• ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  • AZNET
    • SOSİAL MEDIA
    • E-TİCARƏT
    • MİLLİ NET
    • STARTAP AZƏRBAYCAN
    • YENİ MEDİA
    • İNTERNET
  • E - HÖKUMƏT
  • TEXNOLOGİYA
    • SÜNİ İNTELLEKT VƏ DATA
    • AVADANLIQ
    • TƏHLÜKƏSİZLİK
    • OYUNLAR
    • PROQRAMLAR
    • KRİPTOVALYUTA
    • İNVESTİSİYA
    • TENDER
    • MƏSLƏHƏTXANA
  • TƏNZİMLƏMƏ
    • QANUNVERİCİLİK
    • TƏHLİL
    • İSTEHLAKÇI HÜQUQLARI
  • TELEKOM VƏ NƏQLİYYAT
    • MOBİL RABİTƏ
    • TV VƏ RADİO
    • KOSMOS
    • TELEKOMMUNİKASİYA
    • NƏQLİYYAT
    • RADİOTEZLİKLƏR
  • RUBRİKA
    • COP29
    • İT GÜNDƏM
    • İT VAKANSİYA
    • İKT VETERAN
    • İKT QADINLAR
    • İT TƏLƏBƏ
    • İKT TƏHSİL
    • İKT REGİON
    • İNTERNET BANKÇILIQ
    • İKT UŞAQLAR
    • İKT KADRLAR
    • İKT VƏ SEÇKİ
    • İT TANINMIŞLAR
  • TƏDBİRLƏR
  • MÜSAHİBƏ

AZNET

  1. Ana səhifə
  2. AZNET

Kaspersky və İnterpol şirkətləri özlərini Kriptoqraflardan müdafiə etməyə çağırır

14-05-2020 / 12:16

12 May 2017-ci ildə tarixdəki ən böyük kriptoqrafik proqram epidemiyası - WannaCry öz pikinə çatmışdı. İndi, yəni üç il sonra şəxsi istifadəçilər və şirkətlər hələ də bu cür proqram təminatlarının hücumuna məruz qalır. Kaspersky-nin son tədqiqatında göstərildiyi kimi, 2019-cu ildə WannaCry zərərli proqramı ən çox yayılmış kriptoqraf ailələrinin başında gələrək öz mövqeyini qoruyub və bu tip proqram qurbanlarının üçdə birinin (30%) korporativ istifadəçilərdir. Buna görə də, Kaspersky və İnterpol təşkilatlara ehtiyat nüsxələr və kiber müdafiənin vacibliyini xatırladır. Bu, WannaCry kimi bir epidemiyanın təkrarlanmasının qarşısını almaq üçündür.

Xeberler.az bildirir ki, kriptoqraflar bir çox şirkətlər üçün böyük problemə çevriliblər. Bu, zərərli proqramın kodu baxımından elə də mürəkkəb proses deyil, buna baxmayaraq, onun vasitəsilə
təcavüzkarlar iş proseslərini əngəlləyə və pul ələ keçirə bilirlər. Kriptoqrafların iştirakı ilə baş verən hadisələr nəticəsində təşkilatlar, iş vaxtı, cərimələr və nüfuzun bərpası xərcləri də daxil olmaqla 2019-cu ildə orta hesabla 1.46 milyon dollar itirib.

WannaCry hücumları ən populyar əməliyyat sistemlərindən biri olan Windows-da SMB protokol icrası zəifliyini istismar edən EternalBlue kiberhücum istismarçısı vasitəsilə həyata keçirilirdi. Nəticədə, WannaCry kriptoqraf-qurdu əsl dünya miqyaslı kiber epidemiyanın ortaya çıxmasına səbəb oldu.

Kaspersky-nin araşdırmasına görə, 2019-cu ildə kriptoqraflar ümumilikdə 767,907 istifadəçiyə hücum ediblər, onların təxminən üçdə biri (30%) iş seqmentinin nümayəndələridir. 2019-cu ildə 164,433 istifadəçi WannaCry-nin qurbanı olub və bu aşkar edilmiş ümumi kiber hücumların 21% -ni təşkil edir. Onun ardınca isə GandCrab (11%) və Stop (4%) kimi kriptoqraf ailələri gəlir.

"WannaCry"nin meydana çıxmasından bəri, təcavüzkarlar kriptoqraflardan istifadə edərək zərərli kampaniyalar həyata keçirmək üçün istiqamətləri şaxələndiriblər. Hücumlar daha çox ünvanlı olublar və indi daha yüksək bir fidyə tələb etmək üçün, məlumatların kritik əhəmiyyət daşıdığı biznes, hökumət və tibb təşkilatlarını hədəf alırlar. COVID-19 pandemiyası fonunda xəstəxanaların daha kövrək olduğu ortaya çıxdı, belə ki, hücuma məruz qalanlar kritik tibbi avadanlıq və xəstə məlumatlarına girişdən məhrum edilirlər. Kiber cinayətkarlıqla mübarizə üzrə qlobal proqramının bir hissəsi olaraq, İnterpol zərə çəkmiş təşkilatlara bu kiber hücumlardan sonra özlərini bərpa etmək və bundan sonra baş verə biləcək itkilərin qarşısını almaq üçün dəstək göstərib. İndi, biz üzv ölkələrimiz və özəl tərəfdaşlarımız, o cümlədən Kaspersky ilə yaxından əməkdaşlqı edirik və kiber təhdidlərin təsirini azaltmaq və qarşısını almaq məqsədi ilə 2020-ci ilin may ayında məlumatlandırma tədbirləri həyata keçiririk. Kriptoqraflarla mübarizə gününü dəstəkləmək üçün bu həftə ictimaiyyəti kibergigiyenaya əməl etməyə çağıran, sırf bu tip təhlükələrə köklənən #WashYourHands (#ƏlləriniYu) kampaniyasını keçiririk,” İnterpolun kibercinayətlər üzrə təhqiqat şöbəsinin direktoru Kreyq Cons deyib.

Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov isə mövzu barədə aşağıdakıları bildirib:

"WannaCry epidemiyası, şirkətlərin nüfuz itikisi ilə əlaqədar iş ləngiməsi və xərcləri nəticəsində milyonlar itirməsinə gətirib çıxardı, həmçinin, kriptoqrafın bu miqyasda
yayılması nəticəsinə nələr baş verə biləcəyini göstərdi. Kriptoqraf hücumu təhlükəsi ilk növbədə açıq zəifliklərə sahib çox sayda sistemin olması və sosial mühəndislik
texnikalarının öz qurbanlarını istifadəçilər arasından tapmağa davam etməsi səbəbindən bu gün də aktual olaraq qalır. 12 may kripotqraflarla mübarizə gününün bütün dünyada şirkətlərin və istifadəçilərin bu tip təhlükələrdən doğan problemlərdən qurtulduğu gün olmasını istərdik.”

Kriptoqraflardan qorunmaq üçün Kaspersky mütəxəssisləri təşkilatlara aşağıdakı tədbirləri görməyi tövsiyə edir:

Əməkdaşlara sadə qaydalara riayət etməyin şirkətə kriptoqraflarla bağlı hadisələrin qarşısını almaqda necə kömək edə biləcəyini izah edin. Bu işdə sizə Kaspersky Automated Security Awareness Platform (Kaspersky Avtomatik Təhlükəsizlik Məlumatlandırma Platforması) həllində təqdim olunanlar kimi xüsusi təlim kursları kömək edəcək;

Həmişə faylların təzə ehtiyat nüsxələrinə sahib olun ki, itkilər zamanı (zərərli proqram və ya xətalı cihaz səbəbindən) onları əvəz edə biləsiniz və onları yalnız fiziki daşıyıcıda deyil, həm də əgər məxfilik siyasəti icazə verərsə, daha yüksək təhlükəsizlik üçün bulud xidmətində saxlayın. Lazımi anda bu nüsxələrə tez bir zamanda daxil ola biləcəyinizdən, şəbəkənizə düşən kriptoqrafın isə bunu edə bilməyəcəyindən əmin olun;

məxfi məlumatlarla işləyirsinizsə, yalnız iş öhdəlikləri çərçivəsində həmin məlumatlarsız iş görə bilməyən əməkdaşların onlara girişi olduğundan əmin olun.

Xatırlamaq lazımdır ki, şifrələnməyə qədər oğurlanmış məlumatların ictimailəşdirilməməsi üçün bu gün kibercinayətkarlar da pul tələb edirlər. Bütün mövcud vasitələrdən istifadə edərək bu cür məlumatlara etibarlı giriş təmin edin: şifrələmə, çox faktorlu identifikasiya və s. istifadə edin;

Ortaya çıxdıqca bütün təhlükəsizlik yeniləmələri quraşdırın. Ən son zəiflikləri aradan qaldırmaq üçün əməliyyat sisteminizi və proqramınızı daim yeniləyin;

Kaspersky Anti-Ransomware proqramının biznes üçün pulsuz versiyasını sınayın. Yenilənmiş versiyada proqramdakı zəifliklərin təcavüzkarlar və digər təhdidlər tərəfindən istifadəsinin qarşısının alınması funksiyası mövcuddur;

Korporativ cihaz hələ də şifrələnibsə, məcbur pul tələb edilməsinin cinayət məsuliyyəti hesab olunduğunu unutmayın. Təcavüzkarların tələb etdiyi fidyəni ödəməyinizə ehtiyac yoxdur. Qurbana çevriləsiniz, bu barədə hüquq mühafizə orqanlarına məlumat verin. Həmçinin internetdə dekriptor tapmağa çalışın.

Aşağıdakı linkdə bəzilərini pulsuz olaraq əldə edə bilərsiniz:
https://www.nomoreransom.org/ru/index.html

Kaspersky mütəxəssisləri tərəfindən aşkar edilmiş kriptoqraflar haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Həmçinin, Kaspersky tərəfindən yaradılan və 2017-ci ildə qlobal WannaCry epidemiyasını dayandıran adam Mark Hatçinsin hekayəsini danışan sənədli filmə də baxa bilərsiniz.

 


ŞƏRHLƏR


OXŞAR XƏBƏRLƏR


Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021

Azərbaycanda şifrələnmə hücumlarının sayı artır

29-08-2019

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Kaspersky: Kiber cinayətkarlar Cring kriptoqraf proqramı vasitəsilə hücumlar edir

14-04-2021

Kaspersky: Azərbaycanda Microsoft SQL Server-dən istifadə edilən hücumların sayı artır

23-11-2022

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022

Fidyə proqramlarının hücumları getdikcə daha da hiyləgərləşir

07-09-2022

Kaspersky bəzi cihazlarda silsilə Lazarus hücumları aşkarlayıb

30-07-2020

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

“No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib

02-08-2022



  • Son Xəbər
  • populyar
  • Yazarlar
  • Ayda istifadə olunacaq GPS aparatı hazırlanıb

    10-05-2025
  • Nazirliyin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

    10-05-2025
  • XRİTDX-də Ümummilli Liderin anım günü ilə bağlı silsilə tədbirlər keçirilib

    10-05-2025
  • Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

    10-05-2025
  • DOST Agentliyi və ilk DOST mərkəzinin açılışından 6 il ötür

    09-05-2025
  • “Data jurnalistikası” mövzusunda təlim yekunlaşıb

    09-05-2025
  • İlham Əliyev Rəqəmsal İdarəetmə Mərkəzinin açılışında iştirak edib

    09-05-2025
  • AYNA: Gediş haqqının QR ödənilməsi ilə bağlı problem aradan qaldırılıb

    09-05-2025
  • Azərbaycanla Vyetnam arasında əməkdaşlıq müzakirə edilib

    09-05-2025
  • DİN: Bank kartlarından oğurluq halları davam edir

    09-05-2025
  • AzTU-da “Huawei” şirkətinin “Açıq qapı” günü keçirilib

    08-05-2025
  • AzTU “Huawei Technologies Azerbaijan” ilə əməkdaşlıq edəcək

    08-05-2025
  • Google süni intellekt məlumatlarını məhdudlaşdırır

    08-05-2025
  • ABB səhmdarlarına 200 000 000 manat dividend ödəyəcək

    08-05-2025
  • XRİTDX beynəlxalq tədbirdə iştirak edib

    08-05-2025
  • Agentlik: 10 min şagird kompüter əsaslı monitorinqə cəlb olunacaq

    08-05-2025
  • Daha 4 KOB subyektinə startup şəhadətnaməsi verilib

    08-05-2025
  • “Biletim.az” portalı üzərindən onlayn bilet satışı artıb

    08-05-2025
  • “Nar”ın baş icraçı direktoru Gəncədə keçirilən konfransda çıxış edib

    08-05-2025
  • EcomX E-ticarət Proqramının birinci mərhələsi başa çatıb

    08-05-2025
  • Bütün xəbərlər
  • Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

    14-04-2025
  • Nigeriya “Meta”nın cəriməsini təsdiqləyib

    26-04-2025
  • İnformatika fənni üzrə kurikulum tam yenilənib - Osman Gündüz

    21-04-2025
  • Çində ilk 10G genişzolaqlı şəbəkə istifadəyə verilib

    20-04-2025
  • Rəqəmsal iqtisadiyyat və texnologiyada yeni dövr başlayır - Osman Gündüz

    25-04-2025
  • “Elektron məhkəmə” övladlığagötürmə ilə əlaqədar altsistemə inteqrasiya ediləcək

    19-04-2025
  • "Aztelekom" yenidən təşkil edilir

    25-04-2025
  • “Yahoo” “Chrome”u almaqla maraqlanır

    25-04-2025
  • Azərbaycan peyklərinin istehsalı ilə bağlı İsrailə xarici təsirlər varmı?

    29-04-2025
  • “e-mühasibat” informasiya sistemi haqqında əsasnamə təsdiq ediləcək

    19-04-2025
  • Osman Gündüz

    Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?

  • Məltəm Talıbzadə

    Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh

  • Ağasəf Haqverdiyev

    Windows 10-u necə sürətləndirmək olar?

  • Fərrux İlhamoğlu

    Bizi idarə edən güc: Netokratiya

  • Sevil Rəsulzadə

    Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı

  • İsmayıl Rafiqoğlu

    Facebook müəmması

  • Günel Azadə

    4G mobil texnologiyası niyə ləngiyir?

  • Kamran Ədalətoğlu

    Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?

  • Azər Həsrət

    “Asan imzanı belə gördüm”- Azər Həsrət

  • Eyvaz Qocayev

    Satışa çıxarılmış Azərbaycan adları

  • Bütün yazarlar



sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə



NƏTİCƏLƏR

Bütün sorğular

  • ANA SƏHİFƏ
  • LAYİHƏ HAQQINDA
  • ARXİV
  • XƏBƏRLƏR
  • ƏLAQƏ
  •  
  •  
  •  
  •  
© 2008 -2025 Xəbərlər.az
Bütün hüquqlar qorunur.