Fidyə proqramları qurbanlarına öz məlumatlarını bərpa etməyə imkan verən “No More Ransom” təşəbbüsü altı illik fəaliyyətinin yekunlarını təqdim edib.
Xeberler.az bildirir ki, yarandığı gündən bəri proqram tərəfdaşlarının sayı dörddən 188-ə qədər artıb və rəsmi saytında faylların deşifrəsi üçün 136 alət yerləşdirilib. Ümumilikdə, dünya üzrə 1,5 milyondan çox istifadəçi “No More Ransom” proqramından istifadə edərək öz məlumatlarını bərpa edə bilib. Layihə 37 dildə mövcuddur.
Təsisçi tərəfdaş şirkətlərdən biri kimi Kaspersky 38 fərqli fidyə proqramı ailəsi tərəfindən şifrələnmiş məlumatların bərpasına kömək edən 9 deşifrə alətinin hazırlanmasına töhfə verib. Ümumilikdə, 2018-ci ildən bəri dünya üzrə istifadəçilər bu utilitləri 300 min dəfədən çox yükləyiblər. Azərbaycanda onlar son 12 ay ərzində 30 dəfədən çox yüklənib.
Bir qayda olaraq, fidyə proqramı cihazdakı qiymətli məlumatları şifrələyir və onu istifadəçi üçün əlçatmaz edir. Yoluxma təhlükəli və dələduz saytlara daxil olmaq, proqram təminatı yükləmək, zərərli qoşmaları açmaq, həmçinin Uzaqdan Giriş Protokolu (RDP) vasitəsilə və ya internetə qoşulmuş serverlərdəki boşluqlardan istifadə etməklə baş verə bilər. Daha sonra təcavüzkarlar qurbandan fidyə tələb edir, bunun müqabilində məlumatları orijinal formada qaytaracağını vəd edir və tez-tez onu ictimaiyyətə açıq mənbələrdə dərc etməklə hədələyirlər. Bu hücum növü uzun illərdir inkişaf edir və həm fərdi istifadəçilərə, həm də təşkilatlara təsir edir, təcavüzkarlar özləri isə bütöv ekosistemlər yaradırlar.
Fidyə proqramları ilə mübarizə təşəbbüsü 2016-cı ildə Europol, Hollandiya polisi, Kaspersky və digər tərəfdaşlar tərəfindən işə salınıb. Rəsmi veb-saytda layihə iştirakçıları deşifrə üçün alətər, kibercinayətkarlıq barədə necə və kimə məlumat verilməsi ilə bağlı qayda və təlimatlar dərc edirlər. Bu utilitlər və materiallar artıq 165 növ fidyə proqramı qurbanlarına məlumatlarını pulsuz bərpa etməyə kömək edib. Layihə həm də istifadəçilərin bu cür proqramların necə işlədiyi və infeksiyanın qarşısını almaq üçün hansı addımların atılacağı barədə məlumatlılığını artırmaq məqsədi daşıyır.
“Bu il fidyə proqramları həm şirkətlər, həm də adi istifadəçilər üçün ciddi problemə çevrilib. Onların fəaliyyəti uğurlu hücum zamanı ələ keçirilmiş rəqəmsal aktivlərin sonrakı bərpası üçün pul tələb etməyə əsaslanır. “No More Ransom” təşəbbüsü hər kəsə belə hücumlar nəticəsində itirilmiş məlumatları geri qaytarmağa və təcavüzkarlara fidyə ödəməməyə imkan verir. Beləliklə, bu, kriptoqraf proqramları sənayesi ilə mübarizənin effektiv üsuludur və şirkətimiz tərəfdaşları ilə birlikdə bütün dünyada fidyə proqramları ilə mübarizəni davam etdirəcək”, - deyə Kaspersky-nin rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.
Fidyə proqramları ilə necə mübarizə aparmaq barədə və “No More Ransom” təşəbbüsü haqqında daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri