Azərbaycanın turizm sektorunu inkişaf etdirmək üçün bəzi qaçılmaz işlər görülməlidir. Yəni ölkənin turistə təqdim edəcəyi nəyisə olmalıdır, dənizi, çayı, tarixi gəzməli yerləri, səfalı təbiəti. Bu varsa, deməli turistin ölkəyə gəlməsi üçün nəqliyyat infrastrukturu və mülayim viza şərtləri təmin olunmalıdır. Daha sonra turistin qalmağa bir yeri olmalıdır, yəni ölkədə mövcud olan hotellər turist axınını qəbul etmək iqtidarında olmalıdır. Sözsüz, turistlərə tərcüməçi, bələdçi, taksi və sair xidmətləri təklif edən infrastruktur da olmalıdır. Bütün bunlar vacibdir, ölkədə turizm sektorunu inkişaf etdirmək üçün işlər görülür, hotellər tikilir, yollar çəkilir, xidmətlər yaradılır.
Bir məsələ
isə adətən
kölgədə
qalır:
turizmin təbliği,
informasiya dəstəyi,
virtual məkanda
turistə
təqdim
edilə
biləcək
xidmət
məsələsi.
Yəni
xarici vətəndaş
gəldi
Azərbaycana,
hara getməlidir,
internetdə
nə
kimi məlumatlar
ala bilər?
Ya da hazırda
mobil telefonu olmayan turisti təsvir etmək
belə
çətindir,
istəyir
telefonu vasitəsilə
özünə
marşrut
yaratsın,
saytlara girib Bakının
görməli
yerlərində
olsun, bilsin bu Qız qalasıdır,
bu Filarmoniyadır,
bu da Opera və
Balet Teatrı.
Turizm sektorunda İKT ilə
bağlı
layihələrə
də
az rast gəlinir.
Amma belə
layihələr
var. Bu günlərdə
Rabitə
və Yüksək Texnologiyalar nazirliyinin dəstəyi ilə keçirilən
Startup günləri
çərçivəsində
turizm sektoru ilə
əlaqəli
“Wanlust” layihəsi
təqdim edildi. Bakıya gələn qonaq və xarici turistlər üçün virtual şəhər rəhbərliyi
edəcək, şəhərdəki tikililər haqda məlumat verəcək
mobil tətbiqetmənin
hazırlanmasını
qarşısına
məqsəd
qoyan layihə
2-ci yerə
layiq görüldü,
uğurlu
bir ideya kimi qiymətləndirildi.
***
Layihəni
reallaşdıran
Namət
Məmmədzadə
ilə
Facebook-da dostlaşdıq.
Göndərdiyim
ismarışa
bir neçə
dəqiqə
sonra cavab gəldi.
Yazdı
Azərbaycan
Memarlıq
və
İnşaat
Universitetinin tələbəsiyəm,
hazırda
dərsdəyəm.
Bir xeyli yazışdıq,
sonra dedim, bəlkə
icazə
alasan, elə
“Elmlər
Akademiyası”
metrosuna yaxın
bir yerdə
görüşərik,
danışarıq.
Razılaşdı,
elə
orada da görüşdük.
Nə
qədər
çalışsaq
da, o ətrafda
sakit, boş
bir yer tapa bilmədik.
Hara girdik, hər
yerdə
tələbə,
səs-küy.
Dedim, bəlkə
elə
Elmlər
Akademiyasının
önündə
əyləşək
bir skamyada, söhbət
edək.
Dedi, bura tələbə
məkanıdır,
boş
yer tapmaq mümkün
deyil, siz deyin kimi olsun. Yaxınlıqdakı
fontanın
həzin
səsini
dinləyə-dinləyə
söhbətləşdik.
- “Wanlust” Wanderlust sözünün qısaldılmış formasıdır. Tərcümədə “Dəhşətli dərəcədə gəzməyi sevən insan” mənasını verir. Əvvəlcə bizdə personaj yarandı, yəni bu ilin mayında Nigar Məmmədliyə ideya təklif etdim. Nigar da bu tətbiqetmədə olacaq personajı yaratdı. Həmin personajın bənzəri xarici ölkələrdə var. Amma biz bu onu sırf Azərbaycan üçün düşündük, görünüş cəhətdən bir növ Nigarın özüdür. Bu personaj nə məna daşıyır? Deyək, indi oturmuşuq Elmlər Akademiyası bağında, qarşımızda da fontandır. Bu “Wanlust”-un müxtəlif şəkillərlə dolu xüsusi kitabçası var bizdə. Fontanın fonunda o kitabçadan bir şəkil açılır və mobil telefonla çəkilir. Sonra da bu sosial şəbəkələrdə paylaşılır. Bu personajın artıq Instagram, Facebook-da 5000 izləyicisi var. Nigər Məmmədli bu personajın müəlliflik hüququnu da əldə edib.
- Bu işi
görməkdə
məqsəd
nədir?
- Məqsəd
Azərbaycanın
müxtəlif
yerlərində
olan mənzərəli
yerləri,
tarixi-memarlıq
abidələri
tanıtmaqdır.
Məsələn,
mən
Qubada olmamışam,
bilmirəm
orada belə
bir yer var. Bizdən
kimsə
Qubada olarkən
həmin
yeri bloknotun köməyi
ilə
çəkir.
Deməli
oranı
tanıdırıq
bir növ.
- Bəs
bu personajın
mobil tətbiqetmə
ilə
nə
əlaqəsi
var?
- Biz tətbiqetməni,
yəni
mobil qurğular
üçün
bu proqramı
yaratmağa
qərar
verdik. Hər
yerdə
bloknotla gəzməyə
daha ehtiyac qalmayacaq. Deyək, biz bu tətbiqetməni
yaratmışıq,
siz onu telefona yükləmisiz,
telefonda da internet açıqdır.
Bu parkda skamyada əyləşmisiniz,
telefonunuza bildiriş gəlir:
Elmlər
Akademiyası
parkında,
fontanın
yanındasan.
Biz də
sistemi “Vuforiya” şirkətinin “Augmented Reality” sisteminə
uyğun
qururuq. Nə
imkanı
yaranır?
Telefonun kamerasını
fontana yönəldirik,
sistem bu fontanı
tanıyır,
həmin
bu “Wanlust” personajı çıxır
ortaya, başlayır
həmin
obyekt haqqında
məlumat
verməyə.
- Məlumat
ora necə
yüklənəcək?
- Məlumat
səsli
olacaq, ora yüklənəcək.
Bununla bağlı
danışıq
aparırıq,
razılıq
alınıb,
səsləndirmə
rus, ingilis və
Azərbaycan
dilində
olacaq. Radioda çalışan
işçi
bu personajı
səsləndirəcək.
Ölkəyə gələn xarici vətəndaş
bu tətbiqetməni
telefonuna yükləməklə,
yaxınlığındakı
obyekt haqqında
bu dillərdə
məlumat
ala biləcək.
Tətbiqetmədə
bir “info” düyməsi
də
düşünülüb,
əgər
insan səsli
yox, yazılı
məlumat
istəyirsə,
bu mümkün
olacaq.
- Dili necə
seçəcək?
- Tətbiqetmə
yükləndikdə,
qeydiyyat zamanı
istifadəçi
dili seçməlidir.
- Əslində
100-lərlə
belə
tətbiqetmə
var, bu xarici qonaq haradan məlumat əldə
edəcək
sizin layihəniz
barədə?
- Bununla bağlı
hazırda
ölkənin
bir mobil operatoru ilə danışıq
aparırıq.
Demək
olar, artıq
razılaşma
əldə edilib. Operator layihənin PR, marketinq tərəfini
boynuna götürür.
Tanıdılması
üçün
öz
imkanlarından
yararlanacaq.
- Azərbaycanın
gəzməli
yerləri,
tarixi abidələri çoxdur.
Hər
dəfə
bir yer barəsində,
özü
də
səsli
məlumat
yükləndikcə,
təbii,
proqramın
bazası
böyüyəcək.
Bu problem doğurmaz?
- Məlumatlar
əlbəttə
öz
bazamızda
qalacaq. Kifayət
qədər
böyük
trafik tələb
olunur bu tətbiqetmədən
istifadədə.
İstəyirik,
operator bizim tətbiqetmədən
yararlanan öz
istifadəçisinə
havayı
internet təqdim
etsin, bu halda onun xidmətinə üz tutanların sayı
da çoxalar.
Yəni
ölkəyə
gələn
turist bu operatorun sim nömrəsini
əldə
edir, tətbiqetməni
yükləyir,
məhz
ondan yararlanarkən
internet trafikini xərcləmir.
Bu həm
operatora əl
verər,
həm
də
bizə.
***
Namət
Mexanika və
İnformasiya
Texnologiyalar fakültəsinin
“İT
və
sistemləri
mühəndisliyi”
ixtisası
üzrə 2 kurs tələbəsidir.
İT
sahəsi
ilə
çoxdan
maraqlanır,
deyir artıq
magistr səviyyəsinin
2-ci kursunda olmalıydı,
amma geriləyib.
Bir kollec bitirib, əsgəri
xidməti
çəkib.
Bir neçə
dəfə
dövlət
qulluğunda
İT
işlərinə təklif
alıb,
amma təhsilini
bitirməmiş
bu işləri
reallaşdıra
bilmədiyini
söyləyir.
- Tətbiqetmə
Android, İOS,
Windows Phone sistemlərində
işləyəcək.
Hər
3 platformanı
dəstəkləyəcək.
Hələlik
bu sistem yalnız
mobil aparatı
olan insanlar üçün
nəzərdə
tutulub. Kompüterdən
internetlə
bundan yararlanmaq olmayacaq, sonra bəlkə
onu təkmilləşdirərik.
Hazırda
adi bir xarici turisti mobil telefonla məlumatlandırmaq
məqsədi
güdür.
- Tətbiqetmə
hələ
hazır
deyil?
- İş
aparılır,
personajın
3D versiyası
demək
olar hazırdır.
- Layihəni
bu günlərdə
işini
bitirmiş “Startup günləri”ndə
təqdim
etdiniz.
- 2-ci yerə
layiq görüldü.
Startarlara pul verilmir, nominasiya olaraq müəyyən
mükafatlar
verilir, investorlarla görüş
təşkil
edilir. Mən
layihənin
İT
tərəfini
həll
edirəm,
bu işdə
də
xərc
kifayət
qədərdir.
İnvestorlar
müəyyən
qədər
yardım
edirlər.
Görüş
hələ
olmayıb,
amma qarşıda
gələn
müddətdə
nəzərdə
tutulub. Həm
də
startap layihələrinə
Rabitə
və
Yüksən
Texnologiyalar Parkında havayı
yer verilir, fəaliyyət
göstərmək
imkanı
yaradılır.
- Bu biznes layihədir,
deməli
siz əlavə
gəlir
mənbələri
axtarmalısınız?
- Bəli,
layihə
gəlir
gətirməlidir.
Ştata
əlavə
işçinin
gətirilməsi
nəzərdə
tutulub. Ola bilər,
hər
hansı
qurum özü
haqda məlumatın
bazaya daxil edilməsini arzulasın.
Deyək,
bu fontanın
yaxınlığında yerləşən şirkət
öz məlumatının
insanlara çatdırılmasını
istəyir.
Biz müqavilə
bağlayıb
pullu xidmət
göstərəcəyik,
bu məlumat
da orada görünəcək.
1, 3, 5 illik müqavilədə
həmin
qurumun tətbiqetmədə
bu müddətdə
fəaliyyət
göstərməsi
yer alacaq.
- Bu bir turizm layihəsidir.
Sizin Mədəniyyət
və
Turizm Nazirliyi ilə əlaqə
qurmaq fikriniz varmı?
- Tətbiqetmənin
ilkin versiyası
yaradılan
kimi nazirliyə
təqdim
etməyi
düşünürük.
Mədəniyyət
və
Turizm Nazirliyinin bizə dəstəyi
yerinə
düşərdi,
bizim layihənin
təbliğ
olunmasında,
ölkədə
olan obyektlərin
bazaya köçürülməsində
nazirliyin yardımına güvənirik.
- Deyək,
nər
hansı
bir insanın
heykəlini
bazaya daxil etdiniz. Bir müddət
sonra orada kiril hərfləri
ilə
yazılar
latın
qrafikası
ilə
əvəzləndi.
Sistem bu obyekti tanıya biləcək?
- Orada olan detekt sistemi əslində
obyektin haşiyələrini
skan edir. Forma dəyişmir
deyə,
sistemə
problem olmaz. Əgər
obyektin formasında
dəyişiklik
olsa, yeni bərpa işləri
aparılsa,
onda əlbəttə
biz də
gərək
onu yenidən
bazamıza
yükləyək.
- Tətbiqetmə
nə
vaxt işə
düşəcək?
- Gələn
ildən
işləyəcək.
Uzaqbaşı
tam gücü
ilə
fəaliyyət
göstərməsi
bir il çəkər.
İlkin
versiyanı
6 aya verəcəyik.
2015-ci ildə
Avropa Olimpiya Oyunları keçirilir,
daha sonra ölkədə
bir neçə
möhtəşəm
idman yarışları
da olacaq, turist axını
gözlənilir.
Layihəmiz
uğur
qazana bilər.
- Nədən
qazanacaqsınız?
- Bizdə
tətbiqetməni
yükləmək
pulsuzdur. Amma qeydiyyat bir illik, 99 sentə
olacaq. Yəni
turist cəmi
1 dollar ödəməklə
Azərbaycanla
tanış
ola biləcək.
Bakıya
gələn
turist adətən
turizm şirkətinə
ödədiyi
məbləğin
10-20 faizi arasında
əlavə
vəsait
ödəyir
ki, şirkət
ona bir bələdçi versin. Bələdçi də turisti şəhərlə
tanış
edir. Bizim tətbiqetməni
yükləyən
turistin isə
heç
bir bələdçiyə
ehtiyacı
olmur.
- Turizm şirkətləri
ilə
də
iş
qurmağı
düşünürsünüz?
- Turizmlə
bağlı
olan istənilən
qurumlara müraciət
etməyi
düşünürük.
Nazirlik də
dəstək
olsa, layihə
inkişaf
edər.
- Gələcəkdə
layihə
necə
genişlənəcək?
- Tətbiqetmə ilk növbədə Azərbaycanı əhatə edəcək, gələcəkdə isə onun coğrafiyası genişlənə bilər. Hələlik qonşu Gürcüstan hədəfdədir. Hətta bu ölkəyə səfər etməyi də planlaşdırıram.
İsmayıl Rafiqoğlu
ismayilrafig (a) gmail. com
Yazı Mədəniyyət və Turizm Nazirliyinin elan etdiyi Milli turizm mövzusuna həsr olunmuş publisistik məqalələr müsabiqəsinə təqdim olunacaq.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri