Previous Next
Bağla

Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

14-09-2021 12:36
Kaspersky Azərbaycan istifadəçilərini hədəf alan skam sxemləri barədə xəbərdarlıq edib

Mətbuatda yayılan məlumatlara görə sosial şəbəkələrdə, xüsusilə Instagram platformasında istifadəçiyə mesaj göndərərək onu daha əvvəl iştirak etdiyi “giveaway” kampaniyasında qalibi olması və uduşun çatdırılması üçün bank hesabına ödəniş etməsi barədə məlumatlandıran saxta səhifələr meydana çıxır. İnternetdəki bu cür fırıldaq sxemlərini biz skam olaraq təsnif edirik.

Skam – istifadəçiyə səxavətli pul mükafatları təklif edilən onlayn fırıldaqçılıq növüdür. Pulu əldə etmək üçün kiçik bir komissiya ödənişi istənilir. Komissiya təcavüzkarlara çatır, qurban isə əliboş qalır. Əgər istifadəçi ödəniş üçün kart məlumatlarını daxil edirsə, bu zaman onların təhlükəsizliyini də riskə atmış olur.

“Təcavüzkarlar insanların heç bir əziyyət çəkmədən öz cüzdanlarını doldurmaq istəyindən tez-tez sui-istifadə edirlər. Skamerə sadəcə potensial qurbanda maraq oyatmaq, onun ayıq-sayıqlığını yox etmək, çaşdırmaq lazımdır ki, ondan kiçik məbləğdə pul vəsaiti tələb olunan mərhələdə istifadəçi artıq hipnoz olunmuş olsun və ödənişdən imtina etməsin. “Komissiya” ödənişi haqqında istək dərhal meydana çıxmır, o istifadəçi artıq qazandığı pulları hara xərcləyəcəyi barədə düşünməyə başladığı mərhələdə meydana çıxır”, - deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib. Skam böyük şirkətlər tərəfindən keçirilən sorğu və ya aksiyalar şəklində görünür.

Bundan başqa, skamerlər məşhurların keçirdiyi lotereyaların uduşsuz oxşarını yaradırlar. Bununla da, son dövrlərdə onların fəaliyyətlərinin miqyası genişlənib: indi skamerlər elektron poçtla yanaşı sosial şəbəkələr, video xidmətlər, bloqlar və s. kimi digər platformalardan da istifadə edirlər.

Kaspersky əsas təhlükəsizlik qaydalarını xatırladır:

1. məktublar, messencer ismarışları və SMS-lərdəki şübhəli linkləri açmayın;
2. əgər bu və ya digər aksiyada iştirak etmək istəyirsinizsə, öncə mütləq bu aksiyanın həqiqətən də hər hansı şirkət və ya məşhurun keçirdiyini yoxlayın: bunu rəsmi saytda və rəsmi sosial şəbəkə hesablarında öyrənə bilərsiniz;
3. aktual fişinq və spam saytları bazasına malik etibarlı qoruma həlli quraşdırın;
4. yadınızda saxlayın, əgər təklif gerçək olmaq üçün həddən artıq cəlbedicidirsə, o, çox güman ki saxtadır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

Kaspersky: 2020-ci ildə şəbəkədə fırıldaqçılığın həcmi artıb

04-12-2020
Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

Kaspersky: Asan qazanc təklif edən fırıldaqçı məktubların sayı 3 dəfə artıb

11-08-2021
Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

Təcavüzkarlar blogerlərin hesablarını ələ keçirirlər

28-02-2023
Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

Kaspersky mütəxəssisləri xəbərdarlıq edir

30-12-2021
Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

Kaspersky 2019-cu ildə onlayn fırıldaqçılıqda fəallaşma qeydə alıb

12-12-2019
“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020
Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

Azərbaycanda internetdə dələduzluq mənbələri aşkarlanıb

11-11-2020
“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021
Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

Kaspersky satış zamanı onlayn təhlükəsizlik qaydalarına riayyət etməyi tövsiyyə edir

30-11-2020
Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

Kaspersky WhatsApp-da “sağ qalmağın” qaydalarını açıqlayır

20-05-2022
Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

Kaspersky Formula 1 biletlərini təhlükəsiz şəkildə almaq üçün öz tövsiyələrini bölüşüb

10-06-2022
Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021
 "Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022
Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

Kaspersky kriptovalyutalara qarşı 200 min fişinq hücumunun qarşısını alıb

28-06-2022
Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

Kaspersky Olimpiya Oyunları ərəfəsində onlayn fırıldaqçılıq sxemlərini araşdırıb

26-07-2021
Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

Kasperdky: Cinayətkarlar tanışlıq xidmətlərinin adlarından istifadə edir

27-02-2020
Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021
Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022
Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

Kaspersky azərbaycanlı sosial şəbəkə istifadəçilərini ayıq-sayıq olmağa çağırır

01-07-2021
Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

Azərbaycanda qlobal brendlərlə bağlı saxta iş elanları artır - Xəbərdarlıq

04-08-2023
Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

Kaspersky Azərbaycandakı bank kartı sahiblərini ayıq-sayıq olmağa çağırır

06-10-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə