Azərbaycanı 2011-ci ildə telekommunikasiya xidmətlərindən 1,5 milyon manat gəlir gözləyir

11-10-2011 / 15:44

2011-ci ildə Azərbaycanın telekommunikasiya xidmətlərindən əldə edəcəyi gəlirlərin 1,5 milyon manat səviyyəsində olacağı gözlənilir.

Xəbərlər-in verdiyi məlumata görə, bu barədə RRB üzvü olan ölkələrin sinxron uzun və orta dalğalarda səs yayımı şəbəkələrinin radiotezlik resurslarından istifadənin öyrənilməsi üzrə işçi qrupun yeddinci iclası çərçivəsində RİTN-nin Dövlət Radiotezliklər İdarəsinin rəisi Əflatun Məmmədov bildirib.

İclas bu gün Bakıda öz işinə başlayıb və oktyabrın 14-dək davam edəcək.

Məmmədovun sözlərinə görə, hazırda respublika əhalisinin 99,9 faizi teleradio yayımı xidmətləri ilə əhatə olunub.

Cenevrə-06 planına uyğun olaraq, ilin sonunadək Azərbaycan əhalisinin 85 faizinin MPEG-4 rəqəmsal yayım standartı ilə əhatə olunması planlaşdırılır. Sahə rəhbərliyi qarşısına 2013-cü ildə ölkənin tam şəkildə rəqəmsal yayıma keçirilməsi məqsədi qoyulub", - o deyib.

 

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə