Bloqosfer 2010-un nümayəndəsi Azər Nəzərov: «Bloqosfer-2010 forumu məqsədinə çatdı»

17-09-2010 / 06:27

Bloqosfer 2010-müzakirə mövzuları haqqında...

və ya qara piyar üzərindən piyar ???

Yəqin  ki, hər kəs pişik və ət məsəlini eşidib. Ümumiyyətlə bu məsəlin qarşılığı ilə real həyatda rastlaşanlar da az deyil. Hər nə isə belə görürəm ki, pişiklərdən danışmaq məcburiyyətində qalıram, yoxsa sonuncular özlərini aslan kimi hiss etməyə başlayacaqlar.

Bloqosfer 2010-Bloqçuların və yeni media mütəxəssislərinin I forumu  baş tutdu. Bütün çətinlik və problemlərə baxmayaraq, hər halda İlqar Mirzə, Mən və Nuran Bilalovun yuxusuz gecələrinin hesabına öhdəsindən gəlindi. Hamımızın halal xoşu.

Gələk başlayacağı vaxta qədər tərsliklər içərisində üzən forumun gedişatına.  Bu forum ənənəvi forumlardan fərqli idi. Hansı ki, nə biz nə də iştirakçılar dəqiqliklə bilmirdik ki, hansı mövzular bir başa olaraq forum zamanı müzakirə olunacaq. Çünki biz bu forumu fərqli etmək istəyirdik. Elə fərqli ki, bu forumun ağası da, nökəri də elə iştirakçıların özləri idi.

Forumun iş gününü açıq elan edən İlgar Mirzə məqsədimizi qeyd edərək, bildirdi ki, biz siyasətdən və seçkidən danışmırıq. Biz Azərbaycanda bloqçuluğun inkişafından danışırıq. Bir başa olaraq isə Emin və Adnandan danışmayaq deyilməmişdi. (bu məsələyə aşağıda qayıdacam)

Həmkarımdan sonra elə  mən Bloqosferdə iştirak etmək üçün müraciət etmiş şəxslərin ərizə formasında göstərdikləri Bloqosferdə iştirakda məqsədiniz? və Azərbaycan Bloqosferində hansı problemləri görürsünüz? bəndinə əsasən təqdimat etdim. Həmin təqdimat iştirakçıkalara mövzu seçimində kömək olmalı idi. Elə oldu da.  Bura Bloqçuların hüquqları, Bloqçu Junralistdirmi və s. tipli başlıqlar daxil idi. Amma  bir haşiyə çıxaraq qeyd etmək istəyirəm ki, heç bir müraciət sahibi Emin və Adnan problemini bu bəndlərdə qeyd etməmişdi.  Baxmayaraq ki, indi bir neçə nəfər məhz bu məsələni qaldımaqdan ötrü  forumda iştirak üçün müraciət etdiklərini, elə bu səbəbdəndə seçilmədiklərini bildirir və aramızdakı münasibətlərə baxmayaraq nə isə bizimlə dəqiqləşdimək əvəzinə bizi söyürlər.

Başlayaq Rövşən Nəsirlidən (Xədicə İsmayıldan başlamaq istəyərdim, ancaq onun yeri xüsusidir). Cavan oğlan seçilmədiyinə görə bizi söyür və  güman edir ki, biz onu Emin və Adnan məsələsini qaldıracağına görə seçməmişik. Ancaq forumda iştirakda məqsədiniz sualına gözünə döndüyümüz  “Evimdə adsl bağlantısının olmasına baxmayaraq internetdən o qədərdə səmərəli istifadə eliyə bilmirəm. Bunun üçün həmişə internet bağlı olan tədbirlərdə aktiv şəkildə iştirak etmək istəmişəm” cavabını verir. (qeyd. Axar.az saytından fərqli olaraq biz sitatı olduğu kimi çatdırmışıq) Bəlkə mən kor olmuşam, ancaq, ay əziz oxucular, siz burada Emin və Adnan, söz azadlığı və s kimi ifadələr görürsünüzmü? Əgər görə bilmirsizsə  o zaman mən Rövşən haqqında ümumiyyətlə danışmaq istəmirəm.

Keçək Həbib Müntəzirə-ümumiyyətlə, Həbib barədə Əli Novruzov çox yaxşı qeyd edib. Sitat: “Sözün düzü, Həbib Müntəzir çox zaman sözün düzünü deyir, amma etiraf edək ki, bu dəfəki yazısında möhkəm yanılmışdı. Elə odun üstünə benzin tökən də elə bu yazı oldu. Ən azından Həbib yazını post etməmişdən qabaq Bloqosfer 2010 iştirakçılarından kimdənsə soruşsa idi ki, məsələ nə yerdədir, bəlkə də bütün bu çirkin mübahisələr baş verməzdi. Yəni bütün bu yalnışlıqlarda, səhv interpretasiyalarda Həbibin də böyük rolu var.” Hə, Əzizim Həbib, sadəcə tələsməmək lazım idi və ya şəxsən mənə suallarını yazsa idin sənə lazımı cavabları verərdim. Daha aydın araşdırma olardı. Daha doğrusu araşdırma olardı. Cızmaqara yox! Qaldı sənin partret məsələnə, iştirakçılar buna aydınlıq gətiriblər, cavablandırmağa ehtiyac duymuram. Bloqçu olmaq müxalifətçi olmaq demək deyil, deyərək kifayətlənirəm.

Taleh Şahsuvarlı isə sözün yüngül mənasında deyəsən elə öz ampulasında axır. Taleh bəy bildirir ki, onun Emin və Adnan məsələsini müzakirə üçün təklif edəcəyindən seçməmişik. Ya Taleh bəy bizi avam hesab edir, ya da özünü çox ağıllı.  ... anlaya bilmirəm.

Ancaq bu şəkil sizə hər şeyi deyəcək. Biz Talehə forumda seçilmədən iştirak üçün haqq vermişik. Maliyyə durumumuzun məhdud olduğu üçün ona şərait yaratmışıq ki, bir başa gəlişini təsdiq etsin və öz hesabına gəlsin. (Məhz elə ikinci haşiyəni çıxaraq Emin Hüseynzadəyə təşəkkür etmək istəyirəm ki, bizim ona ünvanlanmış bu tipli cavabımızı düzgün qiymətləndirib və forumda iştirak edib.) Əgər bu məsələ belə çox onun üçün önəmli idisə niyə öz hesabına gəlmədi? Axı biz ona bu məktubu ünvanlamış və onun iştirakının arzu olunan olduğunu demişdik. 50 manat söhbəti elədi? Yazardıkı pulum yoxdur cibinə pul salardıq. Amma dünəndən başlayaraq yazdığı yazılardan sonra ümumiyyətlə onun gəlmədiyi üçün şükür edirəm. Bu adamın jurnalistikadan xəbəri varsa onda onda gərək dünya dağılsın.  http://axar.az/index.php?option=com_content&view=article&id=1506&catid=6&Itemid=13   Bu yazının jurnalistikanın hansı meyarlarına uyğun olduğunu anlamaq üçün çox əziyyət çəkdim, bir neçə ekspertə göstərdim. Hətta Xədicə xanımdan da soruşdum ki, yazıya jurnalistik yazı olaraq neçə qiymət verirsən? Yazıq yazının talehi qara oldu. ALLAH adamın üzünü qara eleməsin.   Bu da Taleh bəyin forumda iştirakda məqsədiniz sualına cavabı: “Yeni media mütəxəssisləri və istifadəçiləri ilə fikir mübadiləsi aparmaq” yəqin Emin və Adnan sözləri bu cümlələrin  arasında Davinçi kodlarına əsasən  kodlaşdırılıb, biz də Davinçi kodlarını bilimirik. Talehimiz bizi bağışlasın.

İlgar Mirzə və digərlərinin fikirlərini təhrif edib saytınızda yerləşdirməniz sizin necə Jurnalist olduğunuzu deyir, ay Taleh. Deyəsən şou biznes xəbərlərinə maraq göstərirsiz. Ya müsahiblərinin səs yazılarını sayta yerləşdir və haqlı olduğunu sübut elə. Ya da  üzr istə. Səhvə görə üzr istəmək də cəsarət tələb edir. Sizin cəsarətiniz isə bu yazıdan sonra mənimlə bağlı qaralama yazmaq olacaq.

Indi isə əsərin qəhrəmanı Xədicə xanım. Öncə bildirmək istəyirəm ki, bugun Xədicə xanıma zəng vuraraq 48 dəqiqə fikir mübadiləsi etmişəm. Daha doğrusu etməyə çalışmışam.

Niyə Xədicə xanım orada idi? O, forum zamanı mənə zəng vuraraq xahiş etdi ki, təqdimatla çıxış etsin.O, indi mənə mövzu barədə danışdığını deyir. Bunu xatırlamıram.  Hər halda mən ondan təqdimatın mövzusu barədə soruşmadım. Bu ümumiyyətlə məna kəsb etmir. Bizi sayaraq zəng vurmasını əsas tutaraq, razılıq verdik. O, bizə deməmiş də gələ bilərdi. Axı jurnalistdir. Elə bizim kimi.

 Təqdimatlara qədər dostunun toyu olduğu üçün qala bilməyəcəyini deyərək 5 dəqiqəlik vaxt istədi. Tədbirin proqramını pozaraq vaxtı və mikrafonu verdik. Bir daha iştirakçılardan buna görə üzr istəyirik. Beş dəqiqəni yeddi dəqiqə ilə əvəz etdi. Sonrada

Facebookda yazdığı  status və sualları iştirakçılardan  həmin an soruşmaq, həmin vaxt Emin və Adnan haqqında aydın danışmaq şansını Azadlıq radiosu və jurnalistikadan danışmaq kimi istifadə elədi. Təqdimatı bitdi və getdi. Getdiyi zaman isə mənə xatırlatdı ki, burda Emin və Adnan məsələsinin ötən gün ərzində müzakirə olunmadığından gəlməmişdən xəbərdar idi. Tədbirdə iştirak edən və material hazırlayan əməkdaşları ona telefon vasitəsi ilə tam məlumat veriblər. Getdikdən sonra isə çağırılmasa da, gəlişi barədə xəbərdar olduğumuz qonağımız facebookda status yazdı: “Bloqosfer 2010-da 7 məsələ müzakirəyə çıxarılıb. . Heç biri bloqcuların həbsi deyil.  Hansı ki, yenə bu statusu qınamıram. Dostum  Əli Novruzovdan bir sitat gətirmək istəyirəm. Sitat 2 “Xədicə yazmışdı: “Bloqosfer 2010-da 7 məsələ müzakirəyə çıxarılıb. Heç biri bloqcuların həbsi deyil.” Bütün vay-şivən də məhz bundan sonra qopdu. Sözün düzü, bundan absurd bir şey görməmişdim. Xədicə sadəcə faktı konstatasiya etmişdi – kim deyə bilər ki, bloqosferdə bunun tam əksi olmuşdu? Məgər Bloqosferdə 7 məsələ müzakirə olunmamışdı?  Əgər burada qınaq var idisə də, sadəcə “təşəbbüs olunmayıb” deməklə keçib qurtarmaq olardı. Bütün bu sualın və bu tipli sualların və bundan yaranan sualların ancaq bir cavabı var – təşəbbüs olunmayıb. Qalan hər şey “bəlkə” silsiləsindəndir. Ona görə də bu məsələni bloqosferin bəzi iştirakçılarının süni şəkildə şişirdib anti-Emin və Adnan ritorikasına çevirməsi düzgün deyildi”

Xədicə xanımın da  digər insanlar kimi istədiklərini düşünmək və səsləndirmək hüququ mövcuddur. Kimin, nəyi necə yozduğu öz savadının təzahürüdür.  Mən Xədicəni çox gözəl anlayıram. O, Emin və Adnanın halına yanır və bizim bu dostlarımız üçün indiyə qədər göstərdiyimiz fəaliyyətin bu tədbirdə də olmasını arzulayır. (xatırladıram ki, Emin və Adnanın həbsindən öncə ideyaları, həbsindən sonra da azadlıqları üçün əlimizdən gələni etmişik və edirik.)

Xədicə xanım, anlamanızı istəyirəm ki, bu sifariş deyildi. Bu Azərbaycan bloqçularının və yeni media mütəxəssislərinin gələcək inkişafı proqramına dəstək olmaq üçün təşkil olunmuş forum idi. Hansı ki, qarşısına məqsəd qoymuşdu ki, Azərbaycanda  bloqçu anlayışının müxalifət qurumu olmadığını ictimaiyyətə, dövlət qurumları və biznes təşkilatlarına çatdırsın. Kifayətdir artıq ki, bloqçunu müxalifətçi kimi təqdim etdik. Kifayətdir artıq ki, bloqçu deyəndə mütləq siyasətçi olduğumuzu düşündülər. Bunlar inkişafa yox, dərin dibsiz quyuya aparır.  Adnanın və Eminin adlarını mövzu kimi salınmasa da birbaşa onlarla bağlı olacaq mövzular müzakirə olunurdu. Hansı ki, bloqçunun hüququları, bloqçu jurnalistdirmi. Amma inanın heç bu mövzular da gizli səs vermədən keçmədi.  Axı niyə anlamaqdan çəkinirsiniz ki, forumda müxtəlif fikirli insanlar iştirak edirdilər və onların heç də Emin və Adnan məsələsində fikirləri eyni deyil. Sizcə həmin mövzular təklif olunsaydı belə gizli səs vermədən qalib çıxmasaydı nə olardı? Ondan bizi saxtakarlıqda günahlandıracaqdınız ki, səs verməni saxta etmişik? Hər halda təşkilatçılar iştirakçılar arasında balansın saxlanması üçün əllərindən gələni etmişdilər. Şəxsən Ruslan Asad, Vüqar Salamlı, Əli Novruzov və s inansalara müraciət etmişdilər ki, forum da balans olsun. Axı biz təşkilatçılar forumda balans yaratmalı idik. Kiçicik qeyd etmək istəyirəm ki, məhz mövzunun təklif hissəsində yuxarıda adını çəkdiyim dostlarımızla yanaşı Aida Səmədbəyli (OL nümayəndəsi) də iştirak edirdilər. Bu yazdığım elə anlaşılmasın ki, mən onları qınayıram ki, onlar da Emin və Adnan məsələsini niyə müzakirə etməyiblər. Demək istəyirəm ki, əgər yuxarıda adı çəkilənlər tədbir zamanı bu mövzunu bir başa təklif etməyiblərsə deməli yuxarıdakı məsələləri düşünüblər. Onlar bizim gənclərin ziyalıları sayılır və əminəm ki, düşünərək hərəkət ediblər.

 Qaldı siyasət məsələsinə

  1. Tədbiri təşkil edənlər  texnoloji ictimai birliklərdi və   nizamnamələrində siyasi fəaliyyəti olmayan qurumlar kimi göstərlib.Bu səbəbdən siyasəti qadağa etməyə bir başa hüquqları var.

 2. Məhz Xədicə xanımın da yazdığına görə  Emin və Adnan məsələsi siyasət deyil. Yəni günahkar yoxdur. (Bir daha tekrar edirem - Emin ve Adnanin hebsi siyaset meselesi deyil - chunki onlar siyasetchi deyildiler ve siyasi iddia sahibi deyildiler. Eminle Adnanin hebsi ifade azadligi meselesidir.  Xədicə xanımdan stat. http://www.facebook.com/photo.php?pid=31534923&id=1132095667&ref=fbx_album)

 3.Tədbir iştirakçıları müxtəlif siyasi baxışlara sahib idilər ( Haşiyə:3 Müxalifət tədbiri deyildi, Bloqçuların və yeni media mütəxəssislərinin forumu idi)

 4. Emin və Adnan məsələsinin müzakirə olunmamasının siyasətə qoyduğumuz qadağadan yarandığına ehtimal vermirəm, elə Xədicə xanım kimi. Bir neçə iştirakçı ilə söhbətim deməyə əsas verir ki, tədbirin məqsədinin nə olduğunu müsbət mənada tam anladıqları üçün onlar da bu mövzunun təklif olunmasına ehtiyac görməyiblər.

 

Son söz əvəzi:

Əziz Xədicə, Bloqosfer 2010 təşkilatçıları heç biri öz vicdanlarını satmayıb və ya satışa çıxartmayıb. Əksinə şərəflərini ayaqlar altına atmışların o şərəfi necə yerdən götürəcəklərinə tamaşa edirlər. Birgə görərik İNŞALLAH. (son ifadə Xədicəyə yox,  yiyəsinədir-müəllifdən.)

 Biz, heç bir donordan Emin və Adnan məsələsini müzakirə etməyəcəyimizə görə şərt kəsib pul almamışıq. Yaxşı olardı ki, ilk əvvəl bu fikri ictimaiyyətə çatdırmamışdan bizimlə əlaqə saxlayardız. Siz ki, bizi rahat tapa bilirsiz. Əgər biz siz dediyiniz kimi, Emin və Adnan məsələsindən danışmayacağımızı söz verərək qrant almışıqsa, o zaman siz də Emin və Adnan məsələsini qabardaraq qrant almağa çalışırsınız kimi fikir yürütsəm necə olar? Gülməli olar hə? Təbii ki, gülməli olar. Amma bu gülüşə bəzi ağzı göyçəklər üçün əsaslandıra da bilərəm. Misal üçün: Emin və Adnan məsələsindən sonra Azadlıq radiosu reytinq qazandı (bu mövzular azadlıq radiosunda ən çox oxunandır), Xədicə özü Emin və Adnan məsələsindən sonra məşhurlaşdı və s.  Təbii bu müqayisələr hamısı sadəcə misal üçün deyirəm və sizi bunda ittiham etmirəm. Xahiş edirəm, heç kəs bunu sizə olan ittiham kimi qəbul etməsin. Hər halda nə demək istədiyimi anladınız. Heç kim donorlara Emin və Adnan haqqında danışamayacağı barədə deməyib. Son yazdıqlarınızı qara yaxma və papulizm kimi qəbul edirəm. Həyatımda birinci dəfədir ki, kiminsə yerinə utandım. O, da sizsiniz.

 Qeyd: Bu məsələdə bizi günahlandıranlar, gedin Adnan və Eminə tədbir haqqında danışın. Cavablarını eşidin. Əminəm ki, mənim tanıdığım Adnan sizi yerinizdə otuzduracaq. Az onların adından istifadə edin. Aranızda onlar üçün fəaliyyət göstərirəm deyib özünə fayda güdənlərin az olmadığını elə hamımız bilirik. Sizli bizli hamımız.

Son sözün sonu: Bütün bloqosfer 2010 iştirakçılarına təşəkkür edirəm ki, bir neçə qara PR üzərində özünə PR qurmağa çalışan şəxsə lazımı cavabı verirlər. Təşkilatçılar olmadan. Deməli forum məqsədinə çatıb. Biz Bloqçular və yeni media mütəxəssislərinə məqsədimizi bildirə bilmişik. Onsuzda əleyhinə danışanlar iştirakdan uzaq olanlardır. Əsas iştiakçılar hər şeyi gördü və fikirlərini bölüşdü. Əziyyətinizi halal edin. Siz olmasaydınız Bloqosfer 2010 olmayacaqdı. Yeni layihələrdə də birgə işləmək ümidi ilə.

 

Azər Nəzərov 

Bloqosfer nümayəndəsi


ŞƏRHLƏR





sorğu
Delta Telecom şirkətinin son istifadəçiyə birbaşa internet xidməti göstərməsi internet bazarında vəziyyəti necə dəyişə bilər ?
  • “Çəkidə aldatma” aradan qalxacaq və internetin keyfiyyəti yüksələcək.
  • İnternet bazarında sərbəst və azad rəqabət güclənəcək.
  • Qiymətlər enəcək və daha sürətli internetdən istifadə edənlərin sayı kəskin artacaq
  • İnternet bazarında rəqabət azalacaq.