Məlumat verdiyimiz kimi,ünyanın nəhəngi, uzun illər Azərbaycanda İT mühitə güvənlik və güc verən Microsoft şirkətinin ölkəmizdəki nümayəndəliyi bağlanmaq üzrədir.
“Görünür ki, Microsoft bu əməkdaşlara digər ölkələrdəki ofislərdə iş də təklif etməyiblər. Bu vəziyyət Azərbaycan hökuməti, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (RİNN) üçün aydın səmada göy gurultusu təsiri bağışlamalıdır”.
Bunu Xeberler.az-a şirkətin ölkəmizdəki fəaliyyətini dayandırmasını şərh edən Azərbaycan İnternet Forumunun prezidenti, ekspert Osman Gündüz deyib.
“Microsoft-un Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır”
Ekspert qlobal şirkətin Azərbaycandan getməsini sadəcə ağlasığmaz adlandırıb:
“Bir neçə il öncə HP-nin ölkəmizdəki nümayəndəliyinin bağlanmasını xatırladaraq Microsoft-un Azərbaycandan gedişini gözləmədiyini deyib. Bu şirkət təkcə 11 hərfli sözdən ibarət bir qurum deyil, qlobal dünyanın İT mühitinə təsir edən və onu yönləndirən, dünyada innovasiyaları inkişaf etdirən, necə deyərlər dünyanın düzəninə təsir edən bir qlobal infrastrukturdur. Onun Azərbaycandan çəkilməsi sadəcə ağlasığmazdır”.
Onun sözlərinə görə, son illərdə Microsoft daha çox regional idarəetməyə üstünlük verirdi, lokal ofislərdə əyləşənlər də regional məsələlərə cavabdehlik daşıyırdı:
“Xatırladıram ki, Microsoft Rusiya və Belarusda da fəaliyyətini dayandırıb. Microsoft-un Rusiya ofisinin 500 dən çox işçisi bir anda çölə atılıb”.
İndi necə olacaq? Microsoft-un Azərbaycanla bağlı layihələrini, öhdəliklərini kim icra edəcək? Necə deyərlər, Windows, Ofis proqramları, Ofice365, Azure, digər lisenziyalı MS həllər və proqramlardan istifadə və yenilənmə, hökumət qurumları ilə olan müqavilələr, milyonlarla müştərisi olan MS Teams olacaq ? Bütün bunlar necə dəstəklənəcək, kordinasiya necə olacaq?
Ekspert bildirib ki, Azərbaycanda qeyd edilən işlər Microsoft-un müxtəlif ölkələrindəki ofislərindən idarə olunacaq.
“Məsələn, nə qədər qəribə və ağlasığmaz səslənsə də Azərbaycanın təhsil sektorundakı Microsoft həlləri (məsələn MS Teams və s) Gürcüstan ofisindəki hansısa X tərəfindən idarə olunacaq. Azərbaycanın dövlət qurumlarında Microsoft həlləri ilə bağlı məsələlərə bu şirkətin, məsələn İrlandiya ofisindəki hansısa X cavabdeh olacaq”,- deyə ekspert vurğulayıb.
Osman Gündüz onu da deyib ki, regional məsələlərlə məğul olsalar da, Microsoft-un Gürcüstan və Ermənistan ofisləri fəaliyyətlərini əvvəlki qaydada davam etdirirlər.
Kimdir baş verənlər üçün günahkar?
Ekspert hesab edir ki, Azərbaycan nümayəndəliyinin fəaliyyətinin dayandırılması yalnız Microsoft-un qlobal siyasəti ilə bağlıdır, amma bu, belə deyil:
“Fikrimcə bu səviyyəyə gəlib çıxmasına yol verməmək olardı. Zamanında gərəkən addımlar atılmalıydı. Xatırlayıram ki, Prezident İlham Əliyev də Davosda Microsoft rəhbərləri ilə görüşüb gələcək iş birliyindən danışmışdı. Amma biz sonralar aidiyyatı qurumlar tərəfindən bu iş birliyinin davam etdirilməsini görmədik. Görünən odur ki, məsul şəxslər bu qlobal qurumla oturuşmuş iş birliyi qura bilməyiblər, böyük İT layihələr ortaya çıxmadı. Bu qlobal şirkət Azərbaycanın nəhəng infrastruktur layihələrinə cəlb olunmadı. Qarabağda aparılan yenidənqurma işlərinə cəlb olunmadı”.
Osman Gündüz qeyd edib ki, Microsoft həllərindən böyük yaşıl enerji layihələrində istifadə olinmadı. Ekspertə görə, Microsoft-a təklif oluna bilərdi ki, gəlib, iqlimi də uyğun olan Kəlbəcərdə nəhəng bir Data Mərkəz qursun:
“Düşünürəm ki, bəlkə də gec deyil. Ali hakimiyyət səviyyəsində bu məsələyə ciddi reaksiya vermək lazımdır. Azərbaycanda gedən nəhəng infrastruktur işləri ilə Microsoft-u maraqlandırmaq və bəlkə də yenidən ölkəyə qaytarmaq olardı”.
O, baş verənlərin bütövlükdə ölkənin innovasiya mühiti üçün, İT biznes üçün, bütövlükdə İKT mühiti üçün vacib məqam olduğunu vurğulayıb:
“Burada söhbət hansısa bir Windows-a lisenziya almaqdan getmir, söhbət Microsoft kimi nəhəngi ölkəmizə bağlayacaq tellərin olmamasından gedir. Ümid edirəm RİNN, ETN, XRİTDX, Prezident Administrasiyasının şöbələri də baş verənlərin fərqindədir. Şəxsən mən gözləyərdim ki, bu məsələyə Prezident səviyyəsində reaksiya veriləcək, baş verənlərə məsul olan şəxslərdən hesabat tələb olunacaq”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri