Previous Next
Bağla

Kaspersky: hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

20-11-2020 17:32
Kaspersky: hər altı şirkətdən biri bütün səviyyələrdə innovativ fikirləri təşviq edir

Kaspersky-nin yeni bir araşdırmasına görə, innovasiya şöbəsi rəhbərlərinin böyük əksəriyyəti (88%) innovasiyanın uğurlu təşkilatlarda hər səviyyədə və hər komandada stimullaşdırıldığına inanır. Bununla belə, hər altı şirkətdən yalnız birinin nümayəndəsi (16%) bu yanaşmanın çalışdığı qurumda artıq tətbiq olunduğunu söyləyib.

İnnovasiya təşəbbüsü daha çox yüksək rəhbərlik tərəfindən irəli sürülür, onların tabeliyində olanlar isə yalnız icra mərhələsində iştirak edirlər. Lakin bu vəziyyətdə top menecerlər birbaşa müştərilərlə qarşılıqlı əlaqə quran və ya məhsul hazırlayan işçilərə məlum olan bəzi fürsətləri nəzərdən qaçıra bilərlər. Buna görə də, sorğu iştirakçılarının böyük əksəriyyəti innovativ düşüncənin şirkət daxilində inkişaf etdirilməsinin və bunun üçün hər kəsin özünü rahat hiss etdiyi və nəyin dəyişdirilə və yaxşılaşdırıla biləcəyi barədə fikirlərini açıq şəkildə bölüşə biləcəyi bir atmosfer yaratmağın lazım olduğunu düşünür. Üstəlik, işçilərin 65%-i onların özlərindən gələn fikirlərin daha təsirli olduğunu düşünür. Amma əslində, bu gün korporativ mədəniyyət nadir hallarda yenilikləri strukturun aşağı pilləsindən stimullaşdıracaq şəkildə tərtib olunur. Maraqlıdır ki, liderlər bir komandadakı sosial-mədəni müxtəlifliyi qabaqcıl fikirlərin ortaya çıxması üçün daha vacib şərt hesab edirlər.

“İnnovativ düşüncə yaratmaq üçün işçilərin çalışqan olması və yaxşı fəaliyyət göstərməsi kifayət deyil. Ən yaxşı nəticələr hər kəsin söz haqqı olduğu halda əldə edilir. Liderlərin əsas tapşırığı insanları qabaqcıl fikirlərə sahib olmağa ruhlandırmaqdır. Top menecerlərin təcrübəsi və baxışları sonrakı, yəni perspektivli təklifləri şirkətin strategiyası ilə əlaqələndirmək lazım olduğu mərhələlərdə faydalı ola bilər,” deyə Kaspersky-nin İnvestisiya və İnnovasiya Mərkəzinin (Kaspersky iHub) rəhbəri Vitali Mzokov bildirib. İşçilərdən qaynaqlanan innovasiyaları dəstəkləmək üçün Kaspersky şirkətlərə tövsiyə edir:

• mütəmadi olaraq innovasiyanın daxili kommunikasiyadakı əhəmiyyətindən danışın. Bu həm yüksək idarəetmə səviyyəsində, həm də şöbə müdirləri səviyyəsində edilməlidir;

• işçilərə yeni iş ideyaları təklif etməyə imkan verən bir proqram həyata keçirin; ən yaxşı təkliflərin seçilməsi üçün dəqiq kriteriyalar hazırlayın; işçilərin daha da həvəsləndirilməsi üçün münsiflər heyəti və mükafat təyin edin;

• işçilərinin münsiflər heyəti tərəfindən seçilmiş fikirlər üzərində işləyəcəyi və şirkətin resurslarından və təcrübəsindən istifadə edə biləcəyi, eyni zamanda innovativ düşüncəni yavaşladacaq çərçivəyə bağlı olmayacaqları xüsusi bir şöbə təşkil edin. Məsələn, belə bir şöbə sadiq müştərilərin rəyləri əsasında təklifləri yaxşılaşdırmaq üçün həmin müştərilər haqqında fərziyyələri sınaqdan keçirə bilər.

 

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020

“Kasperskykorporativ kiber təhlükəsizlik üçün yeni - mərhələli yanaşmaq tətbiq edir”

02-04-2021

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022

Korporativ poçtlara edilən hücumların sayı açıqlanıb

27-08-2021

Cinayətkarlar Coker, 1917, İrlandiyalı filmlərini zərərli proqramlarda istifadə edirlər

13-02-2020

Kaspersky üç istiqamət üzrə startap axtarışındadır

29-05-2021

Kriptovalyuta hansı riskləri özü ilə gətirir?-ARAŞDIRMA

30-01-2023

Kasperski Lab top 100-lüyə daxil olub

29-09-2009

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020

Hər beşinci müəssisədə sənaye kibertəhlükəsizliyi sahəsində mütəxəssis çatışmır

09-06-2022

Kaspersky: Zərərli bank proqramları dünyadakı istifadəçilərə hücum edir

16-07-2020

Kaspersky: Hər iki nəfərdən biri insanların implant və ya çipdən istifadəsinə normal baxır

23-03-2021

“PipeMagic” ilə edilən kiberhücumların coğrafiyası genişlənib

16-10-2024

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020

Kaspersky: Azərbaycanda dələduzların qurbanı daha çox kişilər olur

18-06-2022

Kaspersky: Azərbaycanda təcavüzkarların ən aktiv dövrü bazar ertəsindən cümə axşamına kimidir

08-04-2022

Menecerlər və İT mtəxəssislər arasında anlaşmazlıq nəyə səbəb olur?

19-01-2023

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022

Kaspersky Gartner Peer InsightsTM reytinqində ən yüksək qiymətə layiq görülüb

22-02-2022

Kaspersky Lab fişinq hücumların artması barədə xəbərdarlıq edir

03-10-2019

Kaspersky: Danışığınız qeydə alına bilər

18-04-2022

Kaspersky valideyn nəzarəti məhsullarını sınaqdan keçirib

03-07-2020





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə