək

11-03-2019

“ASAN müraciət” informasiya sisteminə 100-cü qurum inteqrasiya olunub

20-04-2026

"myGov"portalının funksiyaları artırılacaq

15-11-2022

Elektron hökumət sahəsində səlahiyyətlər yenidən bu nazirliyə qaytarıldı

24-11-2022

Mərkəzi Banka "myGov" üzərindən müraciət etmək imkanı yaradılıb

17-04-2025

Azərbaycanda hərraclar artıq elektron şəkildə həyata keçiriləcək

21-05-2020

"mygov"da daha iki yeni xidmət istifadəyə verilib

12-01-2026

“digital.login” fəaliyyətinə “mygov ID” kimi davam edəcək

28-10-2025

“Asan Login” üzərindən göstərilən dövlət xidmətləri SİMA ilə daha əlçatan oldu  

16-05-2022

Qazaxıstan Azərbaycanın icazə sistemini tətbiq edir

30-04-2020

Energetika Nazirliyi icazələrlə bağlı “ASAN Xidmət”də fəaliyyətə başlayıb

05-09-2023

COVID-19 sertifikatları artıq “myGov”da

13-07-2021

ASAN ödəniş sisteminə növbəti 3 qurum inteqrasiya edilib

03-01-2019

RİNN-in bütün elektron xidmətləri "mygov"a inteqrasiya edilib

12-02-2025

Dövlət Gömrük Komitəsinin gömrük ödənişləri ASAN ödəniş sistemində

22-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə