“İKT LAB” ilə “British Council Azerbaijan” arasında əməkdaşlıq müqaviləsi imzalanıb

15-07-2022 / 17:05

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzinin (İKT LAB) direktoru Rauf Cabarov “British Council Azerbaijan”ın direktoru Nərgiz Hacıyeva ilə görüşüb.

Xeberler.az bildirir ki, görüşdə əməkdaşlıq çərçivəsində bir neçə il ərzində keçirilən beynəlxalq ACCA imtahanlarının gedişatı və nəticələri müzakirə olunub.

Eyni zamanda yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, CIPS (Chartered Institute of Procurement & Supply) beynəlxalq imtahanlarının “İKT LAB”da keçirilməsi nəzərdə tutulur.

Görüşdə əməkdaşlığın uğurla davam edəcəyinə əminlik ifadə olunub.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə