“Media haqqında” qanunun tətbiqi ilə bağlı görüş keçirilib

13-04-2022 / 23:17

13 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Audiovizual Şurasının inzibati binasında Azərbaycanda fəaliyyət göstərən yayım operatorlarının (kabel və İPTV) bir qisminin rəhbər və səlahiyyətli şəxsləri ilə görüş keçirilib.

Xeberler.az məlumat verir ki, görüşdə “Media haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi və ondan irəli gələn məsələlər, yayım operatorlarının yeni hüquqi rejimdə fəaliyyətinin xüsusiyyətləri, mövcud lisenziyaların yeni lisenziyalarla əvəz olunması, xarici kanalların retranslyasiyası zamanı müəllif hüquqlarının qorunması və pirat kontentlə mübarizə kimi məsələlər, ümumən, audiovizual mediada olan yeniliklər, audiovizual yayımın tənzimlənməsində tənzimləmə, özünütənzimləmə və birgə tənzimləmə metodlarından istifadə ətrafında geniş müzakirələr aparılıb.

Həmçinin qeyd olunan yeniliklərlə bağlı operatorlarla daimi kommunikasiyanın saxlanılması, canlı və ya onlayn platformada mütəmadi görüşlərin keçirilməsi planlaşdırılır.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə