ABŞ-ın “Microsoft” şirkətinin 300-dən çox əməkdaşı iş yerlərinin ixtisarı ilə bağlı bildiriş alıb.
Xeberler.az bildirir ki, bu barədə “Bloomberg” məlumat verib. Bildirilib ki, bu, şirkətin may ayında elan etdiyi 6 min ixtisara əlavədir.
“Biz şirkətin dinamik inkişaf edən bazarda uğur qazanması üçün lazım olan təşkilati dəyişiklikləri həyata keçiririk”, - deyə texnoloji qurumun nümayəndəsi agentliyə şərhində deyib.
Şirkətin baş direktoru Satya Nadellanın sözlərinə görə, büdcədəki vaxtaşırı ixtisarlar və istiqamətin dəyişdirilməsi texnologiya bazarındakı vəziyyətdən asılıdır. Hazırda süni intellektin gücləndirilməsi üçün lazım olan məlumat mərkəzlərinin elektrik enerjisi ilə təminatına böyük vəsait tələb olunur. Süni intellekt ixtisar olunan əməkdaşların işini yerinə yetirməyə imkan verir.
2024-cü ildə şirkətdə təxminən 228 min işçisi çalışıb ki, onların da təxminən 55 faizi ABŞ-ın payına düşüb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları