“İnnovativ Müəllimlər” müsabiqəsinin final mərhələsi 25 fevral tarixində keçiriləcək

20-02-2009 / 14:27

İnnovativ Müəllimlər Şəbəkəsinin məlumatına görə, müsabiqə finalçıları 25 fevral tarixində Bakı şəhəri, Akademik Zərifə Əliyeva adına məktəbdə final mərhələdən keçməlidirlər.

Layihələrin qiymətləndirilməsi peşəkar ekspert jurisi və valideyn juri tərəfindən aparılacaq. Hər iştirakçıya layihənin təqdimatı üçün 11 dəqiqə vaxt ayrılacaq. Təqdimat layihə müəllifi/müəllifləri tərəfindən təqdim olunmalıdır.

Qeyd edək ki, finalda müəllimlərin yaratdığı və şagirdlərlə tətbiq etdiyi tədris layihələri qiymətləndiriləcək.
Layihələr İKT alətlərinin tətbiqi vasitəsilə həyata keçirilməli və təqdim olunmalıdır.
Tədris layihəsi mütləq şagird fəaliyyətini əks etdirməlidir və elektron təqdimat, elektron cədvəl, elektron mətn, video fayl, audio fayl, elektron nəşr, veb səhifə, bloq, viki, forum, çat və digər elektron alətlər istifadəsi ilə yaradıla bilər. İstifadə olunan alətlərin sayına tələb və məhdudiyyət yoxdur.

Xatırladaq ki, “İnnovativ Müəllimlər” müsabiqəsi Təhsil Nazirliyinin “Microsoft” korporasiyası ilə təhsil sahəsində uzunmüddətli əməkdaşlığının tərkib hissəsidir və “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq keçirilir.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə