Previous Next
Bağla

Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

14-12-2020 13:34
Kaspersky evdən işləməyin niyə rahat olduğunu müəyyən edib

Kaspersky kiçik şirkətlərin məsafədən işləyən işçiləri arasında bir sorğu keçirib və "home-office" şəraitinin onlar üçün niyə rahat olduğunu müəyyən edib. Məsələn, respondentlər iş gününün başlamasından bir neçə dəqiqə əvvəl oyanmağı, təmiz havada işləməyi və hətta paltarsız işləməyi sevirlər.

Kiçik və orta şirkətlərdə də daxil olmaqla, qarşılıqlı əlaqənin məsafəli formatına keçid texniki çətinliklər və təhlükə mənzərəsindəki dəyişikliklərlə müşayiət olundu: kölgə İT-nin artımı, uzaqdan giriş protokolu (RDP) vasitəsilə hücumlar və s. Dünya İqtisadi Forumunun məlumatına görə, bir-birindən məsafədə olmaq nəticəsində, insanlar bəzi psixoloji problemlərlə, o cümlədən iş və şəxsi həyat arasında yaranmış disbalansla qarşılaşıblar. Buna baxmayaraq, bir çoxları bu yeni təcrübədə gələcəkdə də qoruyub saxlamaq istədikləri müsbət məqamlar tapıblar.

Kaspersky-nin məlumatına görə, evdən işləyən işçilərin 48% -i rahat paltar geyinməyə üstünlük verir və 11% -i ümumiyyətlə paltarsız işləyir. Üçdə birindən çoxu (36%) ofisə getmək qayğısı ilə vidalaşdıqlarına, iş gününün başlamasından bir neçə dəqiqə əvvəl oyana bildiklərinə və fasilələr zamanı uzanıb dincələ bildiklərinə görə sevinirlər. Respondentlərin 27%-i eyvanda və ya təmiz havada işləmək fürsətini qiymətləndirir, 16% -i isə yeməkxanadan kənarda nahar etməyi sevir.

Bundan əlavə, işdən uzaqlaşmaq işçilərə daha çox istirahət və əyləncə imkanı tanıyıb: onlayn kinoteatrlarda daha çox film izləməyə (23%) və daha çox video oyun oynamağa başlayıblar (18%). Respondentlərin 8% -i isə uzaqdan işləməyin üstünlüyünü daha az duş almağa görə dəyərləndirir.

“Uzaqdan işləmək bacarığı özü ilə həm mənfi, həm də mənfi tərəflərini gətirib. İnsanlar uşaqları ilə daha çox ünsiyyət qurmağa və pul qazanmağa başlayıblar, lakin məhsuldarlığı itirməmək üçün iş proseslərini yenidən təşkil etməli olublar. Təəssüf ki, bu il, işçilərin evdə nə qədər texniki səhvə yol verə biləcəyini gördük və bu səbəbdən həm fərdi, həm də korporativ məlumatlar risk altındadır. Cihazlarınızın təhlükəsizliyi və öz məxfiliyinizə diqqət yetirməyinizi və etibarlı təhlükəsizlik həllərindən istifadə etməyinizi tövsiyə edirik. Uzaqdan işləyərkən bütün bu tövsiyələr xüsusilə aktual olur,” deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib.

Məsafədən işləyən işçiləri qorumaq üçün, Kaspersky tövsiyə edir:

1. mobil cihazlar da daxil olmaqla, bütün iş cihazlarına Kaspersky Endpoint Security Cloud kimi etibarlı təhlükəsizlik proqramı quraşdırın;

2. insanları rəqəmsal savadlılığını artırmaq üçün ilhamlandırın və yeni biliklər əldə etməyə sövq edin. Kaspersky Automated Security Awareness Platform bu işdə sizə kömək edə bilər;

3. şəxsi məlumatların qorunmayan rabitə kanalları vasitəsilə ötürülməsinin və üçüncü şəxslər üçün hesablara açıq girişin verilməsinin qətiyyətlə tövsiyə olunmadığını işçilərə xatırladın;

4. işçilərə evdəki Wi-Fi qorunmasını necə gücləndirə biləcəklərini söyləyin. Əksər ruterlərdə standart istifadəçi adı və şifrə olduğu üçün, təcavüzkarlar onları asanlıqla təxmin edə bilərlər. Yeni bir parol təyin etməyi və routerin proqram təminatını yeniləməyi məsləhət görürük.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

Kaspersky distant iş rejiminin əməkdaşlara təsirini araşdırıb

03-11-2021
Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

Kaspersky: Dünyadakı işçilərin əksəriyyəti təhlükəsiz işləmək barədə tövsiyə almayıb

05-06-2020
Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

Kaspersky: İşçilərinin əksəriyyəti ənənəvi iş modelinə qayıtmağa hazır deyil

18-11-2020
Kaspersky pandemiya ilə bağlı araşdırma edib

Kaspersky pandemiya ilə bağlı araşdırma edib

22-05-2020
Azərbaycanda kiber hücumların sayı artıb

Azərbaycanda kiber hücumların sayı artıb

16-12-2020
Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

Kaspersky: Əməkdaşlar öz kiber təhlükəsizlik biliklərini yüksək qiymətləndirir

25-09-2020
Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

Kaspersky: Video oyun həvəskarlarına qarşı hücumlar artıb

18-06-2020
İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

İnsanlar öz yaxınları ilə internetdə ünsiyyət qurmağa üstünlük verir

30-07-2020
Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

Kaspersky: yeni texnologiyaların tətbiqi və maaş artımı sahibkarlar üçün prioritetdir

04-10-2021
Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

Kaspersky kiçik və orta biznesin hansı kibertəhlükə problemləri ilə üzləşdiyini araşdırıb

21-10-2021
Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

Kriptoqraf troyanlar Azərbaycan istifadəçilərini də hədəfə alıb

23-09-2021
Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

Kaspersky: insanların yalnız 42 faizi peyvənd olunan və ya antitellərə malik şəxslərlə görüşməyə hazırdır

07-07-2021
Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

Kaspersky: 2020-cu ildə istifadəçilər daha çox lokal təhlükələrlə qarşılaşıblar

11-03-2020
Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

Bank troyanlarının Azərbaycan istifadəçilərinə hücumları artıb

26-02-2021
Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

Kaspersky: Trickbot bank troyanı getdikcə daha da güclənir

25-10-2021
Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

Kaspersky tanınmış oyunlarda zərərli proqram aşkarlayıb

28-09-2021
Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

Kaspersky: Fişinq səhifələrinin ömrü 24 saatdan çox deyil

05-01-2022
Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

Kaspersky: İşçilərinin şəxsi məlumatlarının sızdığı şirkətlərin əksəriyyəti açıqlama verib

12-01-2022
Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

Kaspersky dövlət orqanlarına qarşı casusluq edən zərərli proqramı aşkarlayıb

07-07-2022
Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

Şimali Koreyadan olan kiberqrup dünya üzrə şirkətlərə hücum edir

12-08-2022
Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

Azərbaycanda internet istifadəçiləri lokal təhdidlərlə üzləşib

07-08-2020
Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

Kaspersky kriptoqraflarla mübarizə üçün yeni alət hazırlayıb

28-04-2022
Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

Kaspersky Netflix adı ilə cihazları yoluxduran cəhdlər aşkar edib

24-07-2020
Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

Hər gün 400 min yeni zərərli fayl aşkarlanır- Kaspersky

05-12-2022





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə