Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Təhsil Nazirliyi və AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunun birgə təşkilatçılığı ilə 17 May - Dünya Telekommunikasiya və İnformasiya Cəmiyyəti Gününə həsr olunan “Ali məktəb tələbələri arasında informatika üzrə X Ümumrespublika Olimpiadası”nın qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
Qeyd edək ki, bu ildən tətbiq olunan yeni qaydalara əsasən birinci mərhələdə iştirak edən ali təhsil müəssələrinin ən yüksək nəticə göstərən bir komandası (12 ali təhsil müəssisəsindən 12 komanda) olimpiadanın final mərhələsinə vəsiqə qazanıb.
Xəbərlər-in məlumatına görə, olimpiadanın final mərhələsi mayın 2-də AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda keçirilib.
Finalda Qafqaz Universitetinin Qafqaz Programmers komandası 1-ci, Azərbaycan Texniki Universitetinin AzTU1 və ADA Universitetinin ADA U4 komandaları 2-ci, Milli Aviasiya Akademiyasının “NAA50”, Azərbaycan Dövlət Neft Akademiyasının ADNA1 və Bakı Ali Neft Məktəbinin BHOS1 komandaları isə 3-cü yerə layiq görülüb.
Tədbirdə olimpiadanın qalibləri HP və Nar Mobile şirkətlərinin qiymətli hədiyyələri və fəxri fərmanlarla təltif edilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri