“Məktəblərdə İKT üzrə müavin ştatı vacibdir”

04-02-2016 / 19:59

Məktəblərin müasir İKT ilə təminatı, dərslərdə texnologiyadan geniş istifadə olunması uşaqların informasiyanı daha çevik, əlverişli şəkildə əldə etməsini təmin edir. Bununla da müstəqil öyrənmə prosesini onlar üçün əlçatan edir, vərdişlər formalaşdırır”.

Xeberler.az məlumat verir ki, bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Məhəbbət Vəliyeva Report-a müsahibəsində deyib.

O qeyd edib ki, müəllimlər də İKT-dən istifadə etməklə dərslərin daha maraqlı, yaradıcı təşkil edilməsinə nail olur, bu da, öz növbəsində fənni uşaqlara sevdirir:

Məhəbbət Vəliyeva qeyd edib ki, müəllimlərin İKT savadlılığının daim yenilənməsinə, elektron tədris resurslarının ekspertizasına, İKT-dən istifadə zamanı sanitar-gigiyenik normaların gözlənilməsinə, texnikadan istifadə qaydalarına riayət olunmasına və s. nəzarət edən və bu prosesi davamlı idarə edən mütəxəssis ştatına təbii zərurət yaranıb:

“Hazırda məktəblərin İKT avadanlıqlarının qorunub saxlanmasına maddiməsul şəxs təsərrüfat müdiridir. Məzmunla bağlı məsuliyyət isə hər bir müəllimin öz üzərindədir. Yaxşı olardı ki, yaxın zamanda məktəblərdə direktorun İKT profili üzrə müavini ştatı müəyyənləşdirilsin”.

Qeyd edək ki, məktəblərdə İKT üzrə direktor müavinlərinin vacibliyi  ilə bağlı məsələni bir neçə dəfə gündəmə gətirmişik.  Espertlər də bunun vacibliyini vurğulayır. 

 

 Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə