AMEA-nın Mərkəzi Elmi Kitabxanası (MEK) dünyanın nüfuzlu elmi nəşriyyatlarından biri olan “Elsevier”in beynəlxalq elektron bazasına abunəliyi həyata keçirir.
Xeberler.az bildirir ki, bu məqsədlə MEK-in direktoru, texnika elmləri doktoru Hüseyn Hüseynov, direktor müavinləri və aidiyyəti şöbələrin rəhbərləri ilə “Elsevier”in Türkiyə və Orta Asiya üzrə satış meneceri Ayhan Saraçoğlu və nəşriyyatın təchizatçılarından biri olan “Informascope” şirkətinin Türkiyədə elektron bazalar üzrə satış müdiri Ümid Yonter arasında onlayn görüş keçirilib.
Ötən ay MEK-də adıçəkilən şirkətin nümayəndəsi ilə keçirilmiş görüşün davamı olan bu tədbir, “Elsevier”in ScienceDirect platforması üzərindən təqdim etdiyi abunəlik paketləri ilə tanışlıq məqsədi daşıyıb.
A. Saraçoğlu çıxışında “Elsevier eBooks” platforması barədə ətraflı məlumat verərək MEK üçün xüsusi olaraq hazırlanmış “All Access eBooks” paketinin üstünlüklərini və şərtlərini təqdim edib. Bildirilib ki, istifadəçilər kitabxana binasında 46.000-dən çox elektron kitaba, o cümlədən ensiklopediyalar, monoqraflar, dərsliklər və istinad mənbələrinə eyni vaxtda, limitsiz sayda istifadəçi ilə PDF və HTML formatlarında daxil ola biləcəklər.
Təklifin əsas üstünlüklərindən biri də odur ki, istifadəçilər MEK-in daxili internet şəbəkəsi vasitəsilə sistemə rahat şəkildə qoşularaq istədikləri qədər kitabdan eyni anda yararlana biləcəklər. Abunəlik 12 ay müddətində qüvvədə olacaq və bu dövr ərzində istifadəçilərə həm təlim, həm də texniki dəstək təqdim ediləcək.
MEK-in direktoru H.Hüseynov iki qurum arasında start alan səmərəli əməkdaşlığa görə qarşı tərəfə təşəkkürünü bildirib, təqdim olunan elektron nəşrlərdən oxucuların yararlanacağından əminliyini ifadə edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları