“Milli Net 2014”ün münsifləri bilindi

17-10-2014 / 15:48

Milli Internet Mükafatı - Milli Net 2014 yarışmasında milli internet resursların qiymətləndirilməsini həyata keçirəcək münsiflər heyətinin tərkibi artıq formalaşıb.

Xeberler.az saytının məlumatına görə, saytların qiymətləndirilməsini 3 istiqamət ( kontent, dizayn və funksionallıq) üzrə 15 nəfərlik münsiflər heyəti aparacaq. Yekun bal bu 3 istiqamət üzrə toplanan balların cəmi əsasında müəyyən olunacaq.

Münsiflərin hər bir sayt üzrə verdiyi qiymət qısa şərhlərlə əsaslandırılır.
Nəticə elan olunandan sonra “Nominant” statusu qazananlar və qalib saytlar verilən qiymət, əsaslandırma şərhləri ilə tanış ola biləcəklər.

Müsabiqənin qaydaları və seçim meyarları millinet.az saytında yerləşdirilib. 2 mərhələli qiymətləndrimə prosesi noyabrın sonunda başlanacaq.

Azərbaycan İnternet Forumunun təsdiq etdiyi münsiflər heyətinin yekun tərkibi ilə burada tanış olmaq olar:  http://millinet.az/?sec=mdata&mid=6
 
 

ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə