Bakıda kibercinayətlə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başlayıb
Bu gün ATƏT-in Bakı Ofisinin təşkilatçılığı ilə kibercinayətlə mübarizəyə həsr olunmuş beynəlxalq konfrans başlayıb.
Gün.az-ın verdiyi məlumata görə, konfrans Azərbaycan hökuməti, ATƏT Katibliyinin Terrorizm Əleyhinə Fəaliyyət və Strateji Polis Məsələləri Şöbəsi və Avropa Şurasının dəstəyi ilə təşkil edilib.
Konfransda çıxış edən ATƏT-in Bakı Ofisinin rəhbəri Koray Tarqay deyib ki, internet cəmiyyəti əsaslı çəkildə dəyişən resursdur və resursu qorumaq vacibdir. O bildirib ki, son zamanlar artmaqda olan kkiber təhlükələrdən bəziləri Azərbaycana da qarşı yönəlib.
“Azərbaycan da bəzi kiber təhlükələrin hədəflərindəndir. İnterneti qorumaq və kibrtəhlükəsizlikdən müdafiə üçün ictimaiyyət, hökumətlər və şirkətlər birgə mübarizə aparmalıdırlar. Məqsədimiz internetin yeni istifadəçilərin kibrcinayətkarlıqla mübarizə ilə bağlı məlumatlılığını artırmaqdır”.