“İnnoprom” beynəlxalq sənaye sərgisində Kaspersky özünün sənaye obyektlərinin internet təminatının qorunması üçün yeni həllini – “Kaspersky IoT Secure Gateway 1000”-i təqdim edib.
Xeberler.az bildirir ki, kiberimmun yəni kiberhücum növlərinin böyük əksəriyyətinə davamlı olan məhsul müxtəlif sahələrdə, o cümlədən, sənaye, enerji və ağıllı şəhər sistemləri, yol infrastrukturu, videomüşahidə sistemləri və mənzil-kommunal xidmətlərində istifadə üçün nəzərdə tutulub.
Şlüz sizə IoT cihazlarını buludlara qoşmağa və etibarlı məlumatlar əsasında birbaşa rəqəmsal biznes xidmətləri qurmağa imkan verir. KasperskyOS əməliyyat sisteminə əsaslanan xüsusi inkişaf metodologiyası sayəsində məhsul orijinal təhlükəsizliyə malikdir və IoT infrastrukturunu kiberhücumlara qarşı qoruyur.
ARC Advisory analitik agentliyinin məlumatına görə, məlumat şlüzləri üçün (məsələn, Kaspersky IoT Secure Gateway 1000) qlobal bazar aktiv şəkildə böyüyəcək. Şəbəkə/kabel vasitəsilə məlumat ötürülməsi üzrə şlüzlərinin sayı artıq bu il bir milyonu (1,014,300 cihaz) keçəcək və hər il 20% artacaq; mobil cihazlar üzərindən məlumat ötürülməsi üzrə şlüzlər üçün bu rəqəmlər, müvafiq olaraq, demək olar ki, yarım milyon (475 min ədəd) və 12% olacaqdır. Ümumilikdə bu il dünyada sənaye şlüzlərinin sayı təxminən bir milyon yarıma çatacaq. Sənaye şlüzlərinə Rusiya bazarında da tələbat var: hazırki dövr üçün Kaspersky onların sayını ən azı 77,5 min cihaz hesab edir və illik artımın təxminən 15% olacağını proqnozlaşdırır.
Kaspersky IoT Secure Gateway 1000 KasperskyOS əməliyyat sistemi ilə çalışan Advantech UTX-3117 aparat platformasında işləyir. Təhlükəsizliyin dizayn mərhələsində önə çıxdığı secure-by-design yanaşması bu həlldə həyata keçirilir. KISG 1000 Default Deny (standart qadağa) prinsipi ilə hərəkət edərək müxtəlif növ hücumlardan qoruyur: şəbəkə hücumları, DDoS, MITM * ("man-in-the-middle"). Məhsula zərərli fəaliyyəti tanımaq və bloklamaq imkanına malik müdaxilənin aşkarlanması və qarşısının alınması texnologiyası daxildir.
Kaspersky IoT Secure Gateway 1000 idarəçilərə Əşyaların İnterneti (IoT) infrastrukturunda baş verənlərə nəzarət etməyə kömək edir. Ona qoşulmağa çalışan bütün cihazları aşkar edir və təsnif edir. Hadisələrin idarə edilməsi Kaspersky Security Center-in mərkəzləşdirilmiş idarəetmə konsolu vasitəsilə baş verir. KISG 1000 hadisələr haqqında məlumatı SIEM və ya bulud platformaları kimi xarici sistemlərə ötürməyə imkan verən Syslog və MQTT protokollarını dəstəkləyir.
“Gartner şirkətinin araşdırmasına görə, təşkilatların 61%-i IoT-dan istifadə edərkən yüksək səviyyəli yetkinlik nümayiş etdirir: şirkətlər IoT həllərini korporativ İT strategiyası ilə birlikdə tətbiq etməyin vacibliyini başa düşürlər. Bununla belə, IoT cihazlarının müxtəlifliyini və onlardan istifadənin risklərini nəzərə alaraq, texnoloji təhlükəsizliyin təmin edilməsinə ənənəvi yanaşmalar həmişə kifayət etmir — bizneslərin xüsusi həllərə ehtiyacı var”, - deyə Kaspersky-nin biznesin KasperskyOS əməliyyat sisteminə əsaslanan inkişafı xidmətinin rəhbəri Andrey Suvorov bildirib. “Şirkət IoT/IIoT qorunmasını inkişafın əsas istiqamətlərindən biri və perspektivli bazar hesab edir. Buna görə də “Aprotex” adlı törəmə şirkət yaradılıb. O, Kaspersky-nin texnoloji tərəfdaşıdır və biz birlikdə KasperskyOS əməliyyat sistemi əsasında Kaspersky IoT Infrastructure Security kiberimmun məhsullar xətti yaradırıq ki, bura Kaspersky IoT Secure Gateway 1000 də daxildir”.
“Kaspersky IoT Secure Gateway 1000 sənaye və digər sahələrdə müəssisələrin kibertəhlükəsiz rəqəmsal transformasiyası üçün yeni vasitədir. Onunla siz avadanlığı təhlükəsiz şəkildə informasiya sistemlərinə qoşa, məlumatları etibarlı şəkildə analitik platformalara ötürə və eyni zamanda şlüz səviyyəsində qorunan IoT infrastrukturunun etibarlılığı barədə narahatlıqdan qurtula bilərsiniz. KISG 1000, şirkətlərə istehsalın real mənzərəsini görməyə, avadanlığı daha səmərəli idarə etməyə, fövqəladə halların qarşısını almağa və Sənaye 4.0 dövrünə qədəm qoyaraq yeni biznes modelləri qurmağa imkan verən birbaşa rəqəmsal xidmətlərin əsas komponentidir”, - deyə “Adaptiv sənaye texnologiyaları” (KasperskyOS əsasında IoT məhsullarını hazırlayan Kaspersky Lab-ın törəmə şirkəti “Aprotex”) QHT-nin baş direktoru Maksim Karpuxin qeyd edib.
Əşyaların İnternetini qorumaq üçün Kaspersky həlləri haqqında ətraflı məlumatı burada görə bilərsiniz: https://os.kaspersky.ru/solutions/kaspersky-iot-infrastructure-security/
Kibertəhlükəsiz rəqəmsal transformasiya üçün Kaspersky IoT Secure Gateways şlüzlərinin tətbiqi imkanları barədə Aprotex-in rəsmi saytında öyrənə bilərsiniz: www.aprotech.ru.
Kiberimmunitet və KasperskyOS
Kiberimmunitet İT sisteminin “anadangəlmə” təhlükəsizlik instinktidir, onun əlavə təhlükəsizlik alətlərindən istifadə etmədən kiberhücumlara tab gətirmək qabiliyyətidir. Kiberimmun sistemə edilən hücum növlərinin böyük əksəriyyəti səmərəsizdir və onun həyati vacib funksiyalarının icrasına təsir göstərə bilməz.
Kaspersky İT həllərinin yaradılmasına kiberimmun yanaşmanı, həmçinin özünün əməliyyat sistemini, kiberimmün məhsulların hazırlanması platforması olan KasperskyOS-u işləyib hazırlayıb. Bu cür məhsullar kibertəhlükəsizliyə, İT sistemlərinin etibarlılığına və proqnozlaşdırıla bilənliyinə artan tələblərin olduğu sahələrdə, yəni sənaye, enerji, nəqliyyat infrastrukturu, ağıllı şəhər sistemləri kimi sahələrdə tələb olunur.
Kaspersky - 1997-ci ildən etibarən informasiya təhlükəsizliyi və rəqəmsal məxfilik sahəsində fəaliyyət göstərən beynəlxalq şirkətdir. Şirkətin dərin mütəxəssis biliyi və illərə söykənən təcrübəsi bizneslər, həyati vacib infrastruktur, hökumətlər və son istifadəçilərin təhlükəsizlyini təmin edən yeni nəsil təhlükəsizlik həlləri və xidmətlərinin əsasını təşkil edir. Kaspersky-nin ın geniş məhsul və xidmət portfelinə son cihazların müdafiəsi üçün ən müasir məhsullar, eləcə də mürəkkəb və daim inkişaf edən kibertəhdidlərlə mübarizə üçün bir sıra ixtisaslaşmış həllər və xidmətlər daxildir. Kaspersky texnologiyaları dünya üzrə 400 milyondan çox istifadəçini və 240 000 korporativ müştərini qoruyur. Daha ətraflı məlumatı http://www.kaspersky.ru/saytından əldə edə bilərsiniz.
Adaptiv Sənaye Texnologiyaları QHT (Aprotex) – Kaspersky-nin törəmə şirkətidir və müəssisələrə rəqəmsal transformasiya 4.0 mərhələsini səmərəli və təhlükəsiz keçməyə kömək edir. Bu işdə müştərilərin biznes problemlərini həll etmək üçün tərəfdaşlarla birgə hazırlanmış birbaşa rəqəmsal xidmətlərdə məlumatların daşınmasını təşkil edən şirkətin qabaqcıl kiberimmun IoT şlüzləri köməkçi qismində çıxış edir. Aprotex-in konsaltinq və audit, həmçinin tədqiqat və təhsilin daxil olduğu xidmətlər zərfi kibertəhlükəsizliyin yeni texnologiyalara keçidini asanlaşdırır.
* Onların mahiyyəti ondan ibarətdir ki, təcavüzkar qurbanın internet trafikini qurbanın bilmədiyi xüsusi aralıq qovşağı vasitəsilə “öz əlindən keçirir”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri