“Kaspersky”: 2020-ci idə istifadəçilərə qarşı hücumların sayı artıb

08-05-2020 / 12:49

Kaspersky-nin məlumatına görə, internetdə “skamlar”-ın, yəni fırıldaqçılıq hücumlarının sayı artıb. Belə ki, 2020-ci ilin ilk rübündə fırıldaqçı mənbələrin sayı iki dəfə çoxalıb (2019-cu ilin eyni dövrü ilə müqayisədə): şirkətin mütəxəssisləri təxminən 10 min bu cür səhifə aşkarlayıblar. Eyni zamanda istifadəçilərin bu cür saytlara keçid cəhdlərinin sayı da təxminən on dəfə artıb və demək olar ki, 15 milyona çatıb.

Skam və ya fırıldaqçılıq, istifadəçilərə anket doldurmaq və ya səsvermədə iştirak etmək qarşılığında böyük pul mükafatının vəd edildiyi saxta xəbər bülletenləri və elanlardır.

Pulu əldə etmək üçün şəxs "komissiya" və ya "müəyyən ödəniş" ödəməlidir. Bu ödənişlər adətən az miqdarda olur. Lakin istifadəçi bunun qarşılığında heç bir pul əldə etmir və "komissiya" fırldaqçıların cibinə gedir. Bundan əlavə, şəxs kart məlumatlarını daxil edərsə, ödəniş məlumatlarının təhlükəsizliyini riskə atır.

“Skam, ötən il onlayn fırıldaqçıların əlində çox məşhur bir sxemə çevrilib. Bu ilki rəqəmlər  təcavüzkarların dayanmaq niyyətində olmadığını göstərir. İnsanları tovlamaq üçün çox vaxt sxemlərində iri şirkətlərin və məşhur insanların adlarından istifadə edir, həmçinin cari xəbərlərə istinad edirlər. Təcavüzkarlar banklar, pensiya fondları, məşhurlar və lotereya adı altında özlərini maskalaya bilərlər. Kaspersky mütəxəssisləri mart ayında internetin rusdilli seqmentində istifadəçilərə koronavirusla əlaqədar müxtəlif kompensasiyaların verildiyini bildirən mesajlar müşahidə ediblər ki, bunun üçün yalnız kiçik bir komissiya ödəmək lazım idi. İstifadəçiləri internetdən rastlaşdıqları hər hansı bir məlumatı, o cümlədən böyük brendlərdən gələn səxavətli təklifləri yoxlamağa çağırırıq," deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə