Microsoft korporasiyası tərəfindən dünyada təbliq edilən və müəllimlər üçün nəzərdə tutulmuş “Həmkara dəstək” proqramı “Mədəd” təşkilatı təşəbbüsü və dəstəyi ilə Azərbaycanda tətbiq ediləcəkdir. İKT İnformasiya Mərkəzindən verilən xəbərə görə, Azərbaycanın bu proqramda iştirakı “2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”-na uyğun olaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinin Microsoft Azərbaycan ilə imzalanmış “Təhsildə Əmkdaşlıq” Anlaşma Memorandumu çərçivəsində həyata keçiriləcəkdir.
E.Zarbaliyev qeyd etdi ki, “Həmkara dəstək” proqramı məktəblərdə fəal müəllimlərin təlimçi rolunu yerinə yetirilməsinə və həmkarlarına dəstək göstərməsi məqsədi ilə yeni bilik və bacarıqlarının daha da təkmilləşdirilməsinə yönəlmişdir. Təlim prosesi Azərbaycanda “Həmkara dəstək” proqramının reallaşması ilə məşğul olan “Mədəd”-in təşkilatçılığı ilə həyata keçirləcəkdir.
“Həmkara dəstək” proqramı çərçivəsində fəaliyyət göstərən təlimçi-müəllim məktəblərdə çalışan digər müəllimlərə informasiya texnologiyalarının tədrisdə istifadəsi üzrə praktiki məsləhətlər verəcəkdir. Hər bir məktəbdə belə təlimçi-müəllimin olması pedoqoji heyətə tədrisdə İKT-nin istifadəsini asanlaşdıracaqdır.
Proqramda iştirak etmək üçün informasiya və kommunikasiya texnologiyalarını tədrisdə daha effektiv və geniş tətbiq edən metodist-müəllimlər və yaxud təcrübəli müəllimlər cəlb olunacaqlar. “Həmkara dəstək” proqramı çərivəsində təlimçi-müəllim kimi fəaliyyət göstərəcək pedoqoji heyətin üzvləri üçün “Mədəd” təşkilatı tərəfindən xüsusi treninqlərin təşkili də planlaşdırılır. Treninqlərin Microsoft korporasiyasının təqdim etdiyi “Həmkara dəstək” konsepsiyasının müəllifi ???? tərəfindən aparılması gözlənilir.
Mənbə: riyadmedia.com
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri