“Android” sistemli smartfonların bazar payı 81 faizə çatıb

31-10-2013 / 23:02

2013-cü ilin üçüncü rübündə dünyada “Android” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların bazar payı 81 faizə çatıb. Bu barədə “ABI Research” analitik şirkətinin tədqiqatında deyilir.

Şirkətin məlumatına əsasən, 2013-cü ilin üçüncü rübündə dünyada 438 milyon mobil telefon və 244 milyon smartfon tədarük edilib. Dünyada “iOS” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonların payı 14 faiz, “BlackBerry” sistemli qurğuların isə 2 faiz təşkil edib.

2013-cü ilin üçüncü rübündə “Windows Phone” mobil əməliyyat sistemli qurğuların tədarük həcmində ötən ilin analoji dövrü ilə müqayisədə 1,5 dəfəlik artım qeydə alınıb və hazırda bu əməliyyat sistemli aparatların bazar payı 4 faiz təşkil edir.Qeyd ki, “Windows Phone”nun ümumi tədarük həcminin 95 faizini “Nokia” satışa çıxarıb.(ictnews.az)


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə