“Microsoft-un Azərbaycanda laborotoriya yaratması bizim üçün çox faydalı olacaq”

05-11-2018 / 10:35

“Microoft” Azərbaycanda “Əşyaların interneti” adlı laboratoriya yaradacaq. Bu laboratoriyanın yaradılmasının Azərbaycan üçün faydalı olacağını deyən İKT üzrə tanınmış mütəxəssis Osman Gündüz hesab edir ki, bundan həm dövlət qurumları, həm də vətəndaşlar yararlana biləcək.

Xeberler.az  bildirirki, ekspert bu barədə daha ətraflı Bakı-Xeber-ə danışıb.

“Düşünürəm ki, Azərbaycanda “Microsoft”un laboratoriyasının yaradılması faydalı bir addım olacaq. Hazırda dünyada aparıcı xətlərdən, trendlərdən biri “Əşyaların interneti”dir. Yəni bu, rəqəmsallaşma məsələsində mühüm əhəmiyyət kəsb edən məsələlərdən biridir. Cəmiyyətin bütün sferalarının rəqəmsal mühitə inteqrasiyası mühüm əhəmiyyət kəsb edir. Bir sözlə, bu, ətrafımızda nə varsa, hamısının rəqəmsallaşması və insanlara fayda verməsi baxımından önəmlidir. Son dövrlərdə bizdə müxtəlif sahələrdə yeni gələn  informasiya texnologiyaları ilə əlaqədar avadanlıqların tətbiqi məsələləri artıq genişlənməkdədir. Bu baxımdan, müəyyən araşdırma işlərinin aparılması, hansısa təlimlərin keçirilməsi, insanların bununla bağlı öyrədilməsi, bilik və bacarıqlarını artırması böyük əhəmiyyətə malikdir”-deyə bildirən O.Gündüzün sözlərinə görə, bunun üçün də müasir tipli laboratoriyalar, avadanlıqlar tələb olunur. O.Gündüz deyir ki, bütün məsələləri araşdırmaq, sınaqdan keçirmək üçün bu tip laboratoriyalara, təlimlərin keçirilməsinə ciddi ehtiyac var. “Hesab edirəm ki, bu nöqteyi-nəzərdən “Microsoft” şirkəti belə bir addım atırsa, bu təqdirəlayiqdir. Düşünürəm ki, “Microsoft”un Azərbaycanda laboratoriyasının yaradılması bizim üçün çox faydalı olacaq”-deyə O.Gündüz vurğulayıb.

Qeyd edək ki, artıq Azərbaycanda “Microsoft”un laboratoriyasının yaradılması ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin İnformasiya Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi MMC ilə “Microsoft Azərbaycan” MMC arasında anlaşma memorandumu imzalanıb.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə