“Mobil texnologiyalar daha əlçatan olmalıdır”

04-04-2015 / 11:55

Dünən beynəlxalq mobil telefon günü idi.

"Multimedia" İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti  Osman Gündüz   mobil texnologiya barədə maraqlı fikirlərini bölüşüb.

O, bildirib ki, mobil texnologiya sahəsində bəzi narahatedici nüanslar da müşahidə olunur: “Azərbaycanda mobil texnologiyalar, mobil infrostruktur yetərincə inkişaf edib. 3 mobil operator var ki, eyni zamanda mobil provayder rolunu da oynayırlar. Mobil infrostruktur oturşmuş bur strukturdur. Əhali də bu qurumların xidmətlərindən yetərincə istifadə edirlər.

Amma müsbət proseslərlə yanaşı bəzi narahatedici nüanslar da müşahidə olunur. Bu sahələrlə bağlı yeni texnologiyaların meydana çıxarılmasına ehtiyac var. Mobil internetlə bağlı keyfiyyət qanedici hesab oluna bilməz. Həm keyfiyyət, həm mobil tariflərlə bağlı ciddi islahatlara ehtiyac var. Bu dəyişikliklər mobil texnologiyaları daha əlçatan etməlidir. 

Mobil operatorlar arası danışıq qiymətləri aşağı endirilməlidir. Mobil operator müştərilərinin bir-biriləri ilə danışıqlarında kifayət qədər böyük məbləğlər nəzərdə tutulur.

Müşahidə olunan ciddi problemlərdən biri də rouminq xidməti ilə bağlıdır. Ölkə əhalisi xarici ölkələrə getdikdə də mobil telefonların xidmətindən rahat şəkildə istifadə etməlidir. Çünki insanlar mobil rabitə vasitəsi ilə bir çox məsələləri rahat həll edə bilərlər. Amma bizim əhali xaricə gedən kimi rouminq sistemini söndürür. Çünki bu xidmətə pul çatdırmaq mümkün deyil. Rouminq xidməti Avropa İttifaqında da müzakirə olunur. Bu məsələlər Avropada da əvvəllər ciddi problem olub. Amma indi Avropa ölkələrinin əksəriyyətində rouminq sistemi tətbiq olunmur. Bu onu göstərir ki, bu xidmətlə bağlı problemi həll etmək mümkündür”. (Deyerler.org)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə