Kosmo-noutbuk “kosmik” qiymətlə

23-10-2008 / 19:23
Bu günlərdə Toshiba yapon şirkəti tərəfindən yeni Qosmio X305 noutbuku təqdim olunub. Noutbuk stolüstü kompüterlərlə rəqabət aparma gücünə malikdir. Qosmio X305 modelinin xarici görünüşü yerə yüksək sürətlə gələn meteoriti xatırladır. Texniki xüsusiyyətləri:
• 1680х1050 pikselli 17” TruBrite  ekran;
• Intel Core 2 Extreme QX9300 2,53 GHz prosessoru;
• 4 GB DDR3 PC3-8500operativ yaddaş;
• LabeFlash dəstəyi ilə DVD SuperMulti optik ötürücüsü;
• Qrafika: IGP NVIDIA GeForce 9400M və SLI massivinə birləşmiş iki diskret GeForce 9800M GTS 512 MB;
• Wi-Fi 802.11 b/g/n və Bluetooth 2.1 + EDR simsiz adapterləri;
• Harman Kardon stereosistemi;
• HDMI və DisplayPort portları;
• Veb-kamera.
Qeyd etdiyimiz kimi, Toshiba Qosmio X305 texniki təchizata görə tamamilə stolüstü kompüteri əvəz edə bilər. Lakin bu əvəzetmə ucuz başa gəlməyəcək: yeni model artıq ABŞ-da 4200 dollara satılır.

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə