Previous Next
Bağla

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020 18:09
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

Xeberler.az bildirir ki, Kaspersky tərəfindən aparılan yeni bir qlobal sorğuya görə, 25 yaşdan 34 yaşa qədər olan gənclərin 55% -i indi öz dostları ilə və ailələri ilə daha çox şəxsi deyil, onlayn ünsiyyət qurur. Özünütəcrid dövrü başladıqdan sonra bu qrup respondentlərin "ekran vaxtı" demək olar ki, orta hesabla iki saat artıb və gündə 7.1 saat təşkil edir.

Koronavirus pandemiyasına reaksiya həyatımızın bir çox sahəsində rəqəmsal transformasiya ilə nəticələnib. Kaspersky tərəfindən aparılan sorğuya görə, bunu ən çox milleniallar - aktiv internet istifadəçiləri hiss ediblər. Belə ki, bu yaş qrupundakı
insanların 33% -i indi üz-üzə dərslər və ya mühazirələr əvəzinə onlayn dərslərdə iştirak edir, 53% -i ticarət mərkəzlərinə getmək yerinə onlayn alış-verişə, 18% -i isə şəhər və muzeylərin virtual turlarına üstünlük verir. İş üslubu da dəyişib:, millennialların 40% -i həmkarları ilə görüşləri rəqəmsal məkana köçürdüklərini söyləyib.

Eyni zamanda, sorğu iştirakçıları onlayn həyatın bəzi cəhətlərinə ehtiyatla yanaşdıqlarını qeyd ediblər. Məsələn, millennialların demək olar ki, üçdə ikisi (61%) tanışlığın indi daha çox onlayn baş tutmasından, 41% isə axın (steam) və oyun platformalarına daha çox vaxt sərf etməkdən narahatdır.

"Bu il "rəqəmsal gerçəkliyə" münasibətin necə dəyişdiyini görürük, çünki özünü təcridetmə dövründə xarici dünya ilə əsasən onlayn olaraq əlaqə saxlamaq mümkün olub. Buna görə də kiber təhlükəsizlik hər gün daha da aktuallşır. Nə böyük şirkətlər, nə də təcrübəli istifadəçilər hücumlardan sığortalanmayıblar. Təcavüzkarlar yeni fürsətlər axtarırlar: məsələn, sorğumuzda iştirak edənlərin 17% -i öz hesablarnını sındırılması ilə qarşılaşdıqlarını söyləyib," deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi Müşviq Məmmədov bildirib.

Kaspersky istifadəçilərə əsas təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edir:

• şəxsi və ya ödəniş məlumatlarını daxil etməzdən əvvəl saytların adlarını diqqətlə yoxlayın;

• sosial şəbəkələrdə, messencerlərdə və e-poçtlarda şübhəli linkləri izləməyin;

• internetdəki hər hansı bir məlumata, məsələn, həddən artıq səxavətli pul təkliflərinə şübhə ilə yanaşın;

• cihazlarda, həm də əməliyyat sistemində proqramları müntəzəm olaraq yeniləyin;

• bütün hesablarınızda fərqli və güclü şifrələrdən istifadə edin (müxtəlif hərflərdən, nömrələrdən və xüsusi simvollardan ibarət 12 simvolluq şifrə);

• geniş əhatəli təhdidlərdən hərtərəfli qorunmaq üçün Kaspersky Security Cloud kimi etibarlı bir təhlükəsizlik həllindən istifadə edin.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Onlayn mağaza istifadəçilərinə edilən fişinq hücumlarının sayı artıb

16-04-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020

"Black Friday" endirimlərində kiberhücumlar- Xəbərdarlıq

25-11-2022

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kriptovalyuta sahibləri üçün əsas təhlükələr nələrdir?

17-02-2023

Kaspersky: istifadəçilər sosial mediada hər gün orta hesabla saat yarım vaxt keçirir

08-10-2021

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020

Bir milyon istifadəçi video oyun əvəzinə təhdid təhlükəsi ilə üzləşib

20-06-2019

Kaspersky internet məlumatları ilə davtanış qaydalarını açıqlayıb

29-01-2022

Kiber fırıldaqçılar futbol azarkeşlərini necə aldadır?

18-11-2022

Kaspersky mindən çox qeyri-aktiv domen aşkar edib

10-07-2020

Kaspersky azərbaycanlıların şəbəkədə üzləşdikləri fırıldaqları araşdırıb

05-08-2021

Onlayn alış-verişdə insanları necə aldadırlar?

10-11-2022

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022

“Qara cümə günü” ərəfəsində fişinq hücumlarının sayı artıb

25-11-2021

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020

Kaspersky: Azərbaycandakı respondentlərin 87 faizi dələduzluqla şəxsən qarşılaşıb

09-02-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə