Previous Next
Bağla

İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

06-02-2025 14:11
İKTA internet xidməti göstərən provayder nümayəndələri ilə görüş keçirib

Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyində (İKTA) internet telekommunikasiya xidməti göstərən operator və provayderlərin nümayəndələri ilə görüş keçirilib.

Xeberler.az bildirir ki, görüş abunəçilərə təqdim edilən internetin sürətinin, həmçinin təqdim olunan xidmətin digər keyfiyyət göstəricilərinin etibarlı olaraq təqdim edilməsinə və Azərbaycanın beynəlxalq reytinqlərdə mövqeyinin yaxşılaşdırılmasına həsr edilib.

İKTA İdarə heyətinin sədri Nail Mərdanov görüşü giriş sözü ilə açaraq Agentlik tərəfindən aparılmış müşahidə və monitorinqlərin nəticələrini açıqlayıb. Natiq qeyd edib ki, tənzimləyici qurum “Ookla” şirkəti ilə rəsmi əməkdaşlıq edir. Rəsmi razılıq əsasında ölkə ərazisində şirkət tərəfindən aparılan bütün ölçmələrin cihaz qeydləri Agentliyə təqdim edilir. Agentlik böyük həcmdə məlumatların (Big DATA) təhlilləri əsasında bir sıra araşdırmalara başlayıb. Belə ki, aparılan müşahidələrə görə, bu gün Azərbaycanda 36 operator və provayderdə “Ookla”nın “Speedtest” serverləri mövcuddur. Amma müəyyən səbəblərdən onların istifadəsinə nəzarət istənilən səviyyədə deyil. Bu isə ümumilikdə ölkədə internetin sürətinin ölçmə nəticələrinin 10-20%-dək təhrif olunmasına səbəb olur. Nəticədə isə bu hal ölkəmizin internetin sürəti ilə bağlı beynəlxalq reytinqlərdə irəliləməsinə mənfi təsir göstərir.

İKTA sədri, eyni zamanda operator və provayderlər arasında məlumat mübadiləsi  üçün qurulan və internet sürətinə təsir edən “Local Exchange” arabağlantıların
yaxşılaşdırılmasına ehtiyac olduğunu bildirib.

Nail Mərdanov ölkəmizi qlobal internetə bağlayan 3 əsas “Backbone” operator arasında arabağlantının şərtlərinin Agentlik tərəfindən nəzərdən keçirildiyini və ən qısa müddətdə 3 əsas operator arasında arabağlantı resurslarının təcili şəkildə artırılmasının zəruri olduğunu vurğulayıb.

O əlavə edib ki, “Ookla” sponsor serverlərinin performans və əməliyyat göstəriciləri nəzarətdən kənar qaldığı üçün İKTA bunun biznes fəaliyyətinə təsiri olmadığını, ölkənin isə beynəlxalq reytinq cədvəllərində mövqeyinə birbaşa təsirini nəzərə alaraq müştərək baxışın keçirilməsini məqsədəuyğun hesab edir:

“Bu səbəbdən də ilkin olaraq mövcud serverlərin minimal texniki tələblərə uyğunluğunu müəyyən etmək üçün serverlərə birlikdə baxış keçiriləcək, operator və provayderlər qarşısında yeni tələblər qoyulacaq. Bütün serverlərin texniki parametrlərinə yenidən baxılmalı və tələb olunan sazlamalar həyata keçirilməlidir. Tənzimləyici qurum tərəfindən tələblərə uyğun qurulmayan serverlərin fəaliyyətinin uyğunlaşdırılması tələb ediləcək. Şəbəkə dayanıqlılığı layihəsi çərçivəsində ölkə ərazisində fəaliyyət göstərən “Ookla” sponsor serverlərinin əsas fəaliyyət göstəriciləri (KPI) barədə dövri hesabatlıq tələb olunacaq. Növbəti hesabat dövründən etibarən operator və provayderlərdən serverlərin əməliyyat və performans göstəriciləri ilə də bağlı məlumatların toplanılması həyata keçiriləcək”, – deyə Nail Mərdanov əlavə edib.

Tədbirdə çıxış edən internet operator və provayderlərin nümayəndələri qarşılaşdıqları çətinliklər və çağırışlarla bağlı fikirlərini bölüşüblər. Bildirilib ki, “Local Exchange” arabağlantıların imkanlarının artırılmasına və fəaliyyətin tənzimlənməsinə ehtiyac var. Arabağlantı münasibətlərində trafik mübadiləsinə görə operatorlararası hesablaşma məsələləri internetin inkişaf prinsipləri nəzərə alınmaqla həll edilməlidir.

Çıxış edənlər, eyni zamanda alternativ sürətölçmə alətlərinin yaradılmasına, yaxud
inteqrasiya edilməsinə ehtiyac olduğunu və bu prosesdə dövlətin dəstəyinə ehtiyac yarandığını bildiriblər.

Qarşılıqlı dialoq şəraitində keçən görüşdə şəbəkələrin inkişafının təmin edilməsi üçün dövlət-özəl tərəfdaşlığı modelindən istifadə imkanları da müzakirə edilib, ümumilikdə belə müzakirələrin davamlı keçirilməsi qərara alınıb.

Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

İnternetin keyfiyyətini necə qaldırmaq olar?

02-03-2024

İKTA “Speedtest” serverlərinin qiymətləndirilməsini davam etdirir

01-05-2025

İKTA-da “Ookla” nümayəndələri ilə görüş keçirilib

22-04-2025

İnternet operator və provayderlərinin fəaliyyəti müzakirə olunub

22-05-2023

Ölkədə internetin sürətinin artırılması ilə bağlı provayderlərlə müzakirə aparılıb

01-05-2024

CityNet Azərbaycanda ilk dəfə 10 Gbit/s internet sürəti təqdim edir

29-07-2023

İKTA operator və provayderlərə düzgün hesabatlılığın aparılması ilə bağlı təlim keçib

05-02-2024

İKTA operator və provayder əməkdaşları üçün təlim təşkil edib

27-05-2025

“Ookla”nın saytında İKTA haqqında məqalə dərc olunub

08-10-2025

İKTA provayderlərin internet sürət göstəricilərini dərc edib

23-12-2025

İnternet provayderi seçmək hüququnun pozulması ilə bağlı 17 müraciət həllini tapıb

05-06-2025

İKTA-da media nümayəndələri ilə görüş keçirilib

01-10-2024

Azərbaycanda fiber-optik internetin əhatə dairəsi açıqlanıb

22-05-2025

Azərbaycanda uçota alınan operator və internet provayderinin sayı 6 faiz artıb

05-09-2023

İKTA provayderlərin yanvar ayı üzrə sürət göstəricilərini dərc edib

17-02-2026

İKTA provayderlərin fevral üzrə internet sürət göstəricilərini dərc edib

17-03-2026

İnternet istifadəçilərilə bağlanan müqavilə şərtlərinə yenidən baxılır

16-02-2024

İKTA: Çoxmənzilli bina sakinlərinin operator və provayderləri sərbəst seçmək hüququ təmin edilməlidir

20-02-2025

İKTA-da İctimai Şura üzvləri ilə növbəti görüş keçirilib

02-04-2025

İKTA-da İctimai Şuranın üzvləri ilə növbəti görüş keçirilib

23-12-2025

İKTA-da operator və provayderlərlə növbəti görüş keçirilib

16-07-2025

İKTA və “Temu” nümayəndələri arasında görüş keçirilib

25-02-2025

Azərbaycan və BƏƏ əməkdaşlığı genişləndirir

26-11-2025

İKTA-da hüquq və konsaltinq şirkətləri ilə görüş keçirilib

19-03-2024





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə