“İKT LAB” sosial mediadan istifadə təlimləri keçirir

21-04-2022 / 16:26

Müasir dövrdə dövlət qurumlarının kommunikasiya fəaliyyətinin yeni çağırışlara cavab verməsi və vətəndaşlara keyfiyyətcə daha səmərəli xidmət göstərilməsi məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi (İKT LAB) “Dövlət qurumlarının sosial mediada səmərəli fəaliyyətinin təşkili” mövzusunda təlimlərə start verib.

Xeberler.az bildirir ki, iştirakçıların ilk qrupunun təliminə yekun vurulub. Təlimdə müxtəlif dövlət qurumlarından 25 nəfər iştirak edib, onlara “İKT LAB” Tətbiq və Tədris Mərkəzinin sertifikatı verilib.

Təlimdə dövlət qurumları tərəfindən sosial mediadan səmərəli istifadə mövzusunda müxtəlif praktik təqdimatlar olub. İştirakçılara sosial şəbəkələrin qurumlar üçün əhəmiyyəti, səhifələrin profil görünüşü, kontentin idarə edilməsi, sosial şəbəkə alqoritmlərinin iş prinsipi və onların düzgün istifadəsi, sosial şəbəkələrdə aktivliyin idarə edilməsi, vətəndaşlarla ünsiyyət, yanlış informasiya ilə mübarizə və informasiya təhlükəsizliyi kimi mövzularda məlumatlar verilib. Təlimdə praktiki çalışmalar və müzakirələr keçirilib, iştirakçılar arasında təcrübə və fikir mübadiləsi aparılıb.

Növbəti təlimlərdə digər dövlət qurumlarının nümayəndələrinin iştirakı nəzərdə tutulur.

Qeyd edək ki, İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi 2015-ci ildə Nazirlər Kabinetinin qərarı ilə dövlət və özəl qurumların əməkdaşlarının, əhalinin rəqəmsal bacarıq və İT biliklərinin artırılması məqsədilə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində yaradılıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə